Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

22 İyul "Milli Mətbuat və Jurnalistika Günü" qeyd olundu

22 iyul 2021 | 16:00

 22 iyul 2021-ci il tarixdə Göyçay şəhər parkında 22 İyul - "Milli Mətbuat və Jurnalistika Günü" münasibətilə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin başçısı, yerli mətbuat işçiləri, qəzet və redaksiya əməkdaşları, rayonun ictimaiyyət nümayəndələri iştirak etmişlər.
  Tədbir iştirakçıları əvvəlcə Göyçay şəhər Şəhidlər Xiyabanında olmuş, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış döyüşçülərimizin məzarlarını ziyarət edərək, gül dəstələri düzmüşlər.
Parkın girişində mətbuat günü ilə bağlı videoçarxa baxış keçirildikdən sonra tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə jurnalistləri bayram münasibətilə təbrik etmiş, 146 yaşını qeyd edən Azərbaycan mətbuatının keçdiyi şərəfli yoldan danışmışdır. Bildirilmişdir ki, milli mətbuatımız ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərsə də bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olmuşdur. Ümummilli Liderin ölkə mətbuatına göstərdiyi qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.
  Sonra peşə fəaliyyətində fərqlənən bir qrup jurnalistə mətbuat günü münasibətilə rayon rəhbərliyi tərəfindən təşəkkürnamə və hədiyyələr təqdim olundu. Mətbuat nümayəndələri ölkə Prezidenti cənab İlham Əliyevə mətbuat işçilərinə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər