Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd olunub

25 aprel 2024 | 11:42

25 aprel 2024-cü il tarixdə Göyçay rayon Heydər Əliyev Mərkəzində dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü olmuş Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd olunub.

Dəyirmi masa ətrafında keçirilən tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım tanınmış həkim, istedadlı insan, məşhur alim olmaqla yanaşı, eyni zamanda valideynlərinə layiqli bir övlad, sədaqətli ömür yoldaşı, qayğıkeş ana idi. O, Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətənin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur.

Zərifə xanım Əliyevanı xatırlayanda həm də  göz önündə nəcib Azərbaycan qadını, fədakar ana obrazı görünür. Zərifə xanımın xalqımıza ən böyük töhfəsi son 20 ildə Ulu Öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müasir, müstəqil Azərbaycanın daha da inkişaf edib çiçəklənməsinə, dünyada layiqli yer tutmasına nail olan, əsl vətəndaş kimi böyüdüb boya-başa çatdırdığı, xalqımıza bəxş etdiyi övladı möhtərəm prezidentimiz İlham Əliyevdir.

Dünya oftalmologiya elminə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanın zəngin elmi irsi, apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir azərbaycanlı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Sonda məktəblilər Dəniz və Murad Zərifə xanım Əliyevaya həsr edilmiş şeirlər söyləyib və videoçarx nümayiş edilib.

Keçidlər