Bu gün Göyçay ölkəmizin sürətlə inkişaf edən qabaqcıl rayonlarından biridir. Özünün yeni inkişaf dövrünə qədəm qoyan rayonumuz artıq neçə illərdir ki, yenidənqurma və quruculuq yürüşünün ön sıralarında irəliləyir.
Azərbaycan xalqının ümumilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində konfrans keçirilmişdir.
Dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə mayın 10-da Göyçay şəhərində gül bayramı keçirilmişdir. Rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbərləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda gül bayramı keçirilmişdir.
Faşizm üzərində tarixi qələbənin növbəti ildönümü münasibəti ilə Göyçay rayonunda yaşayan Böyük Vətən Müharibəsi Veteranları və ictimaiyyətin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Göyçay rayon İcra Hakimiyyətində Şuşa şəhərinin işğalının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.