Rayon haqqında
Rayon haqqında
Göyçay rayonu Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar 1930-cu ildə təşkil edilmişdir.
Göyçay – sözünün mənası «göy, yaşıl, şəffaf çay-su»deməkdir. Göyçay rayonu Azərbaycan respublikasının mərkəzində, Şirvan düzünün şimal hissəsində Böyük Qafqaz dağlarının ətəklərində yerləşir.
Rayon şimaldan cənuba təxminən 25 kilometr, şərqdən qərbə isə 40 kilometr uzanaraq 736 kvadratkilometr sahəni əhatə edir. Rayon mərkəzi Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryolu stansiyasından 18 kilometr məsafədə yerləşir. Göyçay rayonu şimal şərqdən İsmayıllı, cənub şərqdən Kürdəmir, cənubdan Ucar və qərbdən Ağdaş rayonu ilə həmsərhəddir.
01 yanvar 2024-cü il tarixə rayon əhalisinin ümumi sayı 118 567 nəfərdir.
Rayonun tərkibinə 1 şəhər, 55 kənd daxildir. Ərazidə rayon icra hakimiyyəti başçısının 26 inzibati dairəsi üzrə nümayəndəliyi fəaliyyət göstərir və yerli özünü idarə 26 bələdiyyə tərəfindən həyata keçirilir.