Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda həftəsonu keçirilən iməcilik zamanı təmizlik və abadlıq işləri aparılıb

27 aprel 2024 | 10:01

Göyçay rayonunda abadlıq işləri mütəmadi olaraq davam etdirilir, iməciliklər keçirilir. 

Aprelin 27-də Göyçay rayon icra hakimiyyəti başçısının Alpout, Qaraman, Bəydövül, İkinci Ərəbcəbirli, Qızılağac, Kürdşaban, Çərəkə, Şəhadət, Potu və Yalman kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin təşkilatçılığı ilə səhər saatlarından başlayan iməcilikdə yol kənarları alaq otlarından təmizlənib, qurumuş ağaclar ərazidən götürülüb, mövsümlə əlaqədar ağac və kollarda budama, həmçinin əhənglənmə işləri aparılıb.

Ərazi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları ərazilərdən daşınıb.

İməcilik tədbirləri gün ərzində rayonun digər kəndlərində də davam etdirilir.

Keçidlər