Rayon haqqında
İqtisadiyyat
2023-cü ildə Göyçay rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
2023-cü ildə rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 466307,4 min manatlıq və ya 2022-ci illə müqayisədə 12,7 faiz çox ümumi məhsul buraxılışı olmuşdur.
Məhsul və xidmətlərin 67,1 faizi istehsal sahələrinin, 32,9 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Məhsul və xidmətlərin 12,3 faizi sənaye, 31,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 45,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 9,6 faizi tikinti, 0,6 faizi informasiya və rabitə sahələrində istehsal edilmişdir.
Sənaye. 2023-cü ildə sənaye istehsalı indeksi 113,0 faiz təşkil etmişdir. Sənaye məhsulunun 0,3 faizi mədənçıxarma sənayesinin, 88,4 faizi emal sənayesinin, 11,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı və 0,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşür.
Kənd təsərrüfatı. 2023-cü il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 210659,9 min manat təşkil etmişdir ki, onun da 76269,3 min manatı heyvandarlıq, 134390,6 min manatı isə bitkiçilik məhsullarının payına düşür.
Bitkiçilik. 2023-cü ildə 20314,3 hektar sahədə kənd təsərrüfatı bitkilərinin cəmi əkini aparılmışdır. Bu da ötən illə müqayisədə 613,8 hektar və ya 3,1 faiz çoxdur. Əkin sahəsinin 13324,5 hektarını dənli və dənli paxlalı bitkilər, 191,0 hektarını kartof, 665,3 hektarını tərəvəz, 56,5 hektarını bostan, 6077,0 hektarını çoxillik otlar təşkil edir.
2023-cü ildə 229,9 hektar yeni bağlar salınıb, ümumilikdə 6941,6 hektar meyvə və giləmeyvə bağları mövcuddur.
2023-cü ildə 13324,5 hektar dənli və dənli paxlalı bitkilərin sahəsindən 36017,1 ton məhsul toplanmışdır. O cümlədən, 6539,0 hektar buğda sahəsindən 18310,0 ton, 6554,5 hektar arpa sahəsindən 17042,0 ton, 40,0 hektar dən üçün qarğıdalı sahəsindən 206,7 ton, 191,0 hektar çəltik sahəsindən isə 458,4 ton məhsul yığılmışdır.
Mövsümün əvvəlindən sahələrdən 3022,1 ton kartof, 57668,1 ton tərəvəz, 1191,2 ton bostan, 89198,1 ton meyvə və giləmeyvə toplanmışdır.
Heyvandarlıq. 2023-cü ildə quş əti də daxil olmaqla diri çəkidə 9013,0 ton ət, 20105,0 ton süd, 18648,0 min ədəd yumurta, 124,7 ton yun istehsal edilmişdir.
2024-cü il yanvarın 1-i vəziyyətinə 36368 baş iribuynuzlu mal-qara, o cümlədən 18308 baş inək və camış, 66273 baş qoyun və keçi mövcud olmuşdur.
Tikinti. 2023-cü ildə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 46438,0 min manat vəsait yönəldilmişdir. Vəsaitin 96,8 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki illə müqayisədə tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 2,7 dəfə artmışdır. İstifadə edilən investisiyanın 42146,2 min manatı dövlət mülkiyyətinin, 4291,8 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür.
Pərakəndə ticarət və ödənişli xidmət. 2023-cü ildə istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 455594,6 min manat olmaqla 2022-ci ilə nisbətən 40229,0 min manat və ya 0,5 faiz artmışdır.
2023-cü ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci illə müqayisədə 14,7 faiz artaraq 82954,6 min manat olmuşdur.
Nəqliyyat, informasiya və rabitə. 2023-cü ildə avtomobil nəqliyyatı müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 732,0 min ton yük və 12149,0 min nəfər sərnişin daşınmışdır. Əvvəlki illə müqayisədə 74,0 min ton və ya 11,2 faiz yük, 2033,0 min və ya 20,1 faiz sərnişin daşınması çox olmuşdur.
2023-cü ildə informasiya və rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 2613,7 min manatlıq və ya əvvəlki illə müqayisədə 454,2 min manat və ya 21,0 faiz çox xidmət göstərilmişdir.
Demoqrafik vəziyyət. Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2024-cü il yanvar ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 118504 nəfər təşkil etmişdir.
Əhalinin ümumi sayından 34349 nəfəri (29,0 faizi) şəhər, 84155 nəfəri (71,0 faizi) kənd sakinləridir. Əhalinin 50,1 faizini kişilər, 49,9 faizini isə qadınlar təşkil edir.
2023-cü ilin yanvar-dekabr ayları ərzində 1375 doğulan körpə və 761 ölüm halı qeydə alınmış, əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi 11,6, ölüm səviyyəsi isə 6,4 təşkil etmişdir.
2023-cü ildə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 621 nikah və 169 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,2, boşanmaların sayı 1,4 olmuşdur.
2023-cü il ərzində rayona daimi yaşamaq üçün 85 nəfər gələn və 42 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 43 nəfər təşkil etmişdir.
Əməkhaqqı və yeni iş yerləri. 01 yanvar 2024-cü il vəziyyətinə rayonun iqtisadiyyatında məşğul olanların sayı 53266 nəfər olmaqla rayon əhalisinin 44,9 faizini təşkil edir.
01 dekabr 2023-cü il vəziyyətinə məşğul əhalinin 11507 nəfəri muzdla işləyənlər olmuşdur. Əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir edən orta aylıq nominal əməkhaqqı 2023-cü ilin yanvar-noyabr ayları üzrə 577,5 manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz artmışdır.
Dövlət Məşğulluq Agentliyinin yerli qurumunda rayon üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2023-cü ildə 4604 nəfər olmuşdur.
2024-cü il yanvar ayının 1-i vəziyyətinə 70 yeni iş yeri açılmışdır ki, bunların da hamısı daimi iş yerləridir. Açılmış iş yerlərindən 24-ü yeni yaradılmış müəssisə və təşkilatlarda, 46-sı mövcud müəssisə və təşkilatlarda olmuşdur.
Kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətləri. 2023-cü ilin dekabr ayında 2023-cü ilin noyabr ayı ilə müqayisədə kənd təsərrüfatı və ərzaq məhsullarından soğanın, pomidorun, xiyarın, badımcanın, şirin bibərin, bananın, narın, heyvanın, xurmanın, naringinin, mal ətinin, yumurtanın, kərə yağının, uzun düyünün, qarabaşaq yarmasının, peçenyenin qiyməti bahalaşmışdır. Eyni zamanda kökün, süfrə çuğundurunun, quş ətinin, buğda ununun, pendirin qiyməti ucuzlaşmışdır.
2023-cü ilin dekabr ayında 2022-ci ilin dekabr ayı ilə müqayisədə kənd təsərrüfatı və ərzaq məhsullarından mal ətinin, qoyun ətinin, uzun düyünün, manna yarmasının, peçenyenin qiyməti bahalaşmışdır. Eyni zamanda, quş ətinin, kərə yağının, buğda ununun, pendirin, qarabaşaq yarmasının, şəkərin, şəkər tozunun, karamelin qiyməti ucuzlaşmışdır. Digər malların qiymətlərində ciddi dəyişiklik olmamışdır.
Təhsil. 2023/2024-cü tədris ilinin əvvəlinə 1397 uşağın təlim-tərbiyəsi ilə məşğul olan 34 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 1865 nəfər müəllimin çalışdığı, 17997 nəfər şagirdin təhsil aldığı 57 dövlət ümumtəhsil məktəbi var. Bundan başqa 102 nəfər müəllim kollektivinin çalışdığı, 1398 nəfər tələbənin təhsil aldığı Dövlət İdarəetmə və Texnologiya Kolleci və 60 nəfər müəllim və mühəndisin çalışdığı, 466 nəfər tələbənin təhsil aldığı Peşə Liseyi fəaliyyət göstərir.
Mədəniyyət. 312,9 min nüsxə kitab fondu olan 37 kütləvi kitabxana, 10 mədəniyyət evi, 17 klub, 1 uşaq musiqi məktəbi, 3 muzey fəaliyyət göstərir. 2023-cü ildə kitabxanalarda 32,8 min nəfər oxucu olmuş, muzeylərə fərdi gələnlərin sayı 4,3 min nəfər, ekskursiyaya gələnlərin sayı 27,9 min nəfər olmuşdur.
Səhiyyə. 2024-cü ilin əvvəlinə fəaliyyət göstərən 1 xəstəxana, 17 həkim məntəqəsi, 31 tibb məntəqəsi və 1 təcili yardım müəssisəsində 151 nəfər həkim, 441 nəfər orta tibb işçisi çalışmış, əhalinin hər 10000 min nəfərinə 12,7 həkim, 37,2 orta tibb işçisi düşmüşdür.
2023-cü ildə qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, qan dövranı sisteminin, bəzi infeksion və parazitar, sümük-əzələ və birləşdirici toxumanın, həzm sisteminin, əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri üstünlük təşkil etmişdir.
Pensiya, sosial təminat. 2024-cü il yanvar ayının 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin 2 saylı Mərkəzi Aran Regional filialında Göyçay rayonu üzrə 11350 nəfərə pensiya, 6617 nəfərə sosial müavinət, 4792 nəfərə təqaüd, 873 nəfərə birdəfəlik müavinət ödənilmişdir. Bundan başqa 412 aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir.
İdman. Rayonda Olimpiya İdman Kompleksi, 183 idman qurğusu, 1-1,5 min yer tutan stadion, 41 qapalı idman zalları, 3 idman məktəbi fəaliyyət göstərir.
Hüquqpozmalar. Göyçay Rayon Polis Şöbəsində 2023-cü ildə 192 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da əhalinin hər on min nəfərinə hesabı ilə 16,2 hadisə təşkil edir. Qeydə alınmış cinayətlərin 39-u ağır və xüsusilə ağır xarakterli cinayətlərə aiddir.
Regionların Sosial- İqtisadi İnkişafı Dövlət Proqramı (2019-2023-cü illər).
Qeyri-neft sektorunun inkişafı məqsədi ilə “AzNar” Qapalı Səhmdar Cəmiyyətində məhsul istehsalını artırmaq üçün daha müasir avadanlıqların quraşdırılması, araq istehsalı sexinin, 3,0 min tonluq soyuducu anbarın, “Göyçay-Şərab” ASC-də konyak və tünd içkilər spirti zavodunun tikintisi, “Göyçay-Süd” ASC-də pendir sexinin daha müasir avadanlıqlarla təmin olunması işləri başa çatdırılmışdır.
Rayonun Bığır, Şəhadət, İkinci Ərəbcəbirli, Qarabaqqal, Potu kəndlərində 148 hektar sahədə intensiv nar bağı salınıb. Məlikkənd, Qızılağac, Potu, Bığır və Cəyirli kəndlərində 383 hektar sahədə intensiv badam, heyva, gilas, xurma və alça bağları salınıb. Ləkçıplaq, Qızılağac, Potu və digər kəndlərdə 20 hektar sahədə intensiv faraş tərəvəzçilik istixanaları təşkil edilmiş, Potu kəndində yerli fermer tərəfindən 50 başlıq cins heyvandarlıq təsərrüfatı yaradılıb. Cəyirli kəndi ərazisində 4000 tonluq və Yalman kəndi ərazisində 2500 tonluq soyuducu anbar istifadəyə verilib.
“Aqrolizinq” ASC-nin rayon bölməsinin sərəncamında 63 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası var. Yanvar-dekabr ayları ərzində bölməyə 1 ədəd çalaqazan aqreqat, 1 ədəd Sampo 2065 markalı kombayn, 1 ədəd ağır diskli mala alınmışdır.
Telekommunikasiya və poçt xidmətinin yaxşılaşdırılması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilmiş, rabitə xətləri və dirəklərin təmiri işləri aparılmış, 102 abonentə yeni telefon xətti çəkilmiş, 483 ədəd telefonların bərpası işləri aparılmış, 6440 metr hava rabitə xətti texniki normaya gətirilmişdir. “AzerOnLİNE” şirkəti tərəfindən şəhər və kənd yaşayış məntəqələrində telefon və internet təminatını yaxşılaşdırmaq məqsədilə müasir texnologiya əsasında fiberoptik kabel çəkilişi işləri davam etdirilmişdir.
Əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün suvarma arxlarının 538,8 km-lik hissəsində 838,4 min kubmetr həcmində lildən təmizləmə işləri, 10 ədəd hidrotexniki qurğuda təmir işləri aparılmışdır. Şəkər, Qaraxıdır, Veysəlli, Mırtı, Müskürlü, Çərəkə, Şəhadət, Çaxırlı, Məlikkənd kəndlərinin ərazisindəki kollektor-drenaj şəbəkədə 39810 p/m hissəsində 83600 kub.metr həcmində lildən təmizləmə işləri aparılmışdır.
Yataqxana binalarında məskunlaşmış mənzil şəraiti ağır olan köçkün ailələri üçün 80 mənzilli, özəl investisiya hesabına 20 və 12 mənzilli yaşayış binası inşa edilmiş, Əli Kərim adına parkda və Şəhidlər Xiyabanında abadlıq işləri aparılmış, şəhərin Əli Kərim parkında uşaq əyləncə mərkəzinin tikintisi davam etdirilmiş, şəhid ailələri və müharibə əlilləri üçün kiçik ticarət obyektlərinin tikintisinə başlanmışdır.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün Regional Məşğulluq Mərkəzi filialında 424 nəfər işsiz şəxs (277 nəfəri kənd təsərrüfatı, 147 nəfəri istehsal-xidmət) müxtəlif işlərə cəlb olunmuşdur. Onlardan 107 nəfəri qadın, 65 nəfəri gənc, 12 nəfəri şəhid ailəsi üzvü, 7 nəfər cəzaçəkmə müəssisəsindən azad olunan şəxs, 33 nəfər əlilliyi olan şəxs, 3 nəfər məcburi köçkün olmuşdur.
Göyçay şəhərində 3, 4 və 8 saylı, Müskürlü, Qarabaqqal və Çayarxı kəndlərində uşaq bağçaları istifadəyə verilmiş, Çaxırlı kənd tam orta məktəbinin və Çaxırlı kənd ümumi orta məktəbinin əsaslı təmir işləri başa çatdırılmışdır.
Ləkçılpaq kənd 1 nömrəli tam orta məktəbinin əsaslı təmir işləri, Göyçay şəhər 6 nömrəli tam orta məktəbin əsaslı təmir işləri, Bığır kənd 3 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi başa çatdırılmışdır.
MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR
|
2023-cü il, faktiki
|
2023-cü il 2022-ci ilə nisbətən, faizlə |
Ümumi məhsul buraxılışı, min manat |
466 307,4 |
112,7 |
Sənaye məhsulu, min manat |
57 296,1 |
113,0 |
Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat |
46 438,0 |
7,2 d. |
Kənd təsərrüfatı məhsulu, min manat |
210 659,9 |
107,4 |
Nəqliyyat sektorunda yük daşınması, min ton |
732,0 |
111,2 |
Nəqliyyat sektorunda sərnişin daşınması, min sərnişin |
12 149,0 |
120,1 |
İnformasiya və rabitə xidmətləri, min manat |
2 613,7 |
121,0 |
Pərakəndə ticarət dövriyyəsi, min manat |
455 594,6 |
100,5 |
Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat |
82 954,6 |
114,7 |
Orta aylıq nominal əməkhaqqı, manat |
577,5 |
112,7 |
2022-ci ildə Göyçay rayonunun
iqtisadi və sosial inkişafının
makroiqtisadi göstəriciləri
2022-ci ildə Göyçay rayonunda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən əsasən 381485,6 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.
Məhsul və xidmətlərin 63,3 faizi istehsal sahələrinin, 36,7 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Məhsul və xidmətlərin 41320,3 min manatı və ya 10,8 faizi sənayedə, 183613,6 min manatı və ya 48,0 faizi kənd təsərrüfatında, 16579,9 min manatı və ya 4,3 faizi tikintidə, 4895,4 min manatı və ya 1,3 faizi nəqliyyatda, 2159,5 min manatı və ya 0,6 faizi rabitədə, 132916,9 min manatı və ya 35,0 faizi ticarət və xidmət sahələrində istehsal edilmişdir.
Sənaye. 2022-ci ildə sənaye istehsalı indeksi 103,4 faiz təşkil etmişdir.
Sənaye məhsulunun 83,1 faizi emal sənayesinin, 15,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşür.
Kənd təsərrüfatı. 2022-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 183613,6 min manat təşkil etmişdir ki, onun da 63127,9 min manatı heyvandarlıq, 120485,7 min manatı isə bitkiçilik məhsullarının payına düşür.
Bitkiçilik. 2022-ci il üçün 19700,5 hektar sahədə kənd təsərrüfatı bitkilərinin cəmi əkini aparılmışdır. Bunun 12695,0 hektarı dənli və dənli paxlalı bitkilər, 926,5 hektarı kartof, tərəvəz və bostan bitkiləri, 6079,0 hektarı çoxillik otlardır.
2022-ci ildə dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 100,0 faizi (12695,0 hektar) biçilmiş və həmin sahələrdən 43493,1 ton (keçən il 43355,4 ton) taxıl məhsulu götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 34,3 sentner təşkil etmişdir.
Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda və arpa əsas yer tutur. Toplanmış taxıl məhsulunun 21395,0 tonu (49,2 faiz) buğda, 20610,0 tonu (47,4 faiz) arpa, 1234,5 tonu (2,8 faiz) çəltik, 251,6 tonu (0,6 faiz) qarğıdalı və 2,0 tonu darı təşkil edir. Ötən illə müqayisədə 518,5 ton (2,4 faiz az) buğda, 21,3 ton (0,1 faiz çox) arpa, 34,6 ton (12,1 faiz az) qarğıdalı, 667,5 ton (2,2 dəfə çox) çəltik istehsal edilmişdir.
2022-ci ildə 50515,3 ton tərəvəz, 3072,0 ton kartof və 1277,2 ton bostan məhsulları toplanmışdır. Ötən illə müqayisədə 1768,5 ton (3,4 faiz az) tərəvəz, 799,5 ton (35,2 faiz çox) kartof, 607,2 ton (90,6 faiz çox) bostan məhsulları toplanmışdır.
2022-ci ildə rayon üzrə 39682,5 ton, keçən illə müqayisədə 1955,5 ton və ya 5,2 faiz çox yem bitkiləri istehsal olunmuşdur.
Təkrar əkindən 105,0 ton qarğıdalı, 48,0 ton darı, 181,5 ton çəltik, 33,0 ton soya, 2448,0 ton yem üçün qarğıdalı məhsulları toplanmışdır.
Cari ildə rayonun ayrı-ayrı təsərrüfatlarından meyvə sahələrinin 192,9 hektar artması barədə hesabatlar daxil olmuşdur. Hazırda 6847,0 hektar meyvə və giləmeyvə bağları mövcuddur ki, bunun da 6404,2 hektarı və ya 93,5 faizi meyvə verən yaşda olan ağaclardır.
2022-ci ildə 88336,8 ton meyvə və giləmeyvə yığılmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən meyvə və giləmeyvə istehsalı 63,4 ton artmışdır.
Heyvandarlıq. 2022-ci ildə quş əti də daxil olmaqla diri çəkidə 8445,0 ton ət, 19840,0 ton süd, 19378,0 min ədəd yumurta, 124,0 ton yun, bundan başqa 4,5 ton barama istehsal olunmuşdur.
2023-cü il yanvarın 1-i vəziyyətinə 36150 baş iribuynuzlu mal-qara, o cümlədən 17856 baş inək və camış, 57530 baş qoyun və keçi mövcud olmuşdur.
Tikinti. 2022-ci ildə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6785,5 min manat vəsait yönəldilmiş, onun 90,1 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 66,5 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi isə 96,1 faiz çox olmuşdur. İstifadə edilən investisiyanın 3738,7 min manatı dövlət mülkiyyətinin, 3046,8 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür.
Tikinti müəssisələri tərəfindən 2022-ci ildə 16579,9 min manatlıq inşaat işləri görülmüşdür ki, bu da əvvəlki illə müqayisədə 8988,9 min manat və ya 2,2 dəfə çox olmuşdur.
Pərakəndə ticarət və ödənişli xidmət. 2022-ci ildə istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 415365,6 min manat olmaqla 2021-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 55922,1 min manat və ya 0,9 faiz artmışdır.
2022-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,2 faiz artaraq 66825,3 min manat olmuşdur.
Nəqliyyat, informasiya və rabitə. 2022-ci ildə avtomobil nəqliyyatı müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 658,0 min ton yük və 10116,0 min nəfər sərnişin daşınmışdır. Əvvəlki illə müqayisədə 73,0 min ton və ya 12,5 faiz yük, 2062,0 min və ya 25,6 faiz sərnişin daşınması çox olmuşdur.
2022-ci ildə informasiya və rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 2159,5 min manatlıq və ya əvvəlki illə müqayisədə 180,3 min manat və ya 9,1 faiz çox xidmət göstərilmişdir.
Demoqrafik vəziyyət. 2023-cü il yanvar ayının 1-i vəziyyətinə əhalinin sayı 789 nəfər və ya 0,6 faiz artaraq 123795 nəfərə çatmışdır.
Əhalinin ümumi sayından 37380 nəfəri (30,2 faizi) şəhər, 86415 nəfəri (69,8 faizi) kənd sakinləridir. Əhalinin 50,1 faizini kişilər, 49,9 faizini isə qadınlar təşkil edir.
2022-ci ilin yanvar-dekabr ayları ərzində 1519 doğulan körpə və 796 ölüm halı qeydə alınmış, əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi 12,3, ölüm səviyyəsi isə 6,4 təşkil etmişdir.
2022-ci ildə Qeydiyyat şöbələri tərəfindən 718 nikah və 160 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8, boşanmaların sayı 1,3 olmuşdur.
Cari ilin yanvar-dekabr ayları ərzində daimi yaşamaq üçün 82 nəfər gələn və 16 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu müsbət 66 nəfər təşkil etmişdir.
Əməkhaqqı və yeni iş yerləri. 01 yanvar 2023-cü il vəziyyətinə rayonun iqtisadiyyatında məşğul olanların sayı 58916 nəfər olmaqla rayon əhalisinin 47,6 faizini təşkil edir.
Məşğul əhalinin 11777 nəfəri və ya 20,0 faizi muzdla işləyənlərdir. Əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir edən orta aylıq nominal əməkhaqqı 2022-ci ilin yanvar-noyabr ayları üzrə 512,5 manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz artmışdır.
Dövlət Məşğulluq Agentliyinin yerli qurumunda rayon üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2022-ci ildə 914 nəfər olmuşdur.
2023-ci il yanvar ayının 1-i vəziyyətinə 61 yeni iş yeri açılmışdır ki, bunların da hamısı daimi iş yerləridir. Açılmış iş yerlərindən 11-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 50-si mövcud müəssisə və təşkilatlarda olmuşdur.
Kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətləri. 2022-ci ilin dekabr ayında 2022-ci ilin noyabr ayı ilə müqayisədə kənd təsərrüfatı və ərzaq məhsullarından kartof, soğan, göyərti, sarımsaq, alma, armud, heyva, xurma, naringi, üzüm, quş əti, yumurta, kərə yağı, uzun düyü, pendir, şəkər, karamel, peçenyenin qiymətləri bahalaşmışdır. Eyni zamanda kök, süfrə çuğunduru, buğda unu, qarabaşaq yarmasının qiymətləri ucuzlaşmışdır.
2022-ci ilin dekabr ayında 2021-ci ilin dekabr ayı ilə müqayisədə kənd təsərrüfatı və ərzaq məhsullarından mal əti, qoyun əti, quş əti, kərə yağı, buğda unu, uzun düyü, pendir, qarabaşaq yarması, manna yarması, şəkər, şəkər tozu, karamel, peçenyenin qiymətləri bahalaşmışdır.
Digər malların qiymətlərində ciddi dəyişiklik olmamışdır.
Təhsil. 2022/2023-cü tədris ilinin əvvəlinə 1420 uşağın təlim-tərbiyəsi ilə məşğul olan 34 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 1922 nəfər müəllimin çalışdığı, 18462 nəfər şagirdin təhsil aldığı 57 dövlət ümumtəhsil məktəbi var. Bundan başqa 102 nəfər müəllim kollektivinin çalışdığı, 1514 nəfər tələbənin təhsil aldığı Dövlət İdarəetmə və Texnologiya Kolleci və 50 nəfər müəllim və mühəndisin çalışdığı, 452 nəfər tələbənin təhsil aldığı Peşə Liseyi fəaliyyət göstərir.
Mədəniyyət. 311,7 min nüsxə kitab fondu olan 37 kütləvi kitabxana, 10 mədəniyyət evi, 17 klub, 1 uşaq musiqi məktəbi, 3 muzey fəaliyyət göstərir. 2022-ci ildə kitabxanalarda 30,9 min nəfər oxucu olmuş, muzeylərə fərdi gələnlərin sayı 3,0 min nəfər, ekskursiyaya gələnlərin sayı 12,0 min nəfər olmuşdur.
Səhiyyə. 2023-cü ilin əvvəlinə fəaliyyət göstərən 1 xəstəxana, 17 həkim məntəqəsi, 31 tibb məntəqəsi və 1 təcili yardım müəssisəsində 152 nəfər həkim, 440 nəfər orta tibb işçisi çalışmış, əhalinin hər 10000 min nəfərinə 12 həkim, 36 orta tibb işçisi düşmüşdür.
2022-ci ildə qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, qan dövranı sisteminin, həzm sisteminin, sümük-əzələ və birləşdirici toxumanın, qan və qanyaradıcı orqanların, əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri üstünlük təşkil etmişdir.
Pensiya, sosial təminat. 2023-cü il yanvar ayının 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin 2 saylı Mərkəzi Aran Regional filialında Göyçay rayonu üzrə 11286 nəfərə pensiya, 6296 nəfərə sosial müavinət, 4680 nəfərə təqaüd, 1170 nəfərə birdəfəlik müavinət ödənilmişdir. Bundan başqa 151 aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir.
İdman. Rayonda Olimpiya İdman Kompleksi, 181 idman qurğusu, 1-1,5 min yer tutan stadion, 39 qapalı idman zalları, 3 idman məktəbi fəaliyyət göstərir.
Hüquqpozmalar. Göyçay Rayon Polis Şöbəsində 2022-ci ildə 204 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da əhalinin hər on min nəfərinə hesabı ilə 16,5 hadisə təşkil edir. Qeydə alınmış cinayətlərin 49-u ağır və xüsusilə ağır xarakterli cinayətlərə aiddir.
Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı
(2019-2023-cü illər)
2019-2023-cü illər üzrə yeni qəbul olunmuş “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davamı olaraq Hacalıkənd-Qaraman-Ləkçıplaq-Yalman, Kürd-Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli kəndlərarası avtomobil yollarının tikintisi başa çatdırılmışdır.
Yataqxana binalarında məskunlaşmış mənzil şəraiti ağır olan köçkün ailələri üçün 80 mənzilli, həmçinin özəl investisiya hesabına 20 və 12 mənzilli yaşayış binaları inşa edilib. Əli Kərim adına parkda və Şəhidlər Xiyabanında abadlıq-quruculuq işləri aparılmışdır. Şəhər istirahət parkında Uşaq Əyləncə Mərkəzinin tikintisi davam etdirilir. İkinci Vətən müharibəsində həlak olmuş Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün şəhər və kəndlərdə 33 bulaq inşa edilmiş, Şəhidlər Xiyabanına gedən yol abadlaşdırılmış və yeni asfalt örtüyü salınmışdır. Xiyabanda Şəhidlərin xatirəsinə həsr edilmiş “Bulaq kompleksi” istifadəyə verilmişdir.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün Regional Məşğulluq Mərkəzi filialında 914 nəfər işaxtaran qeydə alınmış, onlardan 400 nəfər işlə təmin olunmuş, 365 nəfər “Özünüməşğulluq proqramı”na , 85 nəfər peşə hazırlığına cəlb olunmuşdur.
Göyçay şəhərində 3, 4 və 8 saylı, Müskürlü, Qarabaqqal və Çayarxı kəndlərində uşaq bağçaları istifadəyə verilmiş, Çaxırlı, Ləkçıplaq kənd 1 nömrəli tam orta və Çaxırlı kənd ümumi orta məktəblərinin əsaslı təmiri işləri başa çatdırılmışdır.
Şəhər 6 nömrəli tam orta məktəbinin əsaslı təmiri və Bığır kənd 3 nömrəli tam orta məktəbi üçün yeni binanın tikintisi işlərinə başlanılmışdır.
2022-ci ilin yanvar-iyun aylarında Göyçay rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
2022-ci ilin yanvar-iyun aylarında Göyçay rayonunda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən əsasən 195291,8 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.
Məhsul və xidmətlərin 62,4 faizi istehsal sahələrinin, 37,6 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Məhsul və xidmətlərin 16847,5 min manatı və ya 8,6 faizi sənayedə, 104921,7 min manatı və ya 53,7 faizi kənd təsərrüfatında, 7486,9 min manatı və ya 3,8 faizi tikintidə, 2554,3 min manatı və ya 1,4 faizi nəqliyyatda, 992,9 min manatı və ya 0,5 faizi rabitədə, 62488,5 min manatı və ya 32,0 faizi ticarət və xidmət sahələrində istehsal edilmişdir.
Sənaye. 2022-ci ilin yanvar-iyun aylarında sənaye istehsalı indeksi 164,7 faiz təşkil etmişdir.
Sənaye məhsulunun 82,7 faizi emal sənayesinin, 16,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,3 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşür.
Kənd təsərrüfatı. 2022-ci ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 104921,7 min manat təşkil etmişdir ki, onun da 29831,1 min manatı heyvandarlıq, 75090,6 min manatı isə bitkiçilik məhsullarının payına düşür.
Bitkiçilik. 2022-ci il üçün 19700,5 hektar sahədə kənd təsərrüfatı bitkilərinin cəmi əkini aparılmışdır. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2 hektar azdır.
2022-ci ilin yazlıq əkinlərinin yekununa 12342,0 hektar taxıl sahəsi salamat qalıb ki, onun 6200,0 hektarını buğda, 6142,0 hektarını arpa sahəsi təşkil edir.
Ailə kəndli və digər fermer təsərrüfatlarında ümumilikdə 12695,0 hektar sahədə dənli bitkilərin əkini aparılmışdır. Ondan 6200,0 hektar sahədə əkilən buğda keçən illə müqayisədə 61,0 hektar və ya 1,0 faiz az, 6142,0 hektar sahədə əkilən arpa keçən illə müqayisədə 97,0 hektar və ya 1,6 faiz az, 50,0 hektar sahədə əkilən dən üçün qarğıdalı keçən illə müqayisədə 1,8 hektar və ya 3,7 faiz çox, 302,0 hektar sahədə əkilən çəltik keçən illə müqayisədə 167,0 hektar və ya 2,2 dəfə çox olmuşdur. Bundan əlavə 1,0 hektar sahədə darı əkilmişdir.
2022-ci il üçün 926,5 hektar sahədə tərəvəz, kartof və bostan bitkiləri əkilib. Onlardan 677,5 hektar sahədə əkilən tərəvəz keçən ilin müvafiq dövrü ilə müqayisədə 90,0 hektar və ya 11,7 faiz az, 192,0 hektar sahədə əkilən kartof keçən illə müqayisədə 41,0 hektar və ya 27,2 faiz çox, 57,0 hektar sahədə əkilən bostan bitkiləri keçən illə müqayisədə 20,0 hektar və ya 54,1 faiz çox əkilmişdir.
2022-ci il üçün ötən ilin payızlıq otları da daxil olmaqla 568,5 hektar sahədə çoxillik otlar əkilmişdir. Keçmiş illərin çoxillik otları ilə birlikdə 6079,0 hektar təşkil edir. Əkilmiş çoxillik otların hamısı yonca sahəsidir.
6809,0 hektar meyvə və giləmeyvə sahəsi mövcüddur ki, bunun 147,9 hektarı yeni salınmışdır.
2022-ci ilin 01 iyul vəziyyətinə dənli bitkilərin 12352,0 hektar sahəsi biçilmiş və həmin sahədən 42055,0 ton məhsul toplanmışdır.
Mövsümün əvvəlindən sahələrdən 30940,8 ton tərəvəz, 3072,0 ton kartof, 785,0 ton bostan, 7022,8 ton meyvə və giləmeyvə toplanmışdır. Məhsulların toplanışı davam edir.
Heyvandarlıq. 2022-ci ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 3939,0 ton ət, 11060,0 ton süd, 11088 min ədəd yumurta, 107,0 ton yun, bundan başqa 4,5 ton barama istehsal olunmuşdur.
2022-ci il iyulun 1-i vəziyyətinə 36677 baş iribuynuzlu mal-qara, o cümlədən 18228 baş inək və camış, 56784 baş qoyun və keçi mövcud olmuşdur.
Tikinti. 2022-ci ilin yanvar-iyun aylarında iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2516,8 min manat vəsait yönəldilmiş, onun 96,4 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 69,6 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi isə 2,8 dəfə çox olmuşdur. İstifadə edilən investisiyanın 950,5 min manatı dövlət mülkiyyətinin, 1566,3 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür.
Tikinti müəssisələri tərəfindən 2022-ci ilin yanvar-iyun aylarında 7486,9 min manatlıq inşaat işləri görülmüşdür ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4977,6 min manat və ya 3,0 dəfə çox olmuşdur.
Pərakəndə ticarət və ödənişli xidmət. 2022-ci ilin yanvar-iyun aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 188218,4 min manat olmaqla 2021-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 27344,6 min manat və ya 1,7 faiz artmışdır.
2022-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,5 faiz artaraq 35665,3 min manat olmuşdur.
Nəqliyyat, informasiya və rabitə. 2022-ci ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 389,0 min ton yük və 5073,0 min nəfər sərnişin daşınmışdır. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 34,0 min ton yük və ya 9,6 faiz, 817,0 min sərnişin və ya 19,2 faiz çoxdur.
2022-ci ilin yanvar-iyun ayları ərzində informasiya və rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 992,9 min manatlıq və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə 82,8 min manat və ya 9,1 faiz çox xidmət göstərilmişdir.
Demoqrafik vəziyyət. 2022-ci il iyul ayının 1-i vəziyyətinə əhalinin sayı 383 nəfər və ya 0,3 faiz artaraq 123389 nəfərə çatmışdır.
Əhalinin ümumi sayından 37303 nəfəri (30,2 faizi) şəhər, 86086 nəfəri (69,8 faizi) kənd sakinləridir. Əhalinin 50,1 faizini kişilər, 49,9 faizini isə qadınlar təşkil edir.
2022-ci ilin yanvar-iyun ayları ərzində 758 doğulan körpə və 410 ölüm halı qeydə alınmış, əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi 12,4, ölüm səviyyəsi isə 6,7 təşkil etmişdir.
2022-ci ilin altı ayı ərzində qeydiyyat şöbələri tərəfindən 313 nikah və 76 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,1, boşanmaların sayı 1,2 olmuşdur.
Cari ilin yanvar-iyun ayları ərzində daimi yaşamaq üçün 41 nəfər gələn və 6 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu müsbət 35 nəfər təşkil etmişdir.
Əməkhaqqı və yeni iş yerləri. 01 iyul 2022-ci il vəziyyətinə məşğul olanların sayı 57875 nəfər olmaqla əhalinin 46,9 faizini təşkil edir.
Məşğul əhalinin 11523 nəfəri və ya 19,9 faizi muzdla işləyənlərdir. 2022-ci ilin yanvar-may aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 512,5 manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 faiz artmışdır.
Regional Məşğulluq filialında rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2022-ci il iyul ayının 1-i vəziyyətinə 167 nəfər olmuşdur.
2022-ci il iyul ayının 1-i vəziyyətinə mövcud hüquqi şəxslərdə olmaqla 30 yeni iş yeri yaradılmışdır.
Kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətləri. 2022-ci ilin iyun ayını 2022-ci ilin may ayı ilə müqayisə etdikdə, kənd təsərrüfatı və ərzaq məhsullarından kartof, pomidor, xiyar, sarımsaq, badımcan, şirin bibər, lobya, alma, armud, ərik, gilas, alça, çiyələk, şaftalının qiyməti ucuzlaşmışdır. Eyni zamanda soğan, quş əti, yumurta, kərə yağı, buğda unu, uzun düyü, pendir, qarabaşaq yarması, manna yarması, şəkər, şəkər tozunun qiyməti bahalaşmışdır.
2022-ci ilin iyun ayını 2021-ci ilin iyun ayı ilə müqayisə etdikdə, kənd təsərrüfatı və ərzaq məhsullarından quş əti, kərə yağı, buğda unu, uzun düyü, pendir, qarabaşaq yarması, manna yarması, şəkər, şəkər tozu, karamel, peçenyenin qiyməti bahalaşmışdır.
Digər malların qiymətlərində ciddi dəyişiklik olmamışdır.
Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı (2019-2023-cü illər)
2019-2023-cü illər üzrə yeni qəbul olunmuş “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davamı olaraq Hacalıkənd-Qaraman-Ləkçıplaq-Yalman, Kürd-Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli kəndlərarası avtomobil yollarının tikintisi başa çatdırılmışdır.
Yataqxana binalarında məskunlaşmış mənzil şəraiti ağır olan köçkün ailələri üçün 80 mənzilli, həmçinin özəl investisiya hesabına 20 və 12 mənzilli yaşayış binaları inşa edilib. Əli Kərim adına parkda və Şəhidlər Xiyabanında abadlıq-quruculuq işləri aparılmışdır. Şəhər istirahət parkında Uşaq Əyləncə Mərkəzinin tikintisi davam etdirilir. İkinci Vətən müharibəsində həlak olmuş Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün şəhər və kəndlərdə 28 bulaq inşa edilmiş, Şəhidlər Xiyabanına gedən yol abadlaşdırılmış və yeni asfalt örtüyü salınmışdır. Xiyabanda Şəhidlərin xatirəsinə həsr edilmiş “Bulaq kompleksi” istifadəyə verilmişdir.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün Regional Məşğulluq Mərkəzi filialında 710 nəfər işaxtaran qeydə alınmış, onlardan 385 nəfər işlə təmin olunmuş, 118 nəfər işaxtaran və işsiz şəxs “özünüməşğulluq proqramı”na cəlb olunmuşdur.
Göyçay şəhərində 3, 4 və 8 saylı, Müskürlü, Qarabaqqal və Çayarxı kəndlərində uşaq bağçaları istifadəyə verilmiş, Çaxırlı kənd tam orta məktəbinin əsaslı təmiri işləri başa çatdırılmış, Çaxırlı kənd ümumi orta məktəbinin əsaslı təmiri işləri davam etdirilir.
Ləkçıplaq kənd 1 nömrəli tam orta məktəbinin əsaslı təmiri işləri başa çatdırılmışdır.
Bığır kənd 3 nömrəli tam orta məktəbi üçün yeni binanın tikinti işlərinə başlanılmışdır.
2021-ci ildə Göyçay rayonun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
Məlumatlara əsasən 2021-сi ildə rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən istehsal edilmiş ümumi daxili məhsul əvvəlki illə müqayisədə 15,6 faiz artaraq 333041,1 min manata çatmışdır.
Məhsul və xidmətlərin ümumi həcminin 61,6 faizi istehsal sahələrinin, 38,4 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
İqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin 50379,1 min manatı və ya 15,1 faizi sənayedə, 154726,1 min manatı və ya 46,5 faizi kənd təsərrüfatında, 4743,5 min manatı və ya 1,4 faizi tikintidə, 2956,1 min manatı və ya 0,9 faizi nəqliyyatda, 1979,4 min manatı və ya 0,6 faizi rabitədə, 118256,9 min manatı və ya 35,5 faizi ticarət və xidmət sahələrində istehsal olunmuşdur.
Sənaye. 2021-ci ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 15,0 faiz artaraq 50379,1 min manat təşkil etmişdir.
Sənaye məhsulunun 86,3 faizi emal sənayesinin, 12,6 faizi elektrik enerjisi , qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşür.
Sənaye məhsulu istehsalının 13,3 faizini dövlət müəssisələri, 86,7 faizini qeyri-dövlət müəssisələri təşkil edir.
Kənd təsərrüfatı. Rayonun iqtisadiyyatının əsasını taxılçılıq, tərəvəzçilik və meyvəçilik təşkil edir. Bununla yanaşı kartof, bostan və üzüm məhsulları istehsal edilir.
Rayon ərazisində 2021-ci il üçün ümumi əkin sahəsi 19705,7 hektar təşkil etmişdir ki, bunun da 12683,2 hektarını dənli və dənli paxlalı, 955,5 hektarını kartof, tərəvəz və bostan, 6067,0 hektarını yem bitkiləri təşkil edir.
Rayonda 2021-ci ildə dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 100,0 faizi (12683,2 hektar) biçilmiş və həmin sahələrdən 43979,4 ton (keçən il 39841,0 ton) taxıl məhsulu götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 34,2 sentner təşkil etmişdir.
Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda və arpa əsas yer tutur. İstehsal olunmuş taxıl məhsulunun 49,8 faizini (21913,5 ton) buğda, 46,8 faizini (20588,7 ton) arpa, 2,1 faizini (910,2 ton) qarğıdalı, 1,3 faizini (567,0 ton) çəltik təşkil edir. Ötən illə müqayisədə 415,5 ton (1,9 faiz çox) buğda, 2982,7 ton (16,9 faiz çox) arpa, 611,1 ton (3 dəfə çox) qarğıdalı, 155,1 ton (37,7 faiz çox) çəltik istehsal edilmişdir.
2021-ci ildə 52283,8 ton və ya əvvəlki ilə nisbətən 9,9 faiz çox tərəvəz, 2272,5 ton (5,1 faiz az) kartof, 670,0 ton (8,0 faiz az) bostan məhsulları toplanmışdır.
2021-ci ildə rayon üzrə 38717,0 ton keçən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz az yem bitkiləri istehsal olunmuşdur.
Cari ildə rayonun ayrı-ayrı təsərrüfatlarında meyvə sahələrinin 340,8 hektar artması barədə təsərrüfatlardan hesabatlar daxil olmuşdur. Hazırda rayonda 7044,8 hektar meyvə bağları mövcuddur ki, bunun da 6401,2 hektarı və ya 90,9 faizi meyvə verən yaşda olan ağaclardır.
2021-ci ildə 88273,4 ton meyvə və giləmeyvə yığılmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən meyvə və giləmeyvə istehsalı 10039,3 ton artmışdır.
Rayon təsərrüfatlarında olan meyvə istehsalının 42651,6 tonu (48,3 faiz) nar, 33072,0 tonu (37,5 faiz) xurma, 12549,8 tonu (14,2 faiz) isə digər meyvə və giləmeyvələr təşkil edir.
Kənd əməkçiləri 2022-ci ilin məhsulu üçün 12766,1 hektar sahədə şum qaldırmış, 12342,0 hektar sahədə dən üçün taxıl səpmişlər. Dən üçün səpilmiş 12342,0 hektar taxıl sahəsinin 6200,0 hektarını buğda, 6142,0 hektarını arpa təşkil edir.
2021-ci ildə diri çəkidə 8758,0 ton ət, 19941,0 ton süd, 22441,0 min ədəd yumurta, 128,0 ton yun istehsal edilmişdir.
2022-ci il yanvarın 1-i vəziyyətinə rayon üzrə 36565 baş iribuynuzlu mal-qara, o cümlədən 18204 baş inək və camış, 56146 baş qoyun və keçi mövcud olmuşdur.
2021-ci ildə rayonda 10,4 ton barama istehsal olunmuşdur.
2021-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 154726,1min manat olmuş, 2020-ci illə müqayisədə 20585,4 min manat və ya 8,9 faiz artmışdır. Məhsulun 57564,7 min manatı heyvandarlıq, 97161,4 min manatı isə bitkiçilik məhsullarının payına düşür.
Tikinti. 2021-ci ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4052,8 min manat vəsait yönəldilmiş, onun 69,7 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 70,2 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 78,8 faiz azalmışdır. İstehsal təyinatlı obyektlərin inşasında 1699,5 min manat, qeyri-istehsal təyinatlı obyektlərin inşasında 2353,3 min manatlıq investisiyadan istifadə edilmişdir.
Tikinti müəssisələri tərəfindən 2021-ci ildə 4954,6 min manatlıq inşaat işləri görülmüş, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 34645,3 min manat və ya 87,5 faiz azdır.
Pərakəndə ticarət və ödənişli xidmət. 2021-ci ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 359443,5 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 55946,8 min manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 5,0 faiz artmışdır.
Nəqliyyat, informasiya və rabitə. 2021-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və avtomobil nəqliyyatı sahəsində çalışan fiziki şəxslər tərəfindən 585,0 min ton yük və 8054,0 min nəfər sərnişin daşınmışdır. Bu da 2020-ci ilin eyni dövrünə nisbətən 5,0 min ton yük və ya 0,9 faiz, 88,0 min sərnişin və ya 1,1 faiz çoxdur.
İnformasiya və rabitə müəssisələri 2021-ci ildə əhaliyə, müəssisə və təşkilatlara 1979,4 min manatlıq, yaxud 2020-ci illə müqayisədə 52,9 faiz çox rabitə xidməti göstərmişlər.
Demoqrafik vəziyyət. 2022-ci il yanvar ayının 1-i vəziyyətinə rayon əhalisinin sayı 519 nəfər və ya 0,4 faiz artaraq 122975 nəfərə çatmışdır.
Əhalinin ümumi sayından 37237 nəfəri (30,3 faizi) şəhər, 85738 nəfəri (69,7 faizi) kənd sakinləridir. Rayon əhalisinin 50,1 faizini kişilər, 49,9 faizini qadınlar təşkil edir.
2021-ci ilin yanvar-dekabr aylarında 1402 doğulan körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 11,4 təşkil etmişdir.
Cari ilin yanvar-dekabr aylarında rayonda 951 ölüm halı qeydə alınmış, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,7 təşkil etmişdir.
2021-ci ilin yanvar-dekabr aylarında qeydiyyat şöbələri tərəfindən 744 nikah və 138 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,1, boşanmaların sayı 1,1 olmuşdur.
Cari ilin yanvar-dekabr ayları ərzində rayona daimi yaşamaq üçün 97 nəfər gələn və 29 nəfər rayondan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 68 nəfər təşkil etmişdir.
Əməkhaqqı və yeni iş yerləri. 01 yanvar 2022-ci il vəziyyətinə rayonun iqtisadiyyatında məşğul olanların sayı 57742 nəfər olmaqla rayon əhalisinin 47,0 faizini təşkil edir.
Məşğul əhalinin 11639 nəfəri və ya 20,1 faizi muzdla işləyənlərdir. Əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir edən orta aylıq nominal əməkhaqqı 442,2 manat olmaqla 2020-ci ilin yanvar- noyabr ayları ilə müqayisədə 5,2 faiz artmışdır.
Məşğulluq xidmətləri tərəfindən rayon üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2021-ci ildə 4771 nəfər olmuşdur.
Rayonda 2022-ci il yanvar ayının 1-i vəziyyətinə 63 yeni iş yeri açılmışdır ki, bunların da hamısı daimi iş yerləridir. Belə ki, açılmış iş yerlərindən 19-u yeni yaradılmış müəssisə və təşkilatlarda, 44-ü mövcud müəssisə və təşkilatlarda olmuşdur.
Kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətləri. 2021-ci ilin dekabr ayını 2021-ci ilin noyabr ayı ilə müqayisə etdikdə, kənd təsərrüfatı və ərzaq məhsullarından kartof, soğan, pomidor, xiyar, alma, armud, üzüm, nar, heyva, xurma, quş əti, süd, yumurta, kərə yağı, buğda unu, qarabaşaq yarması, şəkər, şəkər tozu bahalaşmış, kələm, kök, süfrə çuğunduru ucuzlaşmışdır.
2021-ci ilin dekabr ayını 2020-ci ilin dekabr ayı ilə müqayisə etdikdə, kənd təsərrüfatı və ərzaq məhsullarından kartof, soğan, kələm, sarımsaq, mal əti, qoyun əti, quş əti, süd, kərə yağı, buğda unu, uzun düyü, pendir, qarabaşaq yarması, manna yarması, şəkər, şəkər tozu, karamel bahalaşmışdır.
Təhsil. Rayonda 1420 uşağın tərbiyəsi ilə məşğul olan 34 məktəbəqədər təhsil müəssisəsi, 2021/2022- ci tədris ilinin əvvəlinə 1980 nəfər müəllimin çalışdığı, 18649 nəfər şagirdin təhsil aldığı 57 dövlət gündüz ümumtəhsil məktəbi, 103 nəfər müəllim kollektivinin çalışdığı, 1552 nəfər tələbənin təhsil aldığı Dövlət İdarəetmə və Texnologiya Kolleci, 67 nəfər müəllim və mühəndisin çalışdığı, 348 nəfər tələbənin təhsil aldığı Peşə Liseyi fəaliyyət göstərir.
Mədəniyyət. Rayonda 312,9 min nüsxə kitab fondu olan 37 kütləvi kitabxana, 10 mədəniyyət evi, 17 klub, 1 uşaq musiqi məktəbi, 3 muzey fəaliyyət göstərir. 2021-ci ildə kitabxanalarda 30,9 min nəfər oxucu olmuş, muzeylərə fərdi gələnlərin sayı 1,0 min nəfər, ekskursiyaya gələnlərin sayı 6,0 min nəfər olmuşdur.
Səhiyyə. 2022-ci ilin əvvəlinə rayonda fəaliyyət göstərən 1 xəstəxana, 17 həkim məntəqəsi, 31 tibb məntəqəsi və 1 təcili yardım müəssisəsində 147 nəfər həkim, 303 nəfər orta tibb işçisi çalışmış, əhalinin hər 10000 min nəfərinə 12 həkim, 25 orta tibb işçisi düşmüşdür.
Rayonda 2020-ci ildə qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, endokrin sisteminin, qida qəbuletmənin, maddələr mübadiləsi və immunitetin pozulması, qan və qanyaradıcı orqanların, qan dövranı sisteminin, həzm orqanlarının, əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri üstünlük təşkil etmişdir.
Pensiya, sosial təminat. 2022-ci il yanvar ayının 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin Mərkəzi Aran 2 saylı region filialında Göyçay rayonu üzrə 11663 nəfər pensiya, 6023 nəfər sosial müavinət, 3135 nəfər təqaüd, 1237 nəfər birdəfəlik müavinət, 93 aztəminatlı ailəyə ünvanlı sosial yardım alanlar qeydiyyatda olmuşdur.
İdman. Rayonda Olimpiya İdman Kompleksi, 181 idman qurğusu, 1-1,5 min yer tutan stadion, 39 qapalı idman zalları, 3 idman məktəbi fəaliyyət göstərir.
Hüquqpozmalar. Rayonda 2021-ci ildə 194 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da əhalinin hər on min nəfərinə hesabı ilə 16 hadisə təşkil edir. Qeydə alınmış cinayətlərin 25-i ağır və xüsusilə ağır xarakterli cinayətlərə aiddir.
Regionların Sosial - İqtisadi İnkişafı Dövlət Proqramı
(2019-2023-cü illər)
2019-2023-cü illər üzrə yeni qəbul olunmuş “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davamı olaraq Hacalıkənd-Qaraman-Ləkçıplaq-Yalman, Kürd-Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli kəndlərarası avtomobil yollarının tikintisi başa çatdırılmışdır
Rayonda yataqxana binalarında məskunlaşmış mənzil şəraiti ağır olan köçkün ailələri üçün 80 mənzilli, həmçinin özəl investisiya hesabına 20 mənzilli yaşayış binaları inşa edilib, 12 mənzilli yaşayış binasının tikintisi davam etdirilir. Əli Kərim adına parkda və Şəhidlər Xiyabanında abadlıq-quruculuq işləri aparılmışdır. İkinci Vətən müharibəsində həlak olmuş Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün şəhər və kəndlərdə 22 bulaq inşa edilmişdir. Şəhidlər Xiyabanına gedən yol abadlaşdırılmış və yeni asfalt örtüyü salınmışdır. Xiyabanda Şəhidlərin xatirəsinə həsr edilmiş “Bulaq kompleksi” istifadəyə verilmişdir.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi üçün rayon Məşğulluq Mərkəzi filialında 495 nəfər sosial işlə təmin olunmuş, 375 nəfər “Özünüməşğulluq” proqramına cəlb olunmuş, 196 nəfər işaxtaran və işsiz vətəndaş aktivlərlə təmin edilmişdir.
Göyçay şəhərində 3, 4 və 8 saylı, Müskürlü, Qarabaqqal və Çayarxı kəndlərində uşaq bağçaları istifadəyə verilmiş, Çaxırlı kənd tam orta məktəbinin əsaslı təmiri işləri başa çatdırılmiş, ümumi orta məktəbinin əsaslı təmir işləri davam etdirilir.
2018 - ci ildə Göyçay rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
2018-ci ildə Göyçay rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 287277,7 min manat olmuşdur.
Məhsul buraxılışının 25075,5 min manatı və ya 8,7 faizi sənayedə, 109508,4 min manatı və ya 38,1 faizi kənd təsərrüfatında, 29219,6 min manatı və ya 10,2 faizi tikintidə, 4943,6 min manatı və ya 1,7 faizi nəqliyyatda, 1006,1 min manatı və ya 0,4 faizi rabitədə, 117524,5 min manatı və ya 40,9 faizi ticarət və xidmət sahələrində olmuşdur.
Məhsul və xidmətlərin 57,1 faizi istehsal sahələrinin, 42,9 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Sənaye . Rayonun sənayesi əsasən qida məhsullarının, qeyri-metal mineral maddələrin istehsalı, elektrik enerjisi, qaz və suyun paylanması və bölüşdürülməsi sahələri ilə təmsil olunmuşdur.
2018-ci ildə rayonun sənaye müəssisələri , habelə fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 25075,5 min manatlıq sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 68,7 faizi emal bölməsində, 26,3 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 5,0 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. 2017-ci illə müqayisədə elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində 10,1 faiz, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində isə 13,1 faiz artmışdır.
Sənaye məhsulunun 30,8 faizi dövlət bölməsində, 69,2 faizi qeyri-dövlət bölməsində istehsal olunmuşdur.
Kənd təsərrüfatı. Rayonda 2018-ci ildə dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 100 faizi (14808 hektar) biçilmiş və həmin sahələrdən 43004,9 ton (keçən il 41721,2 ton ) taxıl məhsulu götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 29,0 sentner təşkil etmişdir.
Bundan əlavə 54,0 hektar dən üçün qarğıdalının əkin sahəsindən 243,6 ton məhsul toplanmış, hər hektadan orta hesabla 45,1 sentner qarğıdalı dəni götürülmüşdür.
Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda əsas yer tutur. İstehsal olunmuş taxıl məhsulunun 50,0 faizini (21634,3 ton) buğda, 0,6 faizini ( 243,6 ton) qarğıdalı , 0,6 faizini ( 257,2 ton) çəltik , 48,8 faizini ( 21110,4 ton) isə arpa təşkil etmişdir.
2018-ci ildə 43583,0 ton və ya əvvəlki ilə nisbətən 4,7 faiz çox tərəvəz, 1967,6 ton (6,4 faiz çox) kartof, 305,5 ton (44,6 faiz az) bostan məhsulları toplanmışdır.
2019-ci ilin yanvarın 1-i vəziyyətinə 1,5 ton dən üçün günəbaxan istehsal edilmişdir.
2018-ci ildə rayon üzrə keçən ilin müvafiq dövrünə nisbətən 4,8 faiz çox yem bitkiləri istehsal olunmuşdur.
Cari ildə rayonun ayrı-ayrı təsərrüfatlarında meyvə sahələrinin 403,3 hektar artması barədə təsərrüfatlardan hesabatlar daxil olmuşdur. Hazırda rayonda 6131,5 hektar meyvə bağları mövcuddur ki, bunun da 5435,8 hektarı və ya 88,7 faizi meyvə verən yaşda olan ağaclardır.
2018-ci ildə 64286,5 ton meyvə və giləmeyvə , 270,0 ton üzüm yığılmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən meyvə-giləmeyvə istehsalı 1656,7 ton artmışdır. Rayon təsərrüfatlarında olan ümumi məhsulun 48,4 faizini nar, 39,6 faizini xurma , 12,0 faizini isə digər meyvələr təşkil edir.
Cari ildə 15,5 hektar nar, 308,8 hektar yeni xurma bağları salınmışdır. Hazırda əhali təsərrüfatlarında bağçılığın inkişafı üçün real imkanlar vardır.
2019-cu il yanvarın 1-i vəziyyətinə rayon üzrə 36843 baş iribuynuzlu mal-qara, o cümlədən 18651 baş inək və camış, 58755 baş qoyun və keçi mövcud olmuşdur.
2018-ci ildə diri çəkidə 8127 ton ət, 20588 ton süd, 15959 min ədəd yumurta, 115,1 ton yun istehsal edilmişdir.
Kənd əməkçiləri 2019-cu ilin məhsulu üçün 16205 hektar sahədə şum qaldırmış, 15591 hektar sahədə dən üçün taxıl səpmişlər. Dən üçün səpilmiş 15591 hektar taxıl sahəsinin 8740 hektarını buğda, 6851 hektarını arpa təşkil edir.
2017-cı ildə rayonda 5292 kq, 2018-ci ildə isə 12500 kq barama istehsal edilmişdir.
2018-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 109508,4 min manat olmuş, 2017-cı illə müqayisədə 4638,8 min manat və ya 3,4 faiz artmışdır.
T i k i n t i. 2018 -ci ildə müəssisə və təşkilatlar tərəfindən rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 34901,7 min manat vəsait yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 29219,6 min manat olmuşdur.
2018-ci ildə tikinti təşkilatları tərəfindən 11675,4 min manatlıq tikinti işləri yerinə yetirilmişdir. 2017-ci illə müqayisədə tikinti işləri 10,9 faiz çox olmuşdur.
İstehlak bazarı. 2018-ci ildə əhaliyə ticarət və xidmət şəbəkələrindən 355460,0 min manatlıq istehlak malları satılmış, 65634,7 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2017-ci illə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 0,3 faiz, ödənişli xidmətin həcmi 2,3 faiz artmışdır.
Nəqliyyat. 2018-ci ildə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 935,0 min ton yük, 14433,0 min nəfər sərnişin daşınmışdır. 2017-ci illə müqayisədə 22,0 min ton və ya 2,4 faiz yük, 366,0 min nəfər və ya 2,6 faiz sərnişin çoxdur.
Rabitə. 2018-ci ildə rabitə müəssisələri əhaliyə , müəssisə və təşkilatlara 1006,1 min manatlıq rabitə xidməti göstərmişdir.
Əhali. İlin əvvəlindən rayon əhalisinin sayı 1148 nəfər və ya 1,0 faiz artaraq 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 120531 nəfərə çatmışdır. Əhalinin bir kvadrat kilometrinə düşən sayı 163 nəfərdir.
Əhalinin 30,8 faizi şəhərdə, 69,2 faizi 25 kənd inzibati ərazi dairəsinin 55 kəndlərində yaşayır.
2018-ci ildə rayonda 1826 nəfər doğulmuş körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 15,2 təşkil etmişdir.
2018-ci ildə rayonda 759 nəfər ölüm halı qeydə alınmışdır və 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,6-dan 6,3-ə qədər azalmışdır.
2018-ci ildə rayonda 833 nikah və 175 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9 , boşanmaların sayı isə 1,5 təşkil etmişdir.
Əmək bazarı və yeni iş yerləri. 2019-cu ildə rayonun iqtisadiyyatında məşğul əhalinin sayı 57695 nəfər olmaqla rayon əhalisinin 47,9 faizini təşkil edir.
Məşğul əhalinin 12587 nəfəri və ya 21,8 faizi muzdla işləyənlərdir. Muzdla işləyənlərin orta aylıq əmək haqqı 265,9 manat olmaqla 2017-ci illə müqayisədə 17,4 manat və ya 7,0 faiz artmışdır.
2019-cu il yanvar ayının 1-i vəziyyətinə rayon Məşğulluq mərkəzində işsiz statusu verilmiş şəxslərin sayı 179, işsizlik müavinəti alanların sayı 16 nəfər təşkil etmişdir.
2018-ci ildə rayonda 847 yeni iş yeri açılmışdır. Həmin iş yerlərindən 82-i yeni yaradılmış, 269-u mövcud müəssisə və təşkilatlarda, 496-ı isə fiziki şəxslərdə olmuşdur.
Kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətləri. 2018-ci ilin dekabr ayını 2018-ci ilin noyabr ayı ilə müqayisə etdikdə kənd təsərrüfatı məhsullarından kartof, soğan, pomidor, xiyar, alma, naringi, heyva, nar, xurma, ərzaq məhsullarından mal əti, qoyun əti, quş əti, qarabaşaq yarması bahalaşmış, kələm, kök, süfrə çuğunduru, yumurta ucuzlaşmışdır.
2018-ci ilin dekabr ayını 2017-ci ilin dekabr ayı ilə müqayisə etdikdə kənd təsərrüfatı məhsullarından soğan, sarımsaq, mal əti, qoyun əti, quş əti, yumurta, buğda unu, uzun düyü, pendir bahalaşmış, kərə yağı, qarabaşaq yarması, şəkər, şəkər tozu ucuzlaşmışdır.
Regionların Sosial – İqtisadi İnkişafı Dövlət Proqramı
(2014-2018-ci illər)
Rayon ərazisindən keçən ölkə əhəmiyyətli Bakı- Şamaxı – Yevlax rayonlararası avtomobil yolunun tikintisi, Göyçay-Ucar avtomobil yolunda əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilib. İsmayıllı-Müsüslü avtomobil yolunun Qaraməryəm kəndinə qədər olan hissəsinin tikintisi başa çatdırılıb.
Rayonda sutkalıq istehsal gücü 25 ton olan müasir çörək istehsalı müəssisəsinin tikintisi davam etdirilir.
Rayonun 56 kənd yaşayış məntəqəsindən 49-da təbii qazdan istifadə edilir. Təbii qazla təmin olunmayan digər kəndlərdə monitorinq aparılmış, qazlaşdırılması nəzərdə tutulan fərdi təsərrüfatların sayı dəqiqləşdirilmiş, müvafiq layihə-smeta sənədlərinin hazırlanmasına başlanılmışdır.
YAP rayon təşkilatının binası, Gənclər Mərkəzi, Bayraq Meydanı istifadəyə verilmiş, Heydər Əliyev Mərkəzinin qarşısındakı ərazi abadlaşdırılmış, Ulu Öndərin ağ mərmərdən yeni abidəsi ucaldılmış, mərkəzin ərazisində yeni işıqlandırma sistemi quraşdırılmış, Ana və uşaq kafesi, Fəvvarə kompleksləri inşa edilmişdir. Rayon İcra Hakimiyyətinin inzibati binasında, Yuxarı Məsciddə əsaslı təmir işləri aparılmış, şəhərin giriş qapıları yenidən qurulmuşdur. Qaraməryəm kəndində Bayraq meydanı inşa edilmiş, ərazidəki yol dairəsi abadlaşdırılmışdır. Aşağı Qaraməryəm kəndində sel sularının uçurduğu körpü yenidən tikilmişdir. Şəhərin mərkəzində müasir tələblərə cavab verən örtülü kənd təsərrüfatı məhsullarının pərakəndə satışı bazarı istifadəyə verilmişdir. Əli Kərim adına parkda abadlıq işləri başa çatdırılmış, parkda müharibə veteranları üçün kafe inşa edilmiş, Azərbaycanın görkəmli şair və yazıçılarının xatirə kompleksi inşa edilmiş, Şəhidlər Xiyabanında Azərbaycanlıların soyqırımına həsr olunmuş abidə ucaldılmışdır. Heydər Əliyev prospektindəki parkın yenidən qurulması işləri başa çatdırılmış, Bayraq muzeyi inşa edilmişdir. Həmçinin rayonda yeni Avtovağzal binası tikilib istifadəyə verilmişdir.
Rayonun Hacağabəyli kəndində 24 yerlik modul tipli sinif komplekti, Ərəbşahverdi kəndində 40 yerlik modul tipli ibtidai məktəb binası tikilib istifadəyə verilmiş, şəhər 2 saylı, Qaraman və Potu kənd tam orta məktəbləri əsaslı təmir olunmuşdur. Alıkənd kəndində 40 yerlik modul tipli məktəb binasının tikintisi başa çatdırılmış, Alpout kəndində 40 yerlik uşaq bağçası tikilib istifadəyə verilmişdir. Veysəlli kəndində 20 yerlik modul tipli məktəb binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır.
Təhsil. Rayonda 1400 uşağın tərbiyəsi ilə məşğul olan 34 məktəbəqədər təhsil müəssisəsi, 2017 / 2018- ci tədris ilində 2038 nəfər müəllimin çalışdığı, 18093 nəfər şagirdin təhsil aldığı 57 dövlət gündüz ümumtəhsil məktəbi, 80 nəfər müəllim kollektivinin çalışdığı, 1301 nəfər tələbənin təhsil aldığı Dövlət İdarəetmə və Texnologiya Kolleci, 80 nəfər müəllim və mühəndisin çalışdığı, 345 nəfər tələbənin təhsil aldığı Peşə Liseyi fəaliyyət göstərir.
Mədəniyyət. Rayonda 309,6 min nüsxə kitab fondu olan 37 kütləvi kitabxana, 10 mədəniyyət evi, 17 klub, 1 uşaq musiqi məktəbi, 3 muzey fəaliyyət göstərir. 2018-ci ildə kitabxanalarda 31,6 min nəfər oxucu olmuş, muzeylərə fərdi gələnlərin sayı 4,0 min nəfər, ekskursiyaya gələnlərin sayı 33,8 min nəfər olmuşdur.
Səhiyyə. 2019 - cu ilin əvvəlinə rayonda fəaliyyət göstərən 2 xəstəxana, 16 həkim məntəqəsi , 31 tibb məntəqəsi , 1 təcili yardım müəssisələrində 172 nəfər həkim , 1098 nəfər tibb işçisi çalışmış, əhalinin hər 10000 min nəfərinə 14 həkim, 91 tibb işçisi düşmüşdür.
Rayonda 2018-ci ildə qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, endokrin sisteminin, qida qəbuletmənin, maddələr mübadiləsi və immunitetin pozulması, qan və qanyaradıcı orqanların, qan dövranı sisteminin, həzm orqanlarının, əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri üstünlük təşkil edir.
Pensiya , sosial təminat. 2019-cu il yanvar ayının 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsinin Göyçay rayon şöbəsində 13730 nəfər pensiyaçı, 6076 nəfər sosial müavinət, 732 nəfər təqaüd, 1524 nəfər birdəfəlik müavinətlər, 102 aztəminatlı ailəyə ünvanlı sosial yardım alanlar qeydiyyatda olmuşdur.
İdman. Rayonda Olimpiya İdman Kompleksi, 175 idman qurğusu, 1-1,5 min yer tutan stadion, 38 qapalı idman zalları, 3 idman məktəbi fəaliyyət göstərir.
Hüquqpozmalar. Rayonda 2018-ci ildə 205 cinayət hadisəsi qeydə alınmışdır ki,bu da əhalinin hər on min nəfərinə hesabı ilə 17 hadisə təşkil edir.Qeydə alınmış cinayətlərin 16-ı ağır və xüsusilə ağır xarakterli cinayətlərə aiddir.
2016-cı ildə Göyçay rayonunun iqtisadi və sosial inkişafının
makroiqtisadi göstəriciləri
2016-cı ildə rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 248331,0 min manatlıq məhsul istehsal edilmişdir.
Məhsul buraxılışının 32077,6 min manatı və ya 12,9 faizi sənayedə, 88641,4 min manatı və ya 35,7 faizi kənd təsərrüfatında, 27019,9 min manatı və ya 10,9 faizi tikintidə, 4719,9 min manatı və ya 1,9 faizi nəqliyyatda, 805,2 min manatı və ya 0,3 faizi rabitədə, 95067,0 min manatı və ya 38,3 faizi ticarət və xidmət sahələrində olmuşdur.
Sənaye . Rayonun sənayesi əsasən qida məhsullarının, qeyri-metal mineral maddələrin istehsalı, elektrik enerjisi, qaz və suyun paylanması və bölüşdürülməsi sahələri ilə təmsil olunmuşdur.
2016-cı ildə rayonun sənaye müəssisələri , habelə fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 32077,6 min manatlıq sənaye məhsulu istehsal edilmiş, 2015-ci illə müqayisədə sənaye məhsulunun həcmi 26,9 faiz artmışdır.
Sənaye məhsulunun 17,0 faizi dövlət bölməsində, 83,0 faizi qeyri-dövlət bölməsində istehsal olunmuşdur.
Kənd təsərrüfatı. Rayonun iqtisadiyyatında taxılçılıq, meyvəçilik, tərəvəzçilik əsas yer tutur. Bununla yanaşı təsərrüfatlarda kartof, bostan, üzüm məhsulları da becərilir. Heyvandarlıqda isə iribuynuzlu maldarlıq və qoyunçuluq aparıcı rol oynayır.
2016-cı ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 88641,4 min manat təşkil etmişdir ki, onun da 43553,2 min manatı heyvandarlıq, 45088,2 min manatı isə bitkiçilik məhsullarının payına düşür.
2016-cı ildə rayonun təsərrüfatlarında 37067 ton taxıl, 548 ton dən üçün qarğıdalı, 1871 ton kartof, 19018 ton tərəvəz, 619 ton bostan məhsulları, 61779 ton meyvə və giləmeyvə, 502 ton üzüm istehsal olunmuşdur.
2016-cı ildə rayonun təsərrüfatlarında 42,34 hektar yeni meyvə bağları salınmışdır.
Rayonda 2016-cı ildə 151 ton pambıq tədarük edilmişdir.
2017-ci il yanvarın 1-i vəziyyətinə rayon üzrə 38047 baş iribuynuzlu mal-qara, o cümlədən 19566 baş inək və camış, 57019 baş qoyun və keçi mövcud olmuşdur. Qaramal naxırının 51,4 faizini inək və camışlar təşkil edir.
Kənd əməkçiləri 2017-ci ilin məhsulu üçün 15767 hektar sahədə şum qaldırmış, 14617 hektar sahədə dən üçün taxıl səpmişlər. Dən üçün səpilmiş 14617 hektar taxıl sahəsinin 7543 hektarını buğda, 7074 hektarını arpa təşkil edir.
T i k i n t i. 2016-cı ildə müəssisə və təşkilatlar tərəfindən rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 27796,5 min manat investisiya yönəldilmişdir.
2016-cı ildə tikinti təşkilatları tərəfindən 5878,2 min manatlıq tikinti işləri yerinə yetirilmişdir. 2015-ci illə müqayisədə tikinti işləri 42,4 faiz çox olmuşdur.
İstehlak bazarı. 2016-cı ildə əhaliyə ticarət və xidmət şəbəkələrindən 301800,0 min manatlıq istehlak malları satılmış, 55627,7 min manatlıq pullu xidmət göstərilmişdir. 2015-ci illə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 1,4 faiz, pullu xidmətin həcmi 2,6 faiz artmışdır.
Nəqliyyat. 2016-cı ildə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 893,0 min ton yük, 13697,0 min
nəfər sərnişin daşınmışdır. 2015-ci illə müqayisədə 25,0 min ton və ya 2,9 faiz yük, 514,0 min nəfər və ya 3,9 faiz sərnişin çoxdur.
Rabitə. 2016-cı ildə rabitə müəssisələri əhaliyə , müəssisə və təşkilatlara 805,2 min manatlıq rabitə xidməti göstərmişdir. Bu da 2015-ci ilə nisbətən 33,9 min manat və ya 4,4 faiz çoxdur.
Əhali. İlin əvvəlindən rayon əhalisinin sayı 1202 nəfər və ya 1,0 faiz artaraq 2017-ci il yanvar ayının 1-i vəziyyətinə 118271 nəfərə çatmışdır. Əhalinin bir kvadrat kilometrinə düşən sayı 159 nəfərdir.
Əhalinin 31,2 faizi şəhərdə, 68,8 faizi 25 kənd inzibati ərazi dairəsinin 55 kəndlərində yaşayır.
2016-cı ildə rayonda 1989 nəfər doğulmuş körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,8 təşkil etmişdir.
2016-cı ildə rayonda 811 nəfər ölüm halı qeydə alınmışdır və 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,6 -dan 6,9- a qədər artmışdır.
2016-cı ildə rayonda 816 nikah və 145 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9 , boşanmaların sayı isə 1,2 təşkil etmişdir.
Əmək bazarı və yeni iş yerləri. 2016-cı ildə rayonun iqtisadiyyatında məşğul əhalinin sayı 55,9 min nəfər olmaqla rayon əhalisinin 47,5 faizini təşkil edir.
Məşğul əhalinin 12084 nəfəri və ya 21,6 faizi muzdla işləyənlərdir. Muzdla işləyənlərin orta aylıq əmək haqqı 241,4 manat olmaqla 2015-ci illə müqayisədə 6,7 manat və ya 2,7 faiz azalmışdır.
2017-ci il yanvar ayının 1-i vəziyyətinə rayon Məşğulluq mərkəzində işsiz statusu verilmiş şəxslərin sayı 560, işsizlik müavinəti alanların sayı 154 nəfər təşkil etmişdir.
2016-cı ildə rayonda 1221 yeni iş yeri açılmışdır. Həmin iş yerlərindən 127-i yeni yaradılmış, 236-ı mövcud müəssisə və təşkilatlarda, 858-i isə fiziki şəxslər olmuşdur.
2015- ci ildə Göyçay rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi
Göstəriciləri
Azərbaycanda regional inkişaf üzrə dövlət proqramlarının həyata keçirilməsi ölkənin bütün bölgələri ilə yanaşı Göyçay rayonunun inkişafında da vacib rol oynamışdır. Buna sübut olaraq 2015-ci ildə rayonun iqtisadi və sosial-mədəni həyatında nəzərəçarpacaq müvəffəqiyyətlər əldə edilmiş, yeni təsərrüfat və sosial-mədəni obyektlər istifadəyə verilmiş, yeni iş yerləri açılmışdır.
2015-ci ildə Göyçay rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 2014-cü ilin müvafiq dövrünə nisbətən 3,2 faiz və ya 8162,7 min manat azalaraq 248595,3 min manat olmuşdur.
Məhsul buraxılışının 25276,6 min manatı və ya 10,2 faizi sənayedə, 98203,2 min manatı və ya 39,5 faizi kənd təsərrüfatında, 31986,3 min manatı və ya 12,9 faizi tikintidə, 4565,3 min manatı və ya 1,8 faizi nəqliyyatda, 771,3 min manatı və ya 0,3 faizi rabitədə, 87792,6 min manatı və ya 35,3 faizi ticarət və xidmət sahələrində olmuşdur.
Sənaye . Rayonun sənayesi əsasən qida məhsullarının, qeyri-metal mineral maddələrin istehsalı, elektrik enerjisi, qaz və suyun paylanması və bölüşdürülməsi sahələri ilə təmsil olunmuşdur.
2015-ci ildə rayonun sənaye müəssisələri , habelə fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 25276,6 min manatlıq sənaye məhsulu istehsal edilmiş, 2014-cü illə müqayisədə sənaye məhsulunun həcmi 21,1 faiz azalmışdır.
Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma bölməsində, 81,4 faizi emal bölməsində, 15,3 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 3,1 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. 2014-cü illə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 7,5 faiz , elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində 0,1 faiz artmış, emal bölməsində 24,7 faiz, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində 1,5 faiz azalmışdır.
Sənaye məhsulunun 18,4 faizi dövlət bölməsində, 81,6 faizi qeyri-dövlət bölməsində istehsal olunmuşdur.
Kənd təsərrüfatı. Rayonun iqtisadiyyatında taxılçılıq , meyvəçilik , tərəvəzçilik əsas yer tutur. Bununla yanaşı təsərrüfatlarda kartof, bostan, üzüm məhsulları da becərilir. Heyvandarlıqda isə iribuynuzlu maldarlıq və qoyunçuluq aparıcı rol oynayır. Rayonun istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi onun ümumi ərazisinin 72,7 faizini təşkil edir. Torpaq islahatı nəticəsində 17,2 min ailə 23,2 min hektar torpaq payına sahib olmuşdur. Orta hesabla hər ailəyə 1,4 hektar torpaq sahəsi verilmişdir.
2015-сi ildə kənd təsərrüfatı məhsulları istehsalı dəyər ifadəsində 929,1 min manat və ya 0,9 faiz artaraq 98203,2 min manat olmuşdur.
2015-ci ildə rayonun təsərrüfatlarında 36408 ton taxıl, 457 ton dən üçün qarğıdalı, 1808 ton kartof, 19842 ton tərəvəz, 1137 ton bostan məhsulları, 75513 ton meyvə və giləmeyvə, 801 ton üzüm istehsal olunmuşdur.
2014-cü illə müqayisədə taxıl istehsalı 32,7 faiz, kartof istehsalı 6,9 faiz, meyvə və giləmeyvə istehsalı 3,6 faiz , üzüm istehsalı 4,8 faiz artmış, dən üçün qarğıdalı istehsalı 44,0 faiz , tərəvəz istehsalı 30,3 faiz, bostan məhsulları istehsalı 22,5 faiz azalmışdır.
2015-ci ildə rayonun təsərrüfatlarında 324 hektar yeni meyvə bağları salınmışdır.
Heyvandarlıq sahəsində mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı stabil olaraq inkişaf edir.
2016-cı il yanvar ayının 1-nə iri buynuzlu mal-qaranın sayı 48442 başa, o cümlədən inək və camışların sayı 24436 başa, qoyun və keçilərin sayı 67804 başa çatmışdır.
01 yanvar 2015-ci illə müqayisədə iri buynuzlu mal-qaranın baş sayı 0,7 faiz, o cümlədən inək və camışların baş sayı 0,1 faiz, qoyun və keçilərin baş sayı 0,9 faiz artmışdır.
2014-cü ildə diri çəkidə 9114 ton ət, 24935 ton süd , 12200 min ədəd yumurta , 89,0 ton yun istehsal olunmuşdur. 2014-cü illə müqayisədə diri çəkidə ət istehsalı 0,9 faiz, süd istehsalı 0,3 faiz, yumurta istehsalı 1,7 faiz, yun istehsalı 1,1 faiz artmışdır.
Kənd əməkçiləri 2016-cı ilin məhsulu üçün 14869 hektar sahədə şum qaldırmış, 13880 hektar sahədə dən üçün taxıl səpmişlər. Dən üçün səpilmiş 13880 hektar taxıl sahəsinin 6872 hektarını buğda, 7008 hektarını arpa təşkil edir.
T i k i n t i. 2015-ci ildə müəssisə və təşkilatlar tərəfindən rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 33375,7 min manat və ya 2014-cü illə müqayisədə 28,9 faiz az investisiya yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi sərmayənin 95,8 faizini təşkil edərək 31986,3 min manat olmuşdur.
2015-ci ildə tikinti təşkilatları tərəfindən 4126,9 min manatlıq tikinti işləri yerinə yetirilmişdir. 2014-cü ilə nisbətən tikinti işləri 77,0 faiz az olmuşdur.
İstehlak bazarı. 2015-ci ildə əhaliyə ticarət və xidmət şəbəkələrindən 257285,6 min manatlıq istehlak malları satılmış, 51226,7 min manatlıq pullu xidmət göstərilmişdir. 2014-cü illə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 4,6 faiz, pullu xidmətin həcmi 2,6 faiz artmışdır.
Nəqliyyat. 2015-ci ildə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 868,0 min ton yük, 13183,0 min
nəfər sərnişin daşınmışdır. 2014-cü illə müqayisədə 52,0 min ton və ya 6,4 faiz yük, 746,0 min nəfər və ya 6,0 faiz sərnişin çoxdur.
Rabitə. 2015-ci ildə rabitə müəssisələri əhaliyə , müəssisə və təşkilatlara 771,3 min manatlıq rabitə xidməti göstərmişdir. Bu da 2014-cü ilə nisbətən 19,4 min manat və ya 2,6 faiz çoxdur.
Əhali. Rayonun ümumi ərazisi 0,74 min kv.km olmaqla onun ərazisinin hər kvadrat kilometrinə düşən əhalinin sıxlığı 158 nəfərdir. 2016-cı il yanvar ayının 1-i vəziyyətinə rayonun əhalisinin sayı 116,8 min nəfər olmuş , 2015-ci il yanvar ayının 1- i vəziyyəti ilə müqayisədə 1070 nəfər və yaxud 0,9 faiz artmışdır.
Əhalinin 31,3 faizi şəhərdə, 68,7 faizi 25 kənd inzibati ərazi dairəsinin 55 kəndlərində yaşayır.
2015-ci ildə rayonda 1809 nəfər körpə doğulmuş , 766 nəfər ölən qeydə alınmışdır. 2014-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 18,3-dən 15,5-ə qədər azalmış, ölənlərin sayı isə eyni olaraq qalmışdır (6,6).
2015-ci ildə rayonda 743 nikah və 119 boşanma qeydə alınmış, 2014-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 9,8-dən 6,4-ə qədər , boşanmaların sayı 1,3-dən 1,0-a qədər azalmışdır.
Əmək bazarı və yeni iş yerləri. 2015-ci ildə rayonun iqtisadiyyatında məşğul əhalinin sayı 64,9 min nəfər olmaqla rayon əhalisinin 55,5 faizini təşkil edir.
Məşğul əhalinin 12329 nəfəri və ya 19,0 faizi muzdla işləyənlərdir. Muzdla işləyənlərin orta aylıq əmək haqqı 250,9 manat olmaqla 2014-cü illə müqayisədə 8,5 manat və ya 3,3 faiz azalmışdır.
2016-cı il yanvar ayının 1-i vəziyyətinə rayon Məşğulluq mərkəzində işsiz statusu verilmiş şəxslərin sayı 443, işsizlik müavinəti alanların sayı 39 nəfər təşkil etmişdir.
2015-ci ildə rayonda 633 yeni iş yeri açılmışdır. Həmin iş yerlərindən 51-i yeni yaradılmış, 4-ü mövcud müəssisə və təşkilatlarda, 578-i isə fiziki şəxslər olmuşdur.