Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Şəhid Polkovnik Babək Səmidlinin ailəsinə Zəfər ordeni təqdim olundu

03 iyul 2021 | 16:00

 Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş həmyerlimiz polkovniki Babək Səmidli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra Zəfər ordeni ilə təltif edilib.
İyulun 3-də rayon İcra Hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general mayor Zaur Abdullayev və rayon ictimayyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edərək Qalib ordunun şəhid polkovniki, Azərbaycan Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun komandir müavini olmuş Babək Səmidlinin və birinci və ikinci Qarabağ müharibələri zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanların məzarları üzərinə gül-çiçək dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.
  Sonra tədbir iştirakçıları Şəhidin evində olmuş Polkovnik Babək Səmidlinin xatirə guşəsi ilə tanış olmuşlar.
Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazandığını, nəsillərdən bizə miras qalan ən ülvi hislərimizlə qələbə dəyərlərini gələcək nəsillərə daşıyıdığını qeyd etdi.
  Şəhidin valideyinlərinə baş sağlığı verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general – mayor Zaur Abdullayev "Zəfər” ordeni şəhid polkovnik Babək Səmidlinin övladlarına təqdim etdi.
  Şəhidin atası Mətləb Səmidli şəhidlərin xatirəsinin əziz tutduğuna, oğlu Babək Səmidlinin "Zəfər” ordeni ilə təltif edildiyinə görə ailəsi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirdi.

Keçidlər