Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid Elvin Mikayılovun ad günü qeyd olundu

01 avqust 2021 | 16:00

 01 avqust 2021-ci il tarixdə torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Alpout kənd sakini, Elvin Nizami oğlu Mikayılovun doğum günü məzarı önündə və təhsil aldığı orta məktəbdə qeyd olundu.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının nümayəndələri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak edirdilər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Şəhidin təhsil aldığı Göyçay şəhər Nizami adına 7 saylı tam orta məktəbdə davam  edən tədbirdə çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb. Qeyd olunub ki, ötən il 27 sentyabrdan 10 noyabradək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.
  Oktyabrın 26-da Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elvin Nizami oğlu Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Sonda məktəbin şagirdləri şəhidlərə həsr olunmuş ədəbi bədii kompazisiya ilə çıxış etdilər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Keçidlər