Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon Ağsaqqallar Şurasının iclası keçirilib

05 aprel 2021 | 16:00

 Aprelin 5-də rayon İcra Hakimiyyətində Göyçay rayon Ağsaqqallar Şurasının yeni tərkibinin müəyyən edilməsi ilə bağlı iclas keçirilmişdir.
Tədbirdə Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin üzvü Eldar İbrahimov iştirak edib. İclasa başlamazdan əvvəl Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və ötən dövr ərzində vəfat etmiş ağsaqqalların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək bildirdi ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ali həyat məramı olub. Qeyd olunub ki, rayonun  ağsaqqalları həm Vətən müharibəsində, həm də pandemiya dövründə  şəhər əhalisinə mənəvi dəstək olublar.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin üzvü Eldar İbrahimov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyyəsi əsasında yeni formalaşmış ağsaqqallar şurasının yeni tərkibi, yeni əsasnaməsi və şuranın qarşısında duran vəzifələr barədə ətraflı məlumat verdi.
 Sonra iclasda təşkilati məsələlər müzakirə olunub və Göyçay rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilmişdir. Xəlil Orucov Göyçay Rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir. İclasda, həmçinin Ağsaqqallar Şurasının İdarə Heyyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər.
Rayon İcra Hakimiyyətinin başçısı və Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov Göyçay rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.
 Rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov göstərilən etimada görə minnətdarlığını ifadə edib. Şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
İclas pandemiya qaydalarına uyğun olaraq keçirilmişdir.

Keçidlər