Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

İqtisadiyyat

2021-ci  ildə Göyçay rayonun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

 Məlumatlara əsasən 2021-сi ildə rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən istehsal edilmiş ümumi daxili məhsul əvvəlki illə müqayisədə  15,6  faiz  artaraq 333041,1 min manata çatmışdır.
Məhsul və xidmətlərin ümumi həcminin  61,6 faizi  istehsal sahələrinin, 38,4 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
İqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin 50379,1 min manatı və ya 15,1 faizi sənayedə, 154726,1 min manatı və ya 46,5 faizi kənd təsərrüfatında, 4743,5 min manatı və ya 1,4 faizi tikintidə, 2956,1 min manatı və ya 0,9 faizi nəqliyyatda, 1979,4 min manatı və ya 0,6 faizi rabitədə, 118256,9 min manatı və ya  35,5 faizi ticarət və xidmət  sahələrində  istehsal  olunmuşdur.  
Sənaye. 2021-ci ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi  15,0 faiz  artaraq  50379,1  min manat təşkil etmişdir.
Sənaye məhsulunun  86,3 faizi emal sənayesinin, 12,6  faizi elektrik enerjisi , qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı  bölmələrinin  payına  düşür.
Sənaye məhsulu istehsalının 13,3 faizini dövlət müəssisələri, 86,7 faizini qeyri-dövlət müəssisələri təşkil edir.
Kənd təsərrüfatı. Rayonun iqtisadiyyatının əsasını taxılçılıq, tərəvəzçilik və meyvəçilik təşkil edir. Bununla yanaşı kartof, bostan və üzüm məhsulları istehsal edilir.
Rayon ərazisində 2021-ci il üçün ümumi əkin sahəsi 19705,7 hektar təşkil etmişdir ki, bunun da 12683,2 hektarını dənli və dənli paxlalı, 955,5 hektarını kartof, tərəvəz və bostan, 6067,0 hektarını yem bitkiləri təşkil edir.
Rayonda 2021-ci ildə dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 100,0 faizi (12683,2 hektar) biçilmiş və həmin sahələrdən 43979,4 ton (keçən il 39841,0 ton) taxıl məhsulu götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 34,2 sentner  təşkil etmişdir.
Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda və arpa əsas yer tutur. İstehsal olunmuş taxıl məhsulunun 49,8 faizini (21913,5 ton) buğda, 46,8 faizini (20588,7 ton) arpa, 2,1 faizini (910,2 ton) qarğıdalı, 1,3 faizini (567,0 ton) çəltik təşkil edir. Ötən illə müqayisədə 415,5 ton (1,9 faiz çox) buğda, 2982,7 ton (16,9 faiz çox) arpa, 611,1 ton (3 dəfə çox) qarğıdalı, 155,1 ton (37,7 faiz çox) çəltik istehsal edilmişdir.
2021-ci ildə  52283,8 ton və ya əvvəlki ilə nisbətən 9,9 faiz çox tərəvəz, 2272,5 ton  (5,1 faiz az) kartof, 670,0 ton  (8,0 faiz az) bostan məhsulları toplanmışdır.
2021-ci ildə rayon üzrə 38717,0 ton keçən ilin müvafiq dövrünə nisbətən  5,1 faiz az yem bitkiləri  istehsal olunmuşdur.  
Cari ildə rayonun ayrı-ayrı təsərrüfatlarında meyvə sahələrinin 340,8 hektar artması barədə təsərrüfatlardan hesabatlar daxil olmuşdur. Hazırda rayonda 7044,8 hektar  meyvə bağları mövcuddur ki, bunun da 6401,2 hektarı və ya  90,9 faizi meyvə verən yaşda olan ağaclardır.
2021-ci ildə 88273,4 ton meyvə və giləmeyvə yığılmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən meyvə və giləmeyvə istehsalı 10039,3  ton artmışdır.
Rayon təsərrüfatlarında olan meyvə istehsalının 42651,6 tonu (48,3 faiz) nar, 33072,0 tonu (37,5 faiz) xurma, 12549,8 tonu (14,2 faiz) isə digər meyvə və giləmeyvələr təşkil edir.
Kənd əməkçiləri 2022-ci  ilin  məhsulu üçün 12766,1 hektar sahədə şum qaldırmış, 12342,0 hektar sahədə dən üçün taxıl səpmişlər. Dən üçün səpilmiş 12342,0 hektar taxıl sahəsinin  6200,0  hektarını buğda, 6142,0  hektarını arpa  təşkil edir.
2021-ci  ildə diri çəkidə 8758,0 ton ət, 19941,0 ton süd, 22441,0 min ədəd yumurta, 128,0  ton yun istehsal edilmişdir.
2022-ci il yanvarın 1-i vəziyyətinə rayon üzrə 36565 baş iribuynuzlu mal-qara, o cümlədən 18204  baş inək və camış, 56146  baş  qoyun  və  keçi  mövcud  olmuşdur.
2021-ci  ildə  rayonda 10,4 ton barama istehsal olunmuşdur.
2021-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 154726,1min manat olmuş, 2020-ci illə müqayisədə 20585,4 min manat və ya 8,9 faiz artmışdır. Məhsulun 57564,7 min manatı heyvandarlıq, 97161,4 min manatı isə bitkiçilik məhsullarının payına düşür.
Tikinti. 2021-ci ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4052,8 min manat  vəsait yönəldilmiş, onun 69,7 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 70,2 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 78,8 faiz azalmışdır. İstehsal təyinatlı obyektlərin inşasında 1699,5 min manat, qeyri-istehsal təyinatlı obyektlərin inşasında 2353,3 min manatlıq investisiyadan istifadə edilmişdir.
Tikinti müəssisələri tərəfindən 2021-ci ildə 4954,6 min manatlıq inşaat işləri görülmüş, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə  34645,3  min manat və ya 87,5 faiz  azdır.
Pərakəndə ticarət və ödənişli xidmət. 2021-ci ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 359443,5 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 55946,8 min manatlıq ödənişli xidmət  göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 5,0 faiz artmışdır.       
Nəqliyyat, informasiya və rabitə. 2021-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və avtomobil nəqliyyatı sahəsində çalışan fiziki şəxslər tərəfindən  585,0 min ton yük və 8054,0 min nəfər sərnişin  daşınmışdır. Bu da 2020-ci ilin eyni dövrünə nisbətən 5,0 min ton yük və ya 0,9 faiz, 88,0 min sərnişin  və ya 1,1 faiz çoxdur.
İnformasiya və rabitə müəssisələri 2021-ci ildə əhaliyə, müəssisə və təşkilatlara  1979,4 min manatlıq, yaxud 2020-ci illə müqayisədə 52,9 faiz çox rabitə xidməti  göstərmişlər.
Demoqrafik vəziyyət. 2022-ci il yanvar ayının 1-i vəziyyətinə rayon əhalisinin sayı 519 nəfər  və ya 0,4 faiz  artaraq 122975 nəfərə çatmışdır.
Əhalinin ümumi sayından 37237 nəfəri (30,3 faizi) şəhər, 85738 nəfəri (69,7 faizi) kənd  sakinləridir. Rayon əhalisinin  50,1 faizini  kişilər, 49,9 faizini  qadınlar  təşkil  edir.
2021-ci ilin yanvar-dekabr aylarında 1402 doğulan körpə qeydə alınmış və bu göstərici əhalinin hər  1000 nəfərinə 11,4  təşkil etmişdir.
Cari ilin yanvar-dekabr aylarında rayonda 951 ölüm halı qeydə alınmış, əhalinin hər 1000 nəfərinə  ölüm səviyyəsi  7,7 təşkil etmişdir.
2021-ci ilin yanvar-dekabr aylarında qeydiyyat şöbələri tərəfindən 744 nikah və 138 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,1, boşanmaların sayı 1,1 olmuşdur.                       
Cari ilin yanvar-dekabr ayları ərzində rayona daimi yaşamaq üçün 97 nəfər gələn və 29 nəfər rayondan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 68 nəfər təşkil etmişdir.
Əməkhaqqı və yeni iş yerləri. 01 yanvar 2022-ci il vəziyyətinə rayonun iqtisadiyyatında məşğul olanların sayı 57742 nəfər olmaqla rayon əhalisinin 47,0 faizini təşkil edir.
Məşğul əhalinin 11639  nəfəri və ya 20,1 faizi muzdla işləyənlərdir. Əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir edən orta  aylıq nominal əməkhaqqı 442,2 manat  olmaqla  2020-ci ilin yanvar- noyabr  ayları ilə müqayisədə 5,2 faiz artmışdır.
Məşğulluq xidmətləri tərəfindən rayon üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2021-ci ildə  4771 nəfər olmuşdur.
Rayonda 2022-ci il yanvar ayının 1-i vəziyyətinə 63 yeni iş yeri açılmışdır ki, bunların da hamısı daimi iş yerləridir. Belə ki, açılmış  iş yerlərindən 19-u  yeni yaradılmış müəssisə və təşkilatlarda, 44-ü mövcud müəssisə və təşkilatlarda olmuşdur.
Kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətləri. 2021-ci ilin dekabr ayını 2021-ci ilin noyabr ayı ilə müqayisə etdikdə, kənd  təsərrüfatı  və ərzaq məhsullarından kartof, soğan, pomidor, xiyar, alma, armud, üzüm, nar, heyva, xurma, quş əti, süd, yumurta, kərə yağı, buğda unu, qarabaşaq yarması, şəkər,  şəkər tozu bahalaşmış, kələm, kök, süfrə çuğunduru ucuzlaşmışdır. 
2021-ci ilin dekabr ayını 2020-ci ilin dekabr ayı ilə müqayisə etdikdə, kənd təsərrüfatı və ərzaq məhsullarından kartof, soğan, kələm, sarımsaq, mal əti, qoyun əti, quş əti, süd, kərə yağı, buğda unu, uzun düyü, pendir, qarabaşaq yarması, manna yarması, şəkər, şəkər tozu, karamel bahalaşmışdır.
Təhsil. Rayonda 1420 uşağın tərbiyəsi ilə məşğul olan 34 məktəbəqədər təhsil müəssisəsi, 2021/2022- ci tədris ilinin əvvəlinə 1980 nəfər müəllimin çalışdığı, 18649 nəfər şagirdin təhsil aldığı 57 dövlət gündüz ümumtəhsil məktəbi, 103 nəfər müəllim kollektivinin çalışdığı, 1552 nəfər  tələbənin  təhsil aldığı Dövlət İdarəetmə və Texnologiya Kolleci, 67 nəfər müəllim və mühəndisin çalışdığı, 348 nəfər tələbənin təhsil aldığı Peşə Liseyi  fəaliyyət  göstərir.
Mədəniyyət. Rayonda 312,9 min nüsxə kitab fondu olan 37 kütləvi  kitabxana, 10 mədəniyyət evi, 17 klub, 1 uşaq musiqi məktəbi, 3 muzey fəaliyyət göstərir. 2021-ci ildə  kitabxanalarda 30,9 min nəfər oxucu olmuş, muzeylərə fərdi gələnlərin sayı 1,0 min nəfər, ekskursiyaya gələnlərin sayı  6,0 min nəfər olmuşdur.
Səhiyyə. 2022-ci ilin əvvəlinə rayonda fəaliyyət göstərən 1 xəstəxana, 17 həkim  məntəqəsi, 31 tibb məntəqəsi və 1 təcili yardım müəssisəsində 147 nəfər həkim, 303 nəfər orta tibb işçisi çalışmış, əhalinin hər 10000 min nəfərinə 12 həkim, 25 orta tibb işçisi düşmüşdür.  
Rayonda 2020-ci ildə qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, endokrin sisteminin, qida qəbuletmənin, maddələr mübadiləsi və immunitetin pozulması, qan və qanyaradıcı orqanların,  qan dövranı sisteminin, həzm orqanlarının,  əsəb sistemi və hissiyyat orqanlarının  xəstəlikləri  üstünlük  təşkil etmişdir.
Pensiya, sosial təminat. 2022-ci il yanvar ayının 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin Mərkəzi Aran 2 saylı region filialında Göyçay rayonu üzrə 11663 nəfər pensiya, 6023 nəfər sosial müavinət, 3135 nəfər təqaüd, 1237 nəfər birdəfəlik müavinət, 93 aztəminatlı ailəyə ünvanlı sosial yardım alanlar qeydiyyatda  olmuşdur.
İdman. Rayonda Olimpiya İdman Kompleksi, 181 idman qurğusu, 1-1,5 min yer tutan stadion, 39 qapalı idman zalları, 3 idman məktəbi fəaliyyət göstərir.
Hüquqpozmalar. Rayonda 2021-ci ildə 194 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da əhalinin hər on min nəfərinə hesabı ilə 16 hadisə təşkil edir. Qeydə alınmış cinayətlərin  25-i  ağır və xüsusilə ağır  xarakterli  cinayətlərə  aiddir.

Regionların Sosial - İqtisadi  İnkişafı Dövlət Proqramı
(2019-2023-cü illər)

2019-2023-cü illər üzrə yeni qəbul olunmuş “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davamı olaraq Hacalıkənd-Qaraman-Ləkçıplaq-Yalman, Kürd-Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli kəndlərarası avtomobil yollarının  tikintisi başa çatdırılmışdır 
Rayonda yataqxana binalarında məskunlaşmış mənzil şəraiti ağır olan köçkün ailələri üçün 80 mənzilli, həmçinin özəl investisiya hesabına  20 mənzilli yaşayış binaları inşa edilib, 12 mənzilli yaşayış binasının tikintisi davam etdirilir. Əli Kərim adına parkda və Şəhidlər Xiyabanında abadlıq-quruculuq işləri aparılmışdır. İkinci Vətən müharibəsində həlak olmuş Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün şəhər və kəndlərdə 22 bulaq inşa edilmişdir. Şəhidlər Xiyabanına gedən yol abadlaşdırılmış və yeni asfalt örtüyü salınmışdır. Xiyabanda Şəhidlərin xatirəsinə  həsr edilmiş “Bulaq kompleksi” istifadəyə  verilmişdir.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi üçün rayon Məşğulluq Mərkəzi filialında 495 nəfər sosial işlə təmin olunmuş, 375 nəfər “Özünüməşğulluq” proqramına  cəlb olunmuş, 196 nəfər işaxtaran və işsiz vətəndaş aktivlərlə təmin edilmişdir.
Göyçay şəhərində 3, 4 və 8 saylı, Müskürlü, Qarabaqqal və Çayarxı kəndlərində uşaq bağçaları istifadəyə verilmiş, Çaxırlı kənd tam orta məktəbinin əsaslı təmiri işləri başa çatdırılmiş, ümumi orta məktəbinin əsaslı təmir işləri davam etdirilir.

 

 

 

2018 - ci  ildə Göyçay rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi  göstəriciləri

2018-ci ildə Göyçay rayonunda  iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 287277,7  min manat olmuşdur.
Məhsul buraxılışının  25075,5 min manatı və ya 8,7 faizi sənayedə, 109508,4 min manatı və ya  38,1 faizi kənd təsərrüfatında, 29219,6  min manatı və ya 10,2  faizi tikintidə, 4943,6 min manatı və ya 1,7  faizi nəqliyyatda, 1006,1  min manatı  və ya 0,4 faizi rabitədə, 117524,5 min manatı  və ya 40,9  faizi ticarət və xidmət sahələrində  olmuşdur.
Məhsul və xidmətlərin 57,1 faizi istehsal sahələrinin, 42,9 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Sənaye . Rayonun  sənayesi əsasən qida məhsullarının, qeyri-metal mineral maddələrin istehsalı, elektrik enerjisi, qaz və suyun paylanması və bölüşdürülməsi   sahələri ilə təmsil olunmuşdur.
  2018-ci ildə  rayonun sənaye müəssisələri , habelə fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 25075,5 min manatlıq sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun  68,7  faizi  emal bölməsində, 26,3 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 5,0 faizi su təchizatı, çirkli  suların  və  tullantıların  təmizlənməsi bölməsində istehsal olunmuşdur. 2017-ci illə müqayisədə elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat  bölməsində  10,1 faiz,  su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində isə 13,1 faiz   artmışdır. 
Sənaye məhsulunun 30,8 faizi dövlət bölməsində, 69,2 faizi qeyri-dövlət bölməsində  istehsal olunmuşdur.
Kənd təsərrüfatı. Rayonda 2018-ci ildə dənli və dənli paxlalı  bitkilərin (qarğıdalısız)  əkin sahəsinin 100 faizi (14808 hektar) biçilmiş və həmin sahələrdən 43004,9 ton (keçən il 41721,2 ton ) taxıl məhsulu götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul  29,0 sentner  təşkil  etmişdir.
Bundan əlavə 54,0 hektar  dən üçün qarğıdalının əkin sahəsindən 243,6 ton  məhsul toplanmış, hər  hektadan orta hesabla 45,1 sentner  qarğıdalı dəni götürülmüşdür.
          Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda əsas yer tutur. İstehsal olunmuş taxıl məhsulunun  50,0 faizini (21634,3 ton) buğda, 0,6 faizini ( 243,6 ton) qarğıdalı , 0,6  faizini ( 257,2 ton) çəltik , 48,8 faizini ( 21110,4 ton) isə arpa təşkil etmişdir.
2018-ci ildə  43583,0 ton və ya əvvəlki ilə nisbətən 4,7 faiz çox tərəvəz, 1967,6 ton  (6,4 faiz çox) kartof, 305,5 ton  (44,6 faiz az) bostan məhsulları toplanmışdır.
2019-ci ilin yanvarın 1-i vəziyyətinə 1,5 ton dən üçün günəbaxan istehsal edilmişdir.
2018-ci ildə rayon üzrə keçən ilin müvafiq dövrünə nisbətən  4,8  faiz çox yem bitkiləri  istehsal olunmuşdur.  
Cari ildə rayonun ayrı-ayrı təsərrüfatlarında meyvə sahələrinin 403,3 hektar artması barədə təsərrüfatlardan hesabatlar daxil olmuşdur. Hazırda rayonda  6131,5  hektar  meyvə bağları mövcuddur ki, bunun da 5435,8 hektarı və ya  88,7 faizi meyvə verən yaşda olan ağaclardır.
2018-ci ildə 64286,5 ton meyvə və giləmeyvə , 270,0  ton üzüm yığılmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən meyvə-giləmeyvə istehsalı 1656,7 ton artmışdır. Rayon təsərrüfatlarında olan ümumi məhsulun 48,4 faizini nar, 39,6 faizini xurma , 12,0 faizini isə digər meyvələr təşkil edir.
Cari ildə 15,5 hektar nar, 308,8 hektar yeni xurma bağları salınmışdır. Hazırda   əhali təsərrüfatlarında bağçılığın inkişafı üçün real imkanlar vardır.
2019-cu il yanvarın 1-i vəziyyətinə rayon üzrə 36843  baş  iribuynuzlu mal-qara, o cümlədən 18651  baş inək və camış, 58755  baş  qoyun  və  keçi  mövcud olmuşdur.
2018-ci ildə diri çəkidə 8127 ton ət, 20588  ton süd, 15959  min ədəd yumurta, 115,1  ton yun istehsal edilmişdir.
Kənd əməkçiləri 2019-cu  ilin  məhsulu üçün  16205  hektar sahədə şum qaldırmış, 15591 hektar sahədə  dən üçün taxıl səpmişlər. Dən üçün səpilmiş  15591 hektar taxıl sahəsinin  8740  hektarını buğda, 6851  hektarını arpa  təşkil edir.
            2017-cı ildə rayonda 5292 kq, 2018-ci ildə isə 12500 kq  barama istehsal edilmişdir.
2018-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 109508,4 min manat olmuş, 2017-cı  illə müqayisədə 4638,8 min manat və ya  3,4  faiz artmışdır.
T i k i n t i. 2018 -ci ildə müəssisə və təşkilatlar tərəfindən  rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas  kapitala  bütün maliyyə mənbələrindən  34901,7 min manat vəsait yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 29219,6  min manat olmuşdur. 
2018-ci ildə tikinti təşkilatları tərəfindən 11675,4 min manatlıq tikinti işləri yerinə yetirilmişdir. 2017-ci  illə müqayisədə tikinti işləri 10,9 faiz çox olmuşdur.
          İstehlak bazarı. 2018-ci ildə əhaliyə ticarət və xidmət şəbəkələrindən 355460,0 min manatlıq istehlak malları satılmış, 65634,7 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2017-ci  illə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 0,3 faiz, ödənişli xidmətin həcmi 2,3  faiz artmışdır.
          Nəqliyyat. 2018-ci ildə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində  fəaliyyət göstərən  fiziki şəxslər tərəfindən 935,0 min ton yük, 14433,0 min nəfər sərnişin daşınmışdır. 2017-ci  illə müqayisədə  22,0 min ton  və ya 2,4 faiz yük, 366,0  min nəfər və ya  2,6  faiz sərnişin çoxdur.
          Rabitə. 2018-ci  ildə rabitə  müəssisələri  əhaliyə , müəssisə və təşkilatlara 1006,1  min manatlıq rabitə xidməti göstərmişdir.
Əhali. İlin əvvəlindən rayon əhalisinin sayı 1148 nəfər və ya 1,0  faiz  artaraq  2019-cu il yanvar ayının 1-i vəziyyətinə 120531 nəfərə çatmışdır. Əhalinin bir  kvadrat kilometrinə  düşən sayı 163 nəfərdir.
           Əhalinin 30,8 faizi şəhərdə, 69,2 faizi 25 kənd inzibati ərazi dairəsinin 55 kəndlərində  yaşayır.
           2018-ci ildə rayonda 1826 nəfər doğulmuş körpə qeydə alınmış və bu göstərici əhalinin  hər 1000 nəfərinə 15,2  təşkil etmişdir.
2018-ci ildə rayonda 759  nəfər ölüm halı qeydə alınmışdır və  2017-ci  ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə  ölüm səviyyəsi 6,6-dan 6,3-ə qədər azalmışdır.
           2018-ci  ildə rayonda 833  nikah və 175  boşanma  halları  qeydə alınmış, əhalinin  hər 1000 nəfərinə  nikahların sayı  6,9 ,  boşanmaların sayı isə  1,5  təşkil etmişdir.                        
          Əmək bazarı və yeni iş yerləri. 2019-cu ildə rayonun iqtisadiyyatında məşğul əhalinin sayı  57695 nəfər olmaqla rayon  əhalisinin  47,9  faizini  təşkil edir.
           Məşğul əhalinin 12587 nəfəri və ya 21,8 faizi muzdla işləyənlərdir. Muzdla işləyənlərin orta aylıq əmək haqqı 265,9 manat olmaqla 2017-ci illə müqayisədə 17,4 manat və ya 7,0 faiz artmışdır.
           2019-cu il yanvar ayının 1-i vəziyyətinə rayon Məşğulluq mərkəzində   işsiz statusu verilmiş şəxslərin  sayı 179, işsizlik  müavinəti  alanların  sayı  16  nəfər  təşkil  etmişdir.
2018-ci  ildə rayonda  847 yeni iş yeri açılmışdır. Həmin iş yerlərindən 82-i yeni yaradılmış, 269-u mövcud  müəssisə və təşkilatlarda, 496-ı isə fiziki şəxslərdə olmuşdur.
  Kənd təsərrüfatı və ərzaq  məhsullarının qiymətləri. 2018-ci ilin dekabr ayını 2018-ci ilin noyabr ayı ilə  müqayisə etdikdə kənd təsərrüfatı məhsullarından kartof, soğan, pomidor, xiyar, alma, naringi, heyva, nar, xurma, ərzaq məhsullarından mal əti, qoyun əti, quş əti, qarabaşaq yarması bahalaşmış, kələm, kök, süfrə çuğunduru, yumurta ucuzlaşmışdır.    
2018-ci ilin dekabr ayını 2017-ci ilin dekabr ayı ilə müqayisə etdikdə kənd təsərrüfatı məhsullarından soğan, sarımsaq, mal əti, qoyun əti, quş əti, yumurta, buğda unu, uzun düyü, pendir bahalaşmış, kərə yağı, qarabaşaq yarması, şəkər, şəkər tozu  ucuzlaşmışdır.     


Regionların   Sosial – İqtisadi  İnkişafı  Dövlət Proqramı

(2014-2018-ci illər)


Rayon  ərazisindən  keçən  ölkə  əhəmiyyətli  Bakı- Şamaxı – Yevlax  rayonlararası  avtomobil yolunun  tikintisi, Göyçay-Ucar avtomobil yolunda əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilib. İsmayıllı-Müsüslü avtomobil yolunun Qaraməryəm kəndinə qədər olan hissəsinin tikintisi başa çatdırılıb.
Rayonda sutkalıq istehsal  gücü 25 ton olan müasir çörək  istehsalı  müəssisəsinin tikintisi davam etdirilir.
Rayonun 56 kənd yaşayış məntəqəsindən 49-da təbii qazdan istifadə edilir.  Təbii qazla təmin olunmayan digər kəndlərdə monitorinq aparılmış, qazlaşdırılması nəzərdə tutulan fərdi təsərrüfatların sayı dəqiqləşdirilmiş, müvafiq layihə-smeta sənədlərinin hazırlanmasına başlanılmışdır.
YAP rayon təşkilatının binası, Gənclər Mərkəzi, Bayraq Meydanı istifadəyə verilmiş, Heydər Əliyev Mərkəzinin qarşısındakı ərazi abadlaşdırılmış, Ulu Öndərin  ağ mərmərdən yeni abidəsi ucaldılmış, mərkəzin ərazisində yeni işıqlandırma sistemi quraşdırılmış, Ana və uşaq kafesi, Fəvvarə kompleksləri inşa edilmişdir. Rayon İcra Hakimiyyətinin inzibati binasında, Yuxarı Məsciddə əsaslı təmir işləri aparılmış, şəhərin giriş qapıları yenidən qurulmuşdur. Qaraməryəm kəndində Bayraq meydanı inşa edilmiş, ərazidəki yol dairəsi abadlaşdırılmışdır. Aşağı Qaraməryəm kəndində sel sularının uçurduğu körpü yenidən tikilmişdir. Şəhərin mərkəzində müasir tələblərə cavab verən örtülü kənd təsərrüfatı məhsullarının pərakəndə satışı bazarı istifadəyə verilmişdir. Əli Kərim adına parkda abadlıq işləri başa çatdırılmış, parkda müharibə veteranları üçün kafe inşa edilmiş, Azərbaycanın görkəmli şair və yazıçılarının xatirə kompleksi inşa edilmiş, Şəhidlər Xiyabanında Azərbaycanlıların soyqırımına həsr olunmuş abidə ucaldılmışdır. Heydər Əliyev prospektindəki parkın yenidən qurulması işləri başa çatdırılmış, Bayraq muzeyi inşa edilmişdir. Həmçinin rayonda yeni Avtovağzal binası tikilib istifadəyə verilmişdir.
Rayonun  Hacağabəyli kəndində 24 yerlik modul tipli sinif komplekti, Ərəbşahverdi kəndində 40 yerlik modul  tipli  ibtidai  məktəb  binası tikilib  istifadəyə verilmiş, şəhər 2 saylı, Qaraman və Potu kənd tam  orta məktəbləri əsaslı təmir olunmuşdur. Alıkənd kəndində 40 yerlik modul tipli məktəb  binasının tikintisi başa çatdırılmış, Alpout  kəndində  40 yerlik uşaq bağçası tikilib istifadəyə verilmişdir.  Veysəlli kəndində 20 yerlik modul tipli məktəb binasının  tikintisi üçün torpaq sahəsi ayrılmışdır.
Təhsil. Rayonda  1400  uşağın  tərbiyəsi ilə məşğul olan 34 məktəbəqədər təhsil müəssisəsi, 2017 / 2018- ci tədris ilində  2038 nəfər müəllimin çalışdığı, 18093 nəfər şagirdin təhsil aldığı 57 dövlət gündüz ümumtəhsil məktəbi, 80 nəfər müəllim kollektivinin çalışdığı, 1301 nəfər   tələbənin  təhsil aldığı  Dövlət İdarəetmə və Texnologiya Kolleci, 80 nəfər müəllim və mühəndisin çalışdığı, 345 nəfər  tələbənin  təhsil aldığı  Peşə Liseyi  fəaliyyət göstərir.
Mədəniyyət. Rayonda 309,6 min nüsxə kitab fondu olan 37 kütləvi  kitabxana, 10 mədəniyyət evi, 17 klub, 1 uşaq musiqi məktəbi, 3 muzey fəaliyyət göstərir. 2018-ci ildə  kitabxanalarda 31,6 min nəfər oxucu olmuş, muzeylərə fərdi gələnlərin sayı 4,0 min nəfər, ekskursiyaya gələnlərin sayı 33,8 min nəfər olmuşdur.
Səhiyyə. 2019 - cu ilin əvvəlinə rayonda  fəaliyyət göstərən 2 xəstəxana, 16 həkim  məntəqəsi , 31 tibb məntəqəsi , 1 təcili yardım müəssisələrində 172 nəfər həkim , 1098 nəfər tibb işçisi çalışmış, əhalinin hər 10000 min nəfərinə 14 həkim, 91  tibb işçisi düşmüşdür.  
Rayonda 2018-ci ildə qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, endokrin sisteminin, qida qəbuletmənin, maddələr mübadiləsi və immunitetin pozulması, qan və qanyaradıcı orqanların,  qan dövranı sisteminin, həzm orqanlarının,  əsəb sistemi və hissiyyat orqanlarının  xəstəlikləri  üstünlük təşkil edir.
Pensiya , sosial təminat. 2019-cu il yanvar  ayının 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsinin Göyçay  rayon şöbəsində  13730 nəfər pensiyaçı, 6076 nəfər sosial müavinət, 732 nəfər təqaüd, 1524 nəfər birdəfəlik  müavinətlər, 102 aztəminatlı ailəyə ünvanlı sosial yardım alanlar qeydiyyatda olmuşdur.
İdman. Rayonda Olimpiya İdman Kompleksi, 175 idman qurğusu, 1-1,5 min yer tutan stadion, 38 qapalı idman zalları, 3 idman məktəbi fəaliyyət göstərir.
Hüquqpozmalar. Rayonda 2018-ci  ildə 205 cinayət hadisəsi qeydə alınmışdır ki,bu da  əhalinin hər on min nəfərinə hesabı ilə 17 hadisə təşkil edir.Qeydə alınmış cinayətlərin  16-ı ağır və xüsusilə ağır  xarakterli  cinayətlərə  aiddir.

 

2016-cı  ildə Göyçay rayonunun iqtisadi və sosial inkişafının

makroiqtisadi  göstəriciləri


2016-cı ildə rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən  248331,0 min manatlıq məhsul istehsal edilmişdir.
Məhsul buraxılışının 32077,6 min manatı və ya 12,9 faizi sənayedə, 88641,4 min manatı və ya  35,7  faizi kənd təsərrüfatında, 27019,9 min manatı və ya 10,9  faizi tikintidə, 4719,9  min manatı və ya 1,9 faizi nəqliyyatda, 805,2 min manatı  və ya 0,3  faizi rabitədə, 95067,0 min manatı  və ya 38,3  faizi ticarət və xidmət sahələrində  olmuşdur.
Sənaye . Rayonun  sənayesi əsasən qida məhsullarının, qeyri-metal mineral maddələrin istehsalı, elektrik enerjisi, qaz və suyun paylanması və bölüşdürülməsi   sahələri ilə təmsil olunmuşdur.
  2016-cı ildə  rayonun sənaye müəssisələri , habelə fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 32077,6 min manatlıq sənaye məhsulu istehsal edilmiş, 2015-ci illə müqayisədə sənaye məhsulunun həcmi 26,9  faiz artmışdır.
Sənaye  məhsulunun 17,0 faizi dövlət bölməsində, 83,0 faizi qeyri-dövlət bölməsində  istehsal olunmuşdur.
Kənd təsərrüfatı. Rayonun iqtisadiyyatında taxılçılıq, meyvəçilik, tərəvəzçilik əsas yer tutur. Bununla yanaşı təsərrüfatlarda kartof, bostan, üzüm  məhsulları da  becərilir.  Heyvandarlıqda   isə  iribuynuzlu  maldarlıq  və  qoyunçuluq  aparıcı  rol  oynayır.
2016-cı ildə kənd təsərrüfatının  ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 88641,4  min manat  təşkil  etmişdir  ki, onun da  43553,2  min manatı  heyvandarlıq, 45088,2 min manatı isə bitkiçilik məhsullarının payına düşür.
         
2016-cı ildə rayonun təsərrüfatlarında 37067 ton taxıl, 548 ton dən üçün qarğıdalı, 1871 ton kartof, 19018 ton tərəvəz, 619 ton bostan məhsulları, 61779 ton meyvə və giləmeyvə, 502  ton üzüm istehsal olunmuşdur.
2016-cı ildə rayonun təsərrüfatlarında 42,34 hektar yeni meyvə bağları salınmışdır.
Rayonda 2016-cı ildə  151  ton pambıq tədarük edilmişdir.
2017-ci il yanvarın 1-i vəziyyətinə rayon üzrə 38047  baş  iribuynuzlu mal-qara, o cümlədən 19566 baş inək və camış, 57019 baş qoyun və keçi mövcud olmuşdur. Qaramal naxırının 51,4 faizini inək və camışlar təşkil edir.
          Kənd əməkçiləri 2017-ci ilin  məhsulu üçün  15767 hektar sahədə şum qaldırmış, 14617 hektar sahədə  dən üçün taxıl səpmişlər. Dən üçün səpilmiş  14617 hektar taxıl sahəsinin  7543  hektarını buğda, 7074  hektarını arpa  təşkil edir.
T i k i n t i. 2016-cı ildə müəssisə və təşkilatlar tərəfindən  rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas  kapitala  bütün maliyyə mənbələrindən  27796,5 min manat investisiya yönəldilmişdir.  
2016-cı ildə  tikinti təşkilatları tərəfindən 5878,2 min manatlıq tikinti işləri yerinə yetirilmişdir. 2015-ci  illə müqayisədə tikinti işləri  42,4 faiz  çox  olmuşdur.
         İstehlak bazarı. 2016-cı ildə əhaliyə ticarət və xidmət şəbəkələrindən 301800,0 min manatlıq istehlak malları satılmış, 55627,7 min manatlıq pullu xidmət göstərilmişdir. 2015-ci illə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 1,4 faiz, pullu xidmətin həcmi 2,6 faiz artmışdır.
         Nəqliyyat. 2016-cı ildə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində  fəaliyyət göstərən  fiziki şəxslər tərəfindən 893,0 min ton yük, 13697,0 min
nəfər sərnişin daşınmışdır. 2015-ci  illə müqayisədə  25,0 min ton  və ya 2,9 faiz yük, 514,0  min nəfər və ya 3,9  faiz sərnişin çoxdur.
         Rabitə. 2016-cı  ildə rabitə müəssisələri əhaliyə , müəssisə və təşkilatlara 805,2  min manatlıq rabitə xidməti göstərmişdir. Bu da 2015-ci ilə nisbətən 33,9 min manat və ya  4,4  faiz  çoxdur.
Əhali. İlin əvvəlindən rayon əhalisinin sayı 1202 nəfər və ya 1,0  faiz artaraq 2017-ci il yanvar ayının 1-i vəziyyətinə 118271 nəfərə çatmışdır. Əhalinin bir  kvadrat kilometrinə düşən sayı 159 nəfərdir.
         Əhalinin  31,2 faizi  şəhərdə, 68,8 faizi 25 kənd inzibati ərazi dairəsinin 55 kəndlərində  yaşayır.
         2016-cı ildə rayonda 1989 nəfər doğulmuş körpə qeydə alınmış və bu göstərici əhalinin  hər 1000 nəfərinə 16,8 təşkil etmişdir.
2016-cı ildə rayonda 811 nəfər ölüm halı qeydə alınmışdır və  2015-ci  ilin müvafiq dövrü ilə  müqayisədə əhalinin hər 1000 nəfərinə  ölüm səviyyəsi  6,6 -dan 6,9- a  qədər artmışdır.
         2016-cı ildə rayonda 816  nikah və 145  boşanma  halları  qeydə alınmış, əhalinin  hər 1000 nəfərinə  nikahların sayı  6,9 ,  boşanmaların sayı isə  1,2  təşkil etmişdir.                        
          Əmək bazarı və yeni iş yerləri.  2016-cı ildə  rayonun iqtisadiyyatında məşğul əhalinin sayı  55,9 min nəfər olmaqla rayon  əhalisinin  47,5  faizini  təşkil edir.
        Məşğul əhalinin 12084 nəfəri və ya 21,6 faizi muzdla işləyənlərdir. Muzdla işləyənlərin orta aylıq əmək haqqı 241,4 manat olmaqla 2015-ci illə müqayisədə 6,7 manat və ya 2,7  faiz azalmışdır.
        2017-ci il yanvar ayının 1-i vəziyyətinə rayon Məşğulluq mərkəzində   işsiz statusu verilmiş şəxslərin  sayı 560, işsizlik müavinəti alanların sayı  154  nəfər təşkil etmişdir.
2016-cı  ildə rayonda  1221 yeni iş yeri açılmışdır. Həmin iş yerlərindən 127-i yeni yaradılmış, 236-ı mövcud  müəssisə və təşkilatlarda, 858-i  isə fiziki şəxslər olmuşdur.

 

2015- ci ildə Göyçay rayonunun  iqtisadi və sosial inkişafının  makroiqtisadi 

Göstəriciləri

Azərbaycanda regional inkişaf üzrə dövlət proqramlarının həyata keçirilməsi ölkənin bütün bölgələri ilə yanaşı Göyçay rayonunun inkişafında da vacib rol oynamışdır. Buna sübut olaraq 2015-ci ildə rayonun iqtisadi və sosial-mədəni həyatında nəzərəçarpacaq müvəffəqiyyətlər əldə edilmiş, yeni təsərrüfat və sosial-mədəni obyektlər istifadəyə verilmiş, yeni iş yerləri açılmışdır.
2015-ci ildə Göyçay rayonunda  iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul  və xidmətlərin ümumi həcmi 2014-cü ilin müvafiq  dövrünə nisbətən 3,2 faiz və ya  8162,7 min manat   azalaraq  248595,3  min manat   olmuşdur.
Məhsul buraxılışının 25276,6 min manatı və ya 10,2 faizi sənayedə, 98203,2 min manatı və ya 39,5  faizi kənd təsərrüfatında, 31986,3 min manatı və ya 12,9  faizi tikintidə, 4565,3  min manatı və ya 1,8 faizi nəqliyyatda, 771,3 min manatı  və ya 0,3  faizi rabitədə, 87792,6 min manatı  və ya 35,3  faizi ticarət və xidmət sahələrində  olmuşdur.
Sənaye . Rayonun  sənayesi əsasən qida məhsullarının, qeyri-metal mineral maddələrin istehsalı, elektrik enerjisi, qaz və suyun paylanması və bölüşdürülməsi   sahələri ilə təmsil olunmuşdur.
  2015-ci ildə  rayonun sənaye müəssisələri , habelə fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 25276,6 min manatlıq sənaye məhsulu istehsal edilmiş, 2014-cü illə müqayisədə sənaye məhsulunun həcmi 21,1  faiz azalmışdır.
Sənaye məhsulunun 0,2 faizi  mədənçıxarma bölməsində, 81,4 faizi  emal bölməsində, 15,3 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 3,1 faizi su təchizatı, çirkli  suların  və  tullantıların  təmizlənməsi bölməsində istehsal olunmuşdur. 2014-cü illə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 7,5 faiz , elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava  ilə  təchizat  bölməsində  0,1 faiz artmış, emal bölməsində 24,7 faiz,  su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində 1,5 faiz azalmışdır. 
Sənaye  məhsulunun 18,4 faizi dövlət bölməsində, 81,6 faizi qeyri-dövlət bölməsində  istehsal olunmuşdur.
Kənd təsərrüfatı. Rayonun iqtisadiyyatında taxılçılıq , meyvəçilik , tərəvəzçilik əsas yer tutur. Bununla yanaşı təsərrüfatlarda kartof, bostan, üzüm  məhsulları da  becərilir.  Heyvandarlıqda   isə  iribuynuzlu  maldarlıq  və  qoyunçuluq  aparıcı  rol  oynayır. Rayonun  istifadəsində  olan  kənd  təsərrüfatına  yararlı  torpaq  sahəsi  onun  ümumi  ərazisinin  72,7  faizini  təşkil  edir.  Torpaq  islahatı  nəticəsində  17,2  min  ailə  23,2  min  hektar  torpaq  payına  sahib  olmuşdur.  Orta  hesabla  hər  ailəyə  1,4  hektar  torpaq  sahəsi  verilmişdir.

2015-сi  ildə kənd təsərrüfatı məhsulları istehsalı dəyər ifadəsində 929,1   min manat və ya 0,9  faiz artaraq  98203,2  min manat olmuşdur.
2015-ci ildə rayonun təsərrüfatlarında 36408 ton taxıl, 457 ton dən üçün qarğıdalı, 1808 ton kartof, 19842 ton tərəvəz, 1137 ton bostan məhsulları, 75513 ton meyvə və giləmeyvə, 801 ton üzüm istehsal olunmuşdur.
2014-cü illə müqayisədə  taxıl istehsalı 32,7 faiz, kartof istehsalı 6,9 faiz,  meyvə və giləmeyvə istehsalı 3,6 faiz , üzüm istehsalı 4,8 faiz  artmış, dən üçün qarğıdalı istehsalı 44,0 faiz , tərəvəz istehsalı 30,3 faiz, bostan məhsulları istehsalı 22,5 faiz azalmışdır.
2015-ci ildə rayonun təsərrüfatlarında 324 hektar yeni meyvə bağları salınmışdır.
Heyvandarlıq sahəsində mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı stabil olaraq inkişaf edir.
2016-cı il yanvar ayının 1-nə iri buynuzlu mal-qaranın  sayı 48442 başa, o cümlədən inək və camışların  sayı 24436 başa, qoyun və keçilərin  sayı 67804 başa çatmışdır.
01 yanvar 2015-ci  illə müqayisədə iri buynuzlu mal-qaranın  baş sayı 0,7 faiz, o cümlədən inək və camışların baş sayı 0,1 faiz, qoyun və keçilərin  baş sayı 0,9 faiz artmışdır.
2014-cü ildə diri  çəkidə  9114 ton ət, 24935 ton  süd  , 12200 min ədəd yumurta , 89,0 ton  yun istehsal  olunmuşdur. 2014-cü illə müqayisədə diri çəkidə ət istehsalı 0,9 faiz, süd istehsalı 0,3 faiz, yumurta istehsalı 1,7 faiz, yun istehsalı 1,1 faiz artmışdır.
Kənd əməkçiləri 2016-cı ilin  məhsulu üçün 14869 hektar sahədə şum qaldırmış, 13880 hektar sahədə  dən üçün taxıl səpmişlər. Dən üçün səpilmiş  13880 hektar taxıl sahəsinin 6872  hektarını buğda, 7008  hektarını arpa  təşkil edir.
T i k i n t i. 2015-ci ildə müəssisə və təşkilatlar tərəfindən  rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas  kapitala  bütün maliyyə mənbələrindən  33375,7 min manat və ya 2014-cü illə müqayisədə 28,9 faiz az investisiya yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi sərmayənin  95,8   faizini təşkil edərək   31986,3  min manat olmuşdur. 
2015-ci ildə  tikinti təşkilatları tərəfindən 4126,9 min manatlıq tikinti işləri yerinə yetirilmişdir. 2014-cü ilə nisbətən tikinti işləri  77,0 faiz az olmuşdur.
         İstehlak bazarı. 2015-ci ildə əhaliyə ticarət və xidmət şəbəkələrindən 257285,6 min manatlıq istehlak malları satılmış, 51226,7 min manatlıq pullu xidmət göstərilmişdir. 2014-cü illə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 4,6 faiz, pullu xidmətin həcmi 2,6 faiz artmışdır.
         Nəqliyyat. 2015-ci ildə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 868,0 min ton yük, 13183,0 min
nəfər sərnişin daşınmışdır. 2014-cü illə müqayisədə 52,0 min ton  və ya 6,4 faiz yük, 746,0  min nəfər və ya 6,0  faiz sərnişin çoxdur.
         Rabitə. 2015-ci ildə rabitə müəssisələri əhaliyə , müəssisə və təşkilatlara 771,3  min manatlıq rabitə xidməti göstərmişdir. Bu da 2014-cü ilə nisbətən 19,4 min manat və ya 2,6  faiz  çoxdur.
Əhali.  Rayonun ümumi ərazisi 0,74 min kv.km olmaqla onun ərazisinin hər kvadrat kilometrinə düşən əhalinin sıxlığı 158 nəfərdir. 2016-cı  il yanvar ayının 1-i vəziyyətinə rayonun əhalisinin sayı 116,8 min nəfər olmuş ,  2015-ci il yanvar ayının 1- i vəziyyəti  ilə  müqayisədə 1070 nəfər və yaxud  0,9  faiz artmışdır.
         Əhalinin  31,3 faizi  şəhərdə, 68,7 faizi 25 kənd inzibati ərazi dairəsinin 55 kəndlərində  yaşayır.
         2015-ci ildə rayonda 1809 nəfər   körpə doğulmuş , 766 nəfər ölən qeydə alınmışdır. 2014-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı  ilə doğulanların sayı 18,3-dən  15,5-ə  qədər azalmış, ölənlərin sayı isə eyni olaraq qalmışdır (6,6).
         2015-ci ildə rayonda 743  nikah və 119 boşanma  qeydə alınmış,  2014-cü illə müqayisədə  əhalinin  hər 1000 nəfərinə hesabı ilə nikahların sayı  9,8-dən  6,4-ə qədər ,  boşanmaların sayı  1,3-dən 1,0-a qədər azalmışdır.                        
          Əmək bazarı və yeni iş yerləri.  2015-ci ildə  rayonun iqtisadiyyatında məşğul əhalinin sayı 64,9 min nəfər olmaqla rayon  əhalisinin 55,5  faizini  təşkil edir.
        Məşğul əhalinin 12329 nəfəri və ya 19,0 faizi muzdla işləyənlərdir. Muzdla işləyənlərin orta aylıq əmək haqqı 250,9 manat olmaqla 2014-cü illə müqayisədə 8,5 manat və ya 3,3  faiz azalmışdır.
        2016-cı il yanvar ayının 1-i vəziyyətinə rayon Məşğulluq mərkəzində   işsiz statusu verilmiş şəxslərin  sayı 443, işsizlik müavinəti alanların sayı  39  nəfər təşkil etmişdir.
2015-ci  ildə rayonda  633 yeni iş yeri açılmışdır. Həmin iş yerlərindən 51-i yeni yaradılmış, 4-ü mövcud  müəssisə və təşkilatlarda, 578-i  isə fiziki şəxslər olmuşdur.
 

Keçidlər