Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Məlumat

“Daşınmaz əmlakın icbari sığortası” sığorta növü Azərbaycan Respublikasının ”icbari sığortalar haqqında” Qanunu ilə tənzimlənir və Azərbaycan ərazisində yaşayan bütün fiziki şəxslər üçün məcburidir.
“Daşınmaz əmlakın icbari sığortası”-nın əsas məqsədi əmlaka dəymiş zərərə görə sığorta təzminatının vaxtında ödənilməsi ilə həm əhalinin, həm də sığortalının maraqlarını qorumaq, sosial müdafiəsini təmin etməkdir.
Dünyanın bir çox ölkəsində siğorta icbari şəkildə tətbiq olunur ki, insanlar bunun faydasını görəndən sonra isə könüllü şəkildə əmlakını siğortalayırlar.
Ölkəmizdə   təbii fəlakətlərlə, yəni zəlzələ, sel, yer sürüşməsi, tufan və s. hallarla bağlı daşınmaz əmlakın icbari sığorta növü var:
“Əmlak sığortası “İcbari sığortalar haqqında” qanunda icbari xarakter daşıyır. Yəni evinin sənədi olan vətəndaşlar üçün bu məcburi xarakter daşıyır, eynilə avtomobillərdəki kimi. Müəyyən olunmuş məbləğ miqdarında, məsələn Bakı şəhəri üçün ildə 50 manat, Gəncə, Naxçıvan, Sumqayıt üçün 40 manat, digər rayon və şəhərlər üçün 30 manat müəyyən olub. Buna da müvafiq olaraq 25000 manat, 20000 manat və 15000 manat sığorta ödənişləri nəzərdə tutulur.

Keçidlər