Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid Kənan Qafarovun ad günü qeyd olundu

06 avqust 2021 | 16:00

 06 avqust 2021-ci il tarixdə torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Yalman kənd sakini, Kənan Siyaqif oğlu Qafarovun doğum günü məzarı önündə və təhsil aldığı orta məktəbdə qeyd olundu.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak edirdilər. Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Şəhidin təhsil aldığı Göyçay rayon Yalman kənd ümumi orta məktəbdə davam edən tədbirdə çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb və məktəbin girişində onun adına yaradılmış guşəyə baxış keçirilmişdir.
  Qeyd olunub ki, ötən il 27 sentyabrdan 10 noyabradək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.
Oktyabrın 8-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Kənan Siyaqif oğlu Qafarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Sonda məktəbin şagirdləri şəhidlərə həsr olunmuş ədəbi bədii kompazisiya ilə çıxış etdilər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Keçidlər