Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhidlik zirvəsinə ucalmış Sənan Məmmədovun ad günü məzarı önündə qeyd olundu

27 iyul 2021 | 16:00

 27 iyul 2021-ci il tarixdə torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Çaxırlı kənd sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Sənan Tehran oğlu Məmmədovun doğum günü məzarı önündə qeyd olundu.
  Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak edirdilər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
  Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək qeyd etdi ki, biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.
Həmçinin tədbirdə çıxış edənlər şəhid Sənan Məmmədovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıblar.
Oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan 
Sənan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
  Şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Keçidlər