Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Potu kəndində həkim məntəqəsinin tikintisi başa çatmaq üzrədir

08 iyul 2020 | 16:00

Bu gün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Göyçay rayonunda da abadlıq və yenidənqurma işləri sürətlə davam etdirilir. İstər şəhər mərkəzində, istərsə də kəndlərdə genişmiqyaslı tikinti-quruculuq işləri, o cümlədən səhiyyə müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı 08 iyul 2020-ci il tarixdə rayonunun Potu kəndində yeni həkim məntəqəsinin tikintisində inşaat işlərinin gedişi ilə maraqlanmışdır.
Məluat verildi ki, Potu kəndində yeni həkim məntəqəsinin tikintisinə cari ilin əvvələrində başlanılmış, ötən müddət ərzində tikinti işləri tam başa çatdırılmış, kommunkinasiya xətləri çəkilmişdir. Hazırda binada son tamamlama işləri aparılır.
Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilən həkim məntəqəsinin
ümumi sahəsi 216 kv.m-dir.
Həkim məntəqəsində kənd əhalisinə yüksək səviyyəli tibb xidməti göstərilməsi üçün hər bir şərait yaradılacaq, məntəqə yeni tibbi avadanlıqları ilə təmin olunacaqdır.
Potu kəndində yeni həkim məntəqəsinin tikilməsi ölkə rəhbərliyi tərəfindən əhalinin sağlamlığına gsötərilən qayğının bariz nümunəsidir.

Keçidlər