Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Mülkiyyət hüququnun anlayışı və növləri

Mülkiyyət hüququnun anlayışı və növləri

 

         Mülkiyyət hüququ anlayışı öz mənbəyini Roma hüququndan götürmüşdür. O dövrün mütəfəkkkirlərinin fikrindən belə görünür ki, onlar mülkiyyət hüququna şəxsin əşya üzərində tam yiyəlik anlayışını vermişlər. Mülkiyyət hüququ dedikdə elə bir subyektiv hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır və mülkiyyətçinin özünə aid əşyadan istifadə, sahiblik etmək və sərəncam verməsini ifadə edir. Eyni zamanda bu səlahiyyətlərin başqa şəxsə verilə bilməsini, əşyanı girov kimi və başqa üsullarla istifadə edilə bilməsini, idarə etmək üçün başqa şəxsə verilə bilməsini, əmlak barəsində qanuna zidd olmayan istənilən hərəkətin edilə bilməsini ehtiva edir.      

         Azərbaycan Respublikasının  Konstitusiyası və Mülki Məcəlləsinə görə Azərbaycanda mülkiyyət hüququ 3 növə ayrılır: 1) Xüsusi; 2) Dövlət;    3) Bələdiyyə.

 

     Xüsusi mülkiyyət hüququ özü 2 yerə ayrılır: 1)fiziki şəxslərin mülkiyyət hüquqları; 2)Hüquqi şəxslərin mülkiyyət hüquqları. Fiziki şəxslərin mülkiyyət hüquqları da vətəndaşların mülkiyyət hüququna, əcnəbilərin mülkiyyət hüquqlarına və vətəndaşlığı olmayanların mülkiyyət hüquqlarına ayrılır. Hüquqi şəxslərin mülkiyyət hüquqları isə kommersiya təşkilatlarının mülkiyyət hüquqlarına və qeyri-kommersiya təşkilatların mülkiyyət hüquqlarına ayrılır.

    Dövlət mülkiyyət hüququ da 2 növə ayrılır: Azərbaycan Respublikasının  mülkiyyət hüququ; xarici dövlətlərin mülkiyyət hüququ.

  Bələdiyyə mülkiyyət hüququna şəhər bələdiyyələrinin mülkiyyət hüququ;kənd bələdiyyələrinin mülkiyyət hüququ; digər bələdiyyələrin mülkiyyət hüququları daxildir.

          Bir əşyaya bir neçə şəxsin eyni vaxtda mənsuub olmasına görə mülkiyyət hüququnun ümumi mülkiyyət hüqququ yaranır.Ümumi mülkiyyət hüququ xüsusi mülkiyyət hüququna malikdir və 2 yerə ayrılır: paylı (hər bir mülkiyyətçinin payı müəyyən olunur); birgə (payları müəyyənləşdirmək olmur) mülkiyyət hüququ.

            Obyekt olan əşyanın növünə görə mülkiyyət hüququ 2 növə ayrılır: daşınmaz əşyaya mülkiyyət hüququ; daşınar əşyaya mülkiyyət hüququ.

 

Keçidlər