Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri maraqlı aksiya keçiriblər

19 iyun 2020 | 16:00

Gənc könüllülər karantin qaydalarını gözləməklə “Rəngarəng Gəncliyimiz” adlı təşəbbüslə rayon sakinlərinin vaxtını səmərəli keçirməsi üçün istirahət guşəsi yaradıblar.
Belə ki, rayonun çoxmənzilli yaşayış binaların birinin həyətində insanların istirahət etməsi üçün 10 nəfər könüllünün iştirak etdiyi aksiyada gənclər sakinlər üçün ayrılmış oturacağı təmir edib, istifadəyə yararlı vəziyyətə gətirərək rəngləyiblər. Daha sonra guşənin divarlarına maraqlı rəsmlər çəkərək oturacağı oraya yerləşdiriblər.
Gənclərin bu təşəbbüsü bina sakinləri tərəfindən yüksək qiymətləndirilib və təqdirəlayiq hesab edilib.
Göyçay Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən bu kimi aksiyaların rayon ərazisində mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.
Həmçinin koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədi ilə Göyçay rayonun gənc könüllüləri pandemiyasına qarşı mübarizədə fəal iştirak ediblər.
Bu gün ölkəmizin gənc könüllülərinin fəallıq göstərmələri onların hər şeydən əvvəl milli-mənəvi dəyərlərimizə sədaqət hisslərinin əyani təsdiqidir.

Keçidlər