Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Çaxırlı kəndində “Zabitlər Bulağı”nın açılışı olub

01 aprel 2021 | 16:00

 Göyçay rayonunda da respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur, onların adlarının əbədiləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Aprelin 1-də rayonun Çaxırlı kəndində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə kəndin mərkəzində tikilmiş “Zabitlər Bulağı”nın açılış tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, kənd sakinləri, şəhidin yaxınları iştirak edib.
  Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qısa vaxtda düşməni diz çökdürdüyünü və tarixi qələbə qazandığını bildirərək, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulamış və İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən də bəhs etmişdir.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər