Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda 8 noyabr - Zəfər Günü münasibəti ilə rayonda ağacəkmə aksiyası təşkil olunub

08 noyabr 2021 | 16:00

 Noyabrın 8-də Zəfər günü münasibətilə rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası keçrilib.
Ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin başçısı, idarə, müəssisə, təşkilatların nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
  Aksiya iştirakçıları tərəfindən Bakı-Şamaxı-Yevlax avtomagistralın 213  kmliyində rayonun Qaraməryəm kəndinin ərazisindən keçən hissəsində avtomobil yolunun kənarlarına 200 ədəd akasiya ağacları əkilib. Əkilən ağacların suvarılması və becərilməsi diqqət mərkəzində saxlanılır.
Aksiya karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilib.

Keçidlər