Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Fəaliyyət

        “Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Göyçay rayonu üzrə nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin yekunları haqqında bir sıra işlər görülmüşdür.

         Belə ki, rayon sənayesinin inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdirilmiş, “AzNar” Qapalı Səhmdar Cəmiyyətində məhsul istehsalını artırmaq üçün daha müasir avadanlıqların quraşdırılması, araq istehsalı sexinin, 3 min tonluq soyuducu anbarın, Göyçay Şərab” ASC-də konyak və tünd içkilər spirti zavodunun tikintisi, “Göyçay-Süd” ASC-də pendir sexinin daha müasir avadanlıqlarla təmin olunması işləri başa çatdırılmışdır.

        Aqrar sahədə müəyyən naliyyətlər əldə edilmiş, rayonun Bığır, Şəhadət, İkinci Ərəbcəbirli, Qarabaqqal, Potu kəndlərində 148 hektar sahədə intensiv nar bağı salınıb. Məlikkənd, Qızılağac, Potu, Bığır, Cəyirli və digər kəndlərində 383 hektar sahədə intensiv badam, heyva, gilas, xurma və alça bağları salınıb. Ləkçılpaq, Qızılağac, Potu və digər kəndlərdə 20 hektar sahədə intensiv faraş tərəvəzçilik istixanaları təşkil edilmiş, Potu kəndində yerli fermer tərəfindən 50 başlıq cins heyvandarlıq təsərrüfatı yaradılıb. Cəyirli  kəndi ərazisində 4000 tonluq və Yalman kəndi ərazisində 2500 tonluq soyuducu anbar istifadəyə verilib.

       Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, “Aqrolizinq” ASC-nin rayon bölməsinin sərəncamında 63 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası olmaqla, müvafiq dövr  ərzində bölməyə 6 ədəd taxılyığan kombayn, 1 ədəd silosluq qarğıdalı biçən kombayn, 2 ədəd toxumsəpən, 1 ədəd kultivator, 2 ədəd çiləyici və 1 ədəd çalaqazan aqreqat, 1 ədəd ağır diskli mala alınmışdır.

Yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisi, yenidən qurulması və əsaslı təmiri davam etdirilmiş, Hacalıkənd-Qaraman-Ləkçılpaq-Yalman, həmçinin Kürd-Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli kəndlərarası avtomobil yollarının tikintisi başa çatdırılmışdır.

       Rayonun enerji təsərrüfatının maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər əhalinin etibarlı və dayanqlı elektrik enerjisi ilə təminatına real şərait yaratmış, 110 kV-luq Göyçay yarımstansiyadan 20 mVA gücündə transformator 40 mVA gücündə transformatorla əvəz edilmişdir. Mallı-Şıxlı kəndində 160 kVA və Xəlitli kəndində isə 10 kVA gücündə əlavə güc mərkəzləri yaradılmışdır. Müvafiq dövr ərzində rayonun Bığır, Çərəkə, Çərəcə, Şahsoltanlı, Cəyirli, Ləkçılpaq, Qarabaqqal, Şıxəmir, İnçə, Qarayazı, Qaraməryəm, Xəlitli, Kürdşaban, Qaraxıdır, Qəbələ Müskürlü, Mollahacılı, Mırtı, Müskürlü, Hacalıkənd, Potu, Şəkər, Ulaşlı-Şıxlı, Çaxırlı, Şıxbəy, Alpout kəndlərində və şəhərin 50-ci məhəlləsində istisamara yararsız və zədələnmiş transformatorlar yenisi ilə əvəz olunmuşdur. Çərəkə kəndində yeni yaşayış massivində əlavə 100 kVA və Xəlitli kəndində 160 kVA gücündə kompleks transformator məntəqəsi quraşdırılmışdır. 249 ədəd transformatorda əsaslı, 566 ədəd  transformatorda cari təmir işləri aparılmış, istismara yararsız  1027 ədəd elektrik dirəyi yenilənmişdir. Şəhər ərazisində  0,4 kV-luq naqillərin əvəzinə 18924 metr sip kabel xətti çəkilmişdir. 4,4 km uzunluğunda 10-6 kV-luq hava və 6,8 km uzunluğunda 0,4 kV-luq ÖİN xəttləri təmir olunmuşdur.

        Qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilmiş, rayon ərazisində müxtəlif diametrli borularda 8803,39 p/m yerüstü qaz xətləri təmir və bərpa olunmuşdur. Şəhid ailələrinin müraciətləri  əsasında rayonun  Hacalıkənd, Kürdəmiş, Qarabaqqal kəndlərində d-20 mm-lik 167 p/m yeni qaz xətti çəkilmiş, Veysəlli və Hacağabəyli kəndlərində 22 güzəştli ailələrə təbii qaz xətti çəkilmişdir. Müvafiq dövr ərzində Mollahacılı, Yenikənd, Veysəlli və Hacağabəyli kəndlərinin qazlaşdırılması təmin edilmişdir.

      Əhalinin  içməli su təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilmiş, müvafiq dövr ərzində şəhəri içməli su ilə təmin edən 1 saylı Potu kənd nasos stansiyasında 3 ədəd 132 kV-luq mühərrik və nasos təmir edilmiş, 6 və 8 saylı subartezian quyuların nasosları yenisi ilə əvəz olunmuş, 7 ədəd subartezian nasosu təmir edilmişdir. Şəhərin Şəhriyar küçəsindəki çoxmənzilli binaların içməli su ilə təminatının yaxşılaşdırılması üçün 3 ədəd hidrofor su nasosu yeniləri ilə əvəz edilmişdir.  Həmçinin şəhərin B.Mirzəyev küçəsində yerləşən 2 saylı nasos stansiyasında, Potu və Ulaşlı-Şıxlı kəndlərində subartezian nasoslarında təmir işləri görülmüşdür. Bığır və Hacalıkənd kəndlərində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün 34 ədəd su bulağı quraşdırılmışdır. Üngütlü və Qarabaqqal kəndlərində  magistral su xətlərində təmir işləri görülmüş, 830 metr su xətləri  yenisi ilə əvəz olunmuş, həyətyanı sahələrdən keçən 300 metr su xətti kənarlaşdırılaraq yeni borularla əvəz olunmuşdur. Cəyirli kəndində istismara yararsız 2650 metr su xəttinin yenilənməsi işlərinə başlanılmış, 1800 metr hissəsi inşa olunmuşdur.

        Telekommunikasiya və poçt xidmətlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi məqsədilə tədbirlər həyata keçirilmiş, rabitə xətlərində təmir və bərpa işləri aparılmış, şəhərin Z.Bünyadov küçəsindəki çox mənzilli binaya xidmət göstərən  48 tutumlu mini stansiya yeni tipli 96 tutumlu ATS-lə əvəz edilmişdir. Bığır, Qaraməryəm, Çərəkə, Kürdəmiş, Qarayazı, Cəyirli, Yeniarx və Ləkçılpaq kəndlərinin internet təminatının yaxşılaşdırılması üçün  kənd elektron avtomat telefon stansiyalarında əlavə internet avadanlıqları quraşdırılmışdır.  “Azəronlayn” şirkəti tərəfindən şəhər və kənd yaşayış məntəqələrində telefon və internet təminatını yaxşılaşdırmaq məqsədilə müasir texnologiya əsasında fiberoptik kabel çəkilişi işləri davam etdirilmişdir.Telefon rabitəsindən istifadə edən abonentlərin sayı 10923, internet istifadəçilərinin sayı 7570, özəl provayderlərdə isə 1783 ədəd təşkil etmişdir. Müvafiq dövr ərzində 27 poçt şöbəsi müasir kompyuter avadanlıqları ilə təmin edilmiş, əhaliyə göstərilən poçt rabitə xidmətinin keyfiyyəti yaxşılaşdırılmış, bank xidmətləri göstərilməyə başlanılmışdır.

       Torpaqların su təminatının yaxşılaşdırılması, sel və daşqın sularından mühafizə tədbirlərinin həyata keçirilməsi istiqamətində əməli tədbirlər görülmüş,əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün suvarma arxlarının 2303 km-lik hissəsində  4927,6 min kub.metr həcmində lildən təmizləmə işləri ,273 ədəd hidrotexniki qurğuda təmir işləri aparılmışdır. Rayonun Şəkər, Qaraxıdır, Veysəlli, Mırtı, Müskürlü, Çərəkə, Şəhadət, Çaxırlı, Məlikkənd  kəndlərinin ərazisində ötən il  kollektor-drenaj şəbəkədə 39810 p/m hissəsində 83600 kub.metr həcmində lildən təmizləmə işləri aparılmışdır. Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası və selə qarşı mühafizə tədbirləri başa çatdırılmış, 162,8 p.m baş sugötürücü qurğu əsaslı təmir edilmiş, Göyçay çayının məcrası 2122,3 p.m məsafədə dəyişdirilmiş, sel sularının sürətini azaltmaq üçün 7 ədəd düşmə qurğusu inşa edilmiş, çayın sol sahilində 604,4 p.m məsafədə beton üzlük işləri aparılmış və çayın üzərində rayon üçün xüsusi əhəmiyyəti olan avtonəqliyyat vasitələri və piyadalar üçün uzunluğu 93,4 p.m, yükgötürmə qabiliyyəti 80 ton olan yeni körpü inşa edilmişdir. Sel sularını ötürmək üçün Göyçay çayında 2684 min kub.m məcra təmizləmə işləri aparılmışdır.

      Tikinti, abadlıq və quruculuq sahəsində tədbirlər davam etdirilmiş, yataqxana binalarında məskunlaşmış mənzil şəraiti ağır olan köçkün ailələri üçün 80 mənzilli, özəl investisiya hesabına 20 və 12 mənzilli  yaşayış binası inşa edilmiş, Əli Kərim adına parkda və Şəhidlər Xiyabanında abadlıq işləri, şəhərin Əli Kərim  parkında uşaq əyləncə mərkəzinin tikintisi davam etdirilmiş, şəhid ailələri və müharibə əlilləri üçün kiçik ticarət obyektlərinin tikintisinə başlanmışdır. Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün şəhər və kəndlərdə 33 bulaq inşa edilmiş, Şəhidlər Xiyabanına gedən yol abadlaşdırılmış və yeni asfalt örtüyü salınmış, xiyabanda şəhidlərin xatirəsinə həsr edilmiş bulaq  kompleksi istifadəyə verilmişdir. Şəhərin ehtiyac olan küçələrinə asfalt örtüyünün vurulmasına və Heydər Əliyev prospektində abadlıq işlərinə başlanılmışdır. Şəhərin bir neçə küçəsində səkilərin təmir edilməsi, yaşayış evləri və hasarların üzlənməsi işləri görülmüş, abadlıq işlərinin görülməsi digər küçələrdə də davam etdirilmişdir.  

Sosial müdafiəyəyə ehtiyacı olan Məşğulluq mərkəzinin göndərişi ilə 495 nəfər işsiz və iş axtaran vətəndaşlar sosial işlə təmin olunmuş, iş axtaran şəxslər özünüməşğulluq layihələrinə və peşə kurslarına cəlb edilmişlər. Ötən il ərzində proqrama 424 nəfər işsiz şəxs  (277 nəfəri kənd təsərrüfatı, 147 nəfəri istehsal-xidmət) cəlb olunmuşdur. Onlardan 107 nəfəri qadın, 65 nəfəri gənc, 12 nəfəri şəhid ailəsi  üzvü, 7 nəfər cəzaçəkmə müəssisəsindən azad olunan şəxs, 33 nəfər əlilliyi olan şəxs, 3 nəfər məcburi köçkün olmuşdur.

          Rayonun Yeniarx kəndində tibb məntəqəsi istifadəyə verilmişdir. Potu kəndində həkim məntəqəsinin tikintisi başa çatdırılmışdır. Göyçay Mədəniyyət Mərkəzində əsaslı təmir işləri aparılmışdır. Göyçay şəhər stadionunda idmançıların soyunub geyinmə otaqları, kafe, yeni sanitar qovşaqları inşa edilmişdir. Göyçay şəhərində 3, 4 və 8 saylı, Müskürlü, Qarabaqqal və Çayarxı kəndlərində uşaq bağçaları istifadəyə verilmiş, Çaxırlı kənd tam orta məktəbinin və Çaxırlı kənd ümumi orta məktəbinin əsaslı təmir işləri görülmüşdür. Ləkçılpaq kənd 1 nömrəli tam orta məktəbinin əsaslı təmir işləri, Göyçay şəhər 6 nömrəli tam orta məktəbin əsaslı təmir işləri aparılmış, Bığır kənd 3 li tam orta məktəb üçün yeni binanın tikintisi başa çatdırılmışdır.

Keçidlər