Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

İnfrastruktur

-2003-cu ildə Göyçay çayı üzərində strateji əhəmiyyəti olan yük götürmə qabiliyyəti 300 tonluq körpü keçidi istifadəyə verilmişdir.

-Kənd yaşayış məntəqələrinin suvarma suyu ilə təminatının etibarlılığını artırmaq üçün 2006-cı ildə Göyçay çayının məcrasında səviyyə qaldırıcı qurğu istifadəyə verilmişdir.

- Göyçay şəhərini sel sularından mühafizəsi üçün son illər 2000 p/m artıq daş-beton bənd çəkilmişdir.


-Göyçay şəhərində Asiya inkişaf Bankının krediti ilə həyata keçirilən «Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması» layihəsi


2001-ci ildə Azərbaycan höküməti Asiya İnkişaf Bankına ölkənin kiçik şəhərlərində su təchizatı və kanalizasiya problemlərinin həlli ilə bağlı yardım üçün müraciət etmişdir.
2001-ci ilin iyun ayında bankın mütəxəssisləri ölkədə olmuş və belə bir yardımın göstərilməsi üçün ümumi razılıq əldə edilmişdir. Göyçay şəhərinin su təchizatında hələ keçən əsrin 80-90-cı illərindən yaranmış problemlər ölkə rəhbərliyini ciddi narahat etmiş və Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Göyçay şəhərinin su təchizatı probleminin həlli Asiya İnkişaf Bankının «Azərbaycan Respublikasında kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi»nə daxil edilmişdir. Asiya İnkişaf Bankının və Britaniyanın «Skot Vtlson» şirkətinin mütəxəssisləri tərəfindən Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün 2002-2003-cü illərdə texniki iqtisadi əsaslandırma işləri aparılmışdır. Bu məqsədlə şəhər üçün üstün tutulan su təchizatı və kanalizasiya sistemlərinin 8 variantı nəzərdən keçirilmiş və hazırda icra olunan texniki həll variantı mütəxəssislər tərəfindən ən optimal hesab edilmişdir. Qəbul edilmiş texniki-iqtisadi əsaslandırmaya əsasən Potu kəndinin ərazisində 5 ədəd artezian quyusu qazılacaq, çıxarılmış içməli su bu ərazidə inşa ediləcək su ambarlarına yığılaraq nasos stansiyasından şəhər ərazisindən keçən daşıyıcı xətlə şəhərin şimal hissəsindəki yüksəkliklərdə tikiləcək hər biri 1000 kubluq üç su ambarına vurulacaqdır. İçməli su bu ərazidə xlorlanacaq və öz axarı ilə yeni çəkiləcək paylayıcı sistemlə idarə olunan 3 təzyiq zonası vasitəsi ilə şəhərin bütün ərazisində paylanacaqdır. Su sayğaclarından geniş istifadə olunacaqdır. Layihəyə əsasən şəhər kanalizasiya şəbəkəsi də əsaslı yenidən qurulacaq, mövcud kanalizasiya boruları təmir ediləcək və lazım olan yerlərdə yeniləri ilə əvəz ediləcəkdir. Sistem hazırda olduğundan təxminən 3 dəfə çox sayda evlərə xidmət etmək üçün genişləndiriləcəkdir. Çirkab suları təmizləmək üçün Şəhadət kəndinin ərazisində yeni təmizləyici qurğu inşa ediləcəkdir.
Asiya İnkişaf Bankı xərclərin 75 faizini ödəyəcək, qalan 25 faiz isə hökümət tərəfindən kredit şəklində maliyyələşdiriləcək. Layihə həyata keçirildikdən sonra şəhərin bütün əhalisi yüksək keyfiyyətli içməli su ilə təmin olunacaqdır. Adambaşına su təchizatı gün ərzində 140 litr nəzərdə saxlanılır. Layihənin təqdimat mərasimi 2008-ci ilin aprel ayının 4-də rayon icra hakimiyyətində keçirilmişdir. Ötən müddət ərzində istehsalat bazasının, inzibati idarə binasının, 1 ədəd 500 m3-luq su anbarının, nasos stansiyasının, xloratorun tikintisi tam başa çatdırılmış, 3 ədəd artezian quyusu qazılmış, 4000 metr daşıyıcı su kəməri çəkilmişdir, 2000 kubluq su ambarı inşa edilmişdir.
Növbəti ikinci və üçüncü mərhələlərdə 4 ədəd artezian quyusu qazılacaq, 500 kub metrlik su ötürücü ambar inşa ediləcək,6 km. uzunluğunda ikinci daşıyıcı kəmər çəkiləcək, 2000 kub metr həcmində su ambarı inşa ediləcək, paylayıcı şəbəkə çəkiləcək, şəhərin bütün kanalizasiya sistemi əsaslı yenidən qurulacaq, baş çirkab kollektoru çəkiləcək və təmizləyici stansiya inşa ediləcəkdir.
Nəzərdə tutulmuş bütün işlərin 2012-2013-cü illərdə başa çatdırılması nəzərdə saxlanılır.

Ləkçıplaq-Yalman-Şıxbəy-Məlikkənd-Şıxəmir kəndlərarası avtomobil yolunun tikintisi

Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2011-ci il tarixli sərəncamına əsasən 5 kəndi birləşdirən 9 min nəfər əhalisi olan Ləkçıplaq-Yalman-Şıxbəy-Məlikkənd-Şıxəmir kəndlərarası avtomobil yolunun tikintisi 2,5 milyon manat vəsait ayrılıb. Tikinti işlərini aparmaq üçün Göyçay rayonundakı «ATF» MMC-ti ilə birbaşa müqavilə bağlanılıb. Avqust ayının 2-dən tikinti işlərinə başlanılıb. Tikiniti işlərinin noyabr ayına qədər başa çatdırılması nəzərdə saxlanılır.

Ərəbcəbirli kəndində 2 min tonluq soyuducu ambar kompleksi

Obyektin smeta dəyəri 3,5 milyon manatdır. Tikinti işlərinə 2009-cu ildə başlanılıb. Vəsaitin 1 milyon manatı Sahibkarlığa Kömək Milli Fondu, 2,5 milyon manatı isə sifarişçi təşkilat olan «Paralel» MMC tərəfindən ayrılıb. Obyektdə tikinti və quraşdırma işləri cari ildə başa çatdırılıb, hazırda soyuducu kompleksdə sazlama işləri aparılır. yeni istifadəyə verilən obyektdə 35 yeni iş yeri açılacaqdır.

Bığır -1 su elektrik stansiyası

Obyektin smeta dəyəri 3,0 milyon manatdır. Sifarişçi «Azərenerji» SC-ti, podratçı təşkilat isə «Azenko»-dur. Obyektin təməl daşı 2010-cu ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Göyçay rayonuna səfəri zamanı qoyulmuşdur. Yuxarı Şirvan kanalı üzərində inşa edilən stansiyanın gücü 3 meqavatdır. Burada 3 turbin quraşdırılacaq, istehsal olunan enerji Bığır və ətraf kəndlərə veriləcəkdir. Bu günə qədər obyektdə torpaq işləri, turbinlərin quraşdırılması üçün beton su ötürücülərin inşaası, istehsal olunan enerjinin ötürülməsi üçün transformator yarımstansiyasının tikintisi başa çatdırılmışdır. Obyektin cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə saxlanılır. Burada 30 yeni iş yeri açılacaqdır.


Yalman kəndində üzüm qəbulu müəssisəsi və sutkuada 8 ton spirt istehsal edən qurğu kompleksi.

Obyektin smeta dəyəri 3,1 milyon manatdır. Bunun 1,1 milyon manatı Sahibkarlığa Kömək Milli Fondu, 2 milyon manatı «Göyçay-Konyak» ASC-ti tərəfindən ayrılmışdır. Tikinti işlərinə cari ilin iyun ayında başlanılıb. Obyektdə 1 milyon manata yaxın tikinti quraşdırma işləri görülüb və avadanlıq alınıb. Müəssisənin cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə saxlanılıb.

 

Keçidlər