Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar videokonfrans keçirilmişdir.

06 may 2021 | 16:00

 06 may 2021-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar “Müstəqil Azərbaycan Heydər Əliyev siyasətinin ən böyük şah əsəridir” mövzusunda videokonfrans keçirilmişdir.
Videokonfransda rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, rayon Ağsaqqallar Şurasının sədri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov çıxış edərək bildirmişdir ki, bu gün Ümummili Liderimizin 98-ci ildönümü ərəfəsində təşkil olunmuş bu videokonfrans mövzusu Heydər Əliyev və Azərbaycan Dövlətçiliyidir. Heydər Əliyev sözün əsl mənasında bütün ömrünü  müstəqil Azərbaycanın inkişafına həsr etdi. Azərbaycan öz inkişaf yolunu Heydər Əliyevin simasında görürdü. 1993-cü ilə qədər Azərbaycanın dövlət müstəqilliyi şərti xarakter daşıyırdı. Məhz Heydər Əliyevə xalq tərəfindən göstərilən inam, etimad imkan verdi ki, ölkə bu ağır vəziyyətdə, vətəndaş müharibəsinin fəsadlarından ləyaqətlə çıxa bilsin və belə də oldu. Sabitlik yaradıldı, inkişafa yol açıldı, bütün sahələrdə, ilk növbədə, siyasi sahədə islahatlar, ordu quruculuğu prosesi icra edilməyə başlandı.
Ulu Öndər 1993-cü ildən ömrünün sonuna qədər memarı və qurucusu olduğu Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdi. Heydər Əliyev Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşdi. Ümummilli liderimiz öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyət idi. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycan dövlətçiliyini, həm də bütün bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi.
  Sonra rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova videokonfransda çıxış etmiş və qeyd etmişdir ki, Azərbaycan tarixində silinməz izlər qoymuş Heydər Əliyevi artıq torpaqları işğaldan azad olunmuş bütöv bir Azərbaycan olaraq xatırlayır və ehtiramla yad edirik. Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə həyat ritmi dəyişdi, bütün sahələrdə görünməmiş canlanma və inkişaf, nəhəng tikinti-quruculuq işləri başlandı. Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olarkən hələ müstəqilliyimizin çətin yollarında qadınların cəmiyyətdəki nüfuzuna, onların mənəvi potensialına, dərin müşahidəsi və həyati biliyinə bələd olduğundan bu zərif həmdə çox güclü zümrənin dövlətçilik və müstəqilliyimizin böyük dayağı olacağına inanırdı. Bu inamın qarşılıqlı təzahürü idi ki, qadınlarımız YAP-ın sıralarına həvəslə gəlirdilər. Bu sarsılmaz inamla qadınlar YAP-ın sıralarında böyük bir orduya çevrildilər.
  Daha sonra rayon İcra Hakimiyyəti başçısı çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdırdı, xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradaraq, dövlət idarəçilik mexanizmini formalaşdırdı. Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynamış, bizim üçün bugünkü Müstəqil Azərbaycanımızı yaratmışdır. Ulu Öndərimizin varisçilik ənənələrinə daim sadiq olan ölkə Prezidentimiz möhtərəm cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir.  44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə baxmayaraq prinsipial, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq Azərbaycan tarixi Qələbə qazandı.
  Çıxış edən digər natiqlər Azərbaycanın dünyada inkişaf etmiş bir ölkə, regionun əsas söz sahibi olması Ümummilli liderimiz Heydər Əliyevin bizə qoyub getdiyi siyasətin təntənəsi kimi dəyərləndirdilər. Bu siyasət isə Azərbaycanın əbədi inkişafının həmişə bir mayakı olacaq.

Keçidlər