Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısı Ləkçılpaq kənd 1 saylı tam orta məktəbində aparılan yenidən qurma işləri ilə tanış olmuşdur

14 iyul 2020 | 16:00

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq son illər Göyçay rayonunda təhsil müəssisələrinin əsaslı yenidən qurulması istiqamətində əməli tədbirlər görülür.
14 iyul 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Ləkçılpaq kəndində əsaslı yenidən qurulan 1 saylı tam orta məktəbdə aparılan işlərlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, məktəb binası keçən sərin 70-ci illərində inşa edilmiş və uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşmüş və məktəbdə tədris prosesinin normal aparılmasına imkan verməmişdir.
Cari ilin fevral ayından başlayaraq məktəbdə əsaslı yenidən qurma işlərinə başlanılmış, ötən müdət ərzində layihə üzrə nəzərdə tutulmuş işlərin böyük hissəsi yerinə yetirilmişdir və məktəbin yaxın aylarda istifadəyə verilməsi nəzərdə saxlanılır.
Rayon İcra Hakimiyyətinin başçısı məktəbdə aparılan əsaslı təmir işlərinin vaxtında baş çatdırılması və məktəbin ərazisində abadlıq işlərinə aparılması ilə bağlı tapşırıq və tövsiyyələrini vermişdir.

Keçidlər