Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısı mətbuat işçilərini təbrik etdi

21 iyul 2020 | 16:00

22 iyul Milli Mətbuat günü münasibətilə rayon İcra Hakimiyyətinin başçısı 21 iyul 2020-ci il tarixdə videokonfrans vasitəsi ilə rayonda fəaliyyət göstərən mətbuat işçilərini təbrik etmişdir.
Vidoekonfransda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, milli mətbuatımız yarandığı gündən şərəfli yol keçmişdir. Əsası 22 iyul 1875-ci il tarixdə görkəmli ziyalı Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin ölkəmizdə maarifçiliyin, milli oyanış hərəkatının inkişafında mühüm rol oynadığını bildirərək Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri olduğunu vurğulamışdır.  Hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, junalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.
Rayonda fəaliyyət göstərən mətbuat işçiləri bundan sonra da öz üzərinə düşən vəzifəni daha da məsuliyyətlə həyata keçirəcəklərinə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və İcra başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər