Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun İnçə kənd sakinlərinin müraciəti yerində araşdırıldı

30 mart 2021 | 16:00

 İnçə kəndin idman meydançasının kəndin icra nümayəndəsi tərəfindən zəbt olunması ilə bağlı bir qrup sakininin müraciətini nəzərə alınaraq rayon İcra Hakimiyyətinin başçısı və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri 30 mart 2021-ci il tarixdə İnçə kəndində pandemiya qaydalarına riayət olunmaqla görüş keçirmişlər.
Görüş zamanı idman meydançasının ərazisinə baxış keçirilmiş və ərazinin zəbt olunması faktı aşkarlanmamışdır. 
Məlum olmuşdur ki, kənd stadionu birinci Qarabağ müharibəsi şəhidi Nadir Tahirovun adını daşıyır. İnçə bələdiyyəsi tərəfindən meydançanın abadlaşdırılması və istifadəyə yararlı vəziyyətdə saxlanılması məqsədilə stadionda cari təmir işlərinə başlanılması qərarlaşdırılmışdır.
Rayon rəhbəri stadionda cari təmir işlərinə aparılmasına dair kənd bələdiyyəsinə və kənd icra nümayəndəsinə müvafiq tövsiyyə və tapşırıqlar verilmişdir.
Yekunda rayon icra hakimiyyətinin başçısı kənd sakinlərinin qaldırdıqları məsələləri dinləyərək əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər