Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Dövlət rüsumlarının məbləğləri barədə

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati ərazi dairələri üzrə nümayəndəliklərin vəzifəli şəxsləri tərəfindən notariat hərəkətlərinin həyata keçirilməsinə görə dövlət rüsumunun məbləğləri barədə məlumatlar

Vəsiyyətnamələrin təsdiqi üçün – 15 manat

Sənədlərdəki imzanın həqiqiliyinin (hər imza üçün) təsdiqi üçün – 3 manat

Sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edilməsi üçün - 1,5 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün ikinci səhifədən başlayaraq hər səhifəyə görə - 0,50 manat

Əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müddəti istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla, etibarnamələrin  təsdiqi üçün:

Etibarnamə təmsil edilənin ərinə (arvadına), uşaqlarına, valideynlərinə, babasına, nənəsinə, nəvəsinə, qardaşına, bacısına verilirsə - 10 manat

Digər şəxsə verilərsə - 15  manat

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri

Nikahın qeydə alınması üçün – 10 manat

Doğumun, ölümün qeydə alınması və bu barədə şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Keçidlər