Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi

23 aprel 2024 | 16:04

23 aprel 2024-cü il tarixdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı növbəti qəbul keçirilib.

Qəbulda  Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.

Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir.

Ümumilikdə qəbul zamanı 25 nəfər rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.

Keçidlər