Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Tarixi

 

Göyçayın  tarixi  haqqında

 

Azərbaycan Respublikasının Şirvan düzünün  şimal  hissəsində, Böyük  Qafqaz  dağlarının ətəklərində yerləşir.Şimaldan  cənuba  25 km, şərqdən qərbə 40 km uzanır. Sahəsi 736 kv.km, əhalisi  122 512  nəfərdir. Rayon  mərkəzi  Göyçay şəhəri  Bakı-Qazax maqistral yolunun 216 km-də ,Ucar dəmiryolu stansiyasından 18 km  məsafədə yerləşir. Şimal-şərqdən İsmayıllı, cənub-şərqdən Kürdəmir, cənubdan  Ucar, qərbdən  Ağdaş  rayonu  ilə həmsərhəddir.
Göyçay  “sözü  türk  mənşəli  olub, sahilində  yerləşən  Göyçay  çayının  adından  götürülmüşdür. Çayın suyu  həddindən  artıq   şəffaf   göy (mavi) rəngə  çaldığına  görə  belə  adlanmışdır.  1902-ci illər zəlzələsindən  sonra  Şamaxı  əhalisi  Göyçaya  köçmüş  və  əhalinin  sayı  artmışdır. 1867-ci  ildə  Göyçay  qəzası   yaranmışdır. 8  avqust  1930-cu  ildə Göyçay  rayonu  təşkil  olunmuşdur. 1918-ci  il iyun ayında Göyçay  yaxınlığında  baş  vermiş döyüşdə erməni-bolşevik  qüvvələri  azərbaycan və  türk ordusu  tərəfindən  məğlub edilmişdir.
Qarabağ uğrunda döyüşlərdə göyçaylılar 212 nəfər şəhid  vermişdir.  Rayonun ilkin arxeoloji tapıntıları IV –VII  əsrlərə  aid tunc, qızıl  və gümüşdən hazırlanmış  bəzək  əşyalarından  və  VIII əsrə aid gümüş  pullardan ibarətdir. Həmin  mədəniyyət  qalıqları 1973-cü ildə II Ərəbcəbirli kəndində qəbiristanlıqdan  toplanmışdır.
İkinci tapıntı  1976-cı  ildə  Aşağı   Qaraməryəm    kəndi    yaxınlığında   su   anbarı  tikintisi zamanı qeydə alınmışdır. Burada  küp,küp  qırıqları, kasa  qırıntıları, insan   fiqurları   b.e.ə. II-I  və  b.e. I əsrdə  bu   ərazidə   yaşamış  əkinçi  tayfaların  ideoloji    təsəvvürləri   ilə  əlaqələndirilir. Köçəri    tərəkəmə     tayfaları   yerli    əhali  ilə   qaynayıb-qarışmşdır. Ərəb   işğalları   zamanı  Göyçay  ərazisi   işğal  məntəqəsinə    çevrilmiş  və  buraya   ərəb  tayfaları   köçürülmüşdür. Şamaxıdan   köçən  Ərəbcəbirli   kəndinin   əhalisi  indiki  I və  II  Ərəbcəbirli  kəndlərinin  ərazisində  məskunlaşmışdır. VII  əsr   ərəb səyyahı  Göyçay   çayı  sahilində   yerləşən  Təhlə   yaşayış   məntəqəsində  olmuş   və   Göyçay   əhalisinin   ona   təmənnasız   olaraq  ərik   və   tut   qurusunu   sövqat  verməsini yazmışdır. Digər səyyah Üveys  əl-Qərari Qarabağlar  kəndi  ərazisində olmuş və Surxay qalasının adını Surxay  xanın adı  ilə  bağlamışdır.Ərəb dilindən   tərcümədə  “surx”, “surxab”, “surxub”, “qala  divarı”  deməkdir.
Göyçay  ərazisində  55  kənd yaşayış məntəqəsi vardır. Kəndlərin  adları yalnız  XIX əsr  Azərbaycan  tarixi  ilə bağlı  ədəbiyyatda  çəkilir. Bığır, Qarabaqqal, Ərəbcəbirli   kəndləri  XVIII  əsrə  aid  karvan   yolunun   dayanacağı  kimi  qeyd  edilir.
1025-ci  ildən xıv  əsrədək   Göyçay  Qəbələ  mahalına  tabe  edilmişdir. Xanlıqlar  dövründə  Göyçay  artıq  Şirvanın  inzibati   ərazisinə  çevrilmişdir.
1910-cu  il  statististikasına  görə  sahəsi  4.988 km2, əhalisi 142,9000 nəfər idi. Əhali əsasən pambıqçılıq, baramaçılıq, maldarlıqla məşğul olmuşdur. Xalçaçılıq, ağac emalı, misgərlik inkişaf etmişdir. İdarəedici  şəxs  kimi  rus  pristavı əhaliyə  planlı  surətdə mülki  binalar tikməyi , çinarlar   əkməyi  tapşırmışdır.Bu qayda ilə  ilkin şəhərsalma 1886-1896-cı illər arasında   olmuşdur.İlkin   yaşayış  XIX  əsrin  birinci  rübünün ortalarına  təsadüf  edir.
XX-ci əsrin  70-ci  illərində   iqtidar və muxalifət  partiyalarının şöbələri  Göyçayda da yaranmışdır. Şəhərin indiki ərazisi ayrı-ayrı məhəlllələr üzrə adlanmışdır (Əlbətlilər, Qurdlar, Türkmənlər, Dördyol, Salyanstroy, Ucar  yolu, Karvansara  yanı, Ləzgilər   məhəlləsi və  s.). Eləcə də əvvəlki  illərdə   tikilmiş  Yuxarı Məscid  (1902), Yeraltı hamam (1903), Qaraman, Alpoud, Mirzəhüseynli  kənd  məscidləri, Göyçayda Şirvan  İstehsal Birliyi, Məişət  Xidməti  İstehsal  Birliyi, Konserv zavodu, Tikiş  Fabriki, Toxuculuq   kombinatı, Konyak  zavodu, Süd  zavodu, Kərpic   zavodu, Pambıq  Əyrici   Fabrikası, saxsı qablar məmulatı kombinatı, 10  orta  və  1 əsas  məktəb, 12 uşaq bağçası vardı. Müəssisələrin əksəriyyəti öz fəaliyyətini mövcud ictimai-siyasi proseslərlə, müharibə ilə  əlaqədər olaraq dayandırmışdır. Hal-hazırda fəaliyyət göstərən “Göyçay  Süd”  Açıq  Tipli  Səhmdar Cəmiyyəti  öz  məhsullarını  Rusiya, Ukrayna, Estoniya, Moldova və İsrailə  ixrac edir.
Rayon  ərazisində  ilkin bazar Potu   kəndində olmuşdur. Buraya Zərdab, Qəbələ, Ucar, Ağdaş, İsmayıllı rayonlarından   tacirlər gələrdilər. Ayrıca mal  bazarı  var  idi. Qəbələdən  alma, Zərdabdan  balıq, Tiflisdən qənd və  çay, Bakıdan isə neft  gətirilirdi. Kollektivləşmə dövründə  bəzən 1 kənddə 2-3 kolxoz təşkil olunurdu. 1981-ci il  məlumatına   əsasən  rayonda  19   kolxoz  və  3  sovxoz  var idi. Rayon üzrə yararlı    torpaq  sahəsi  44,2 000  hektar  idi.
İlk  orta  məktəb 1867-ci  ildə indiki 1 nömrəli məktəb açılmışdır. 1885-ci ildə Məlikkənd, daha sonra Alpoud kənd orta məktəbləri   açılmışdır. Rayonun ilk qəzeti 1930-cu ildə “Pambıqçı” adı ilə nəşr edilmişdir.  Sonralar  “Qalibiyyət  bayrağı”, “Yeni həyat”, Göyçay” adlı qəzetlər çıxarılmışdır.
Qulu  Məmmədov, Nəriman Zeynalov, Oqtay Cəfərov, Rafiq İslamov, Oqtay Zeynalov, Aydın Kərimov, Tofiq Həsənov  kimi  jurnalistlər  respublika mətbuatında Göyçayı təmsil etmişlər.
Qəzetdə  əməkdaşlıq   etmiş  Məzahir Əhmədoğlu, Əlişah Nağıyev “Qızıl  qələm”, respublika televiziyasında çalışan  Lətifə  Tağıyeva  isə  H.Z.Tağıyev    adına  mükafata  layiq  görülmüş, “Tərəqqi medalı” ilə təsdiq olunmuş, əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Ziyalı  yaşlı  nəslin   nümayəndələrindəndən Abdul  Həmid  Qazıyev,Hacı   Rəhim  Əfəndi, Şərif  Əfəndi, Məhəmməd  Yəhyazadə, Kərim Kərimov, Qafur Qasımov, Davud   Əfəndi, Hüseyn Xəlilov,Tahir Fərzəliyev, Kamal Həsənov, Sədiyar   Zeynalov, Əfrasiyab   Maqsudov, Həsən Yəhyazadə, Soltanmurad Məmmədzadə, Məhəmməd Cəfərli, Muxtar Osmanov, Feyzi Rəhmanov, Həşim  Həşimzadə, Əhməd  Əfəndiyev   tanınmış şəxslərdən olmuşlar.
Rayonda 1930-cu  ildən  sonra güclü  idmançılar   nəsli  yetişmişdir: Eldar Pəhləvan, Çingiz   Pəhləvan, Əlibaba Pəhləvan, Rafiq Pəhləvan, şahmatçı Fənarə Babayeva, Məhəmməd Zülfüqarlı kimi idmançılar rayonun fəxri nümayəndələrindəndir.
Müasir Göyçay  gündən-günə  çiçəklənir.Ərazisində yeni  yaşayış, orta məktəb   binaları, Heydər Əliyev adına mərkəz, R.Rza adına muzey, Tarix diyarşunaslıq muzeyi, Olimpiya idman kompleksi, Mədəniyyət evi, Mərkəzi  kitabxana, Musiqi  məktəbi, Uşaq  Yaradıcılıq birliyi, Məşğulluq  idarəsi, Göyçay Dövlət İdarəetmə  və  Texnologiya Kolleci, Peşə  liseyi  fəaliyyət  göstərir.
 

Keçidlər