Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Turanbankın filialı açıldı

25 dekabr 2021 | 16:00

 Prezident İlham Əliyevin Respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Göyçay rayonunda da diqqət mərkəzində saxlanılır və sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılır.
Turan Bankı müştərilərin, biznes subyektlərinin bank xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini daha da genişləndirir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi bank Göyçayda yeni filal açıb. Bununla da Turan Bankının filiallarının sayı 15-ə çatıb. Bankın yeni şöbəsi Göyçay şəhərində fəaliyyət göstərəcək.
Açlış tədbirində Göyçay rayon İcra Hakimiyyəti Başçısı, ictimayyət nümayəndələri, bankın məsul şəxsləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq son illər ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, əsassız yoxlamaların ləğv edilməsi istiqamətində əməli tədbirlər görülmüş, sahibkarlığın inkişafı regionda iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilmişdir. Sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayı son 18 ildə əsaslı şəkildə artmış, regionların sosial-iqtisadi problemlərinin həllində özəl sektora daha çox üstünlük verildiyini bildirmişdir.
Turan Bankının vahid korporativ üslubunda müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş şöbənin binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.

Keçidlər