Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin hesabat-seçki iclası keçirildi

20 aprel 2024 | 11:28

19 aprel 2024-cü il tarixdə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin hesabat-seçki iclası keçirilib.

İclasda respublika komitəsinin nümayəndəsi Valeh Nağıyev, rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Göyçay rayon Komitəsinin sədri Rəşad Məmmədov, komitə üzvləri, iclasa seçilmiş nümayəndələr iştirak edib.

İclas başlamazdan əvvəl Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda Göyçay rayon Komitəsinin 2017-ci il tarixdən, 2024-cü il tarixədək olan müddət ərzində gördüyü işlər barədə hesabatı dinlənilmiş, təftiş komisiyasinin 2017-2024-cü illər ərzində olan hesabat fəailiyyəti qənaətbəxş hesab edilmişdir.

Açıq səsvermə yolu ilə Həmkarlar İttifaqı Göyçay rayon Komitəsinin plenum üzvləri və Təftiş Komissiyasının üzvləri seçilib.

Sonra gündəlikdə olan növbəti məsələ kimi rayon komitəsinə Rəşad Məmmədovun sədr seçilməsi təklif edilib və Məmmədov Rəşad Nəriman oğlu növbəti dəfə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsinin sədri seçilib.

Həmçinin Rəşad Məmmədov Respublika komitəsinin Vll Qurultayına nümayəndə seçilib.

Keçidlər