Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Avropa Şurası Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalır

08 iyun 2020 | 16:00

Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı Qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən prezident (2-ci tur) seçkiləri ilə bağlı olduqca vacib məqamlara toxunaraq bildirmişir ki, Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir keçirilən “məzhəkə oyununun” nəticələrini tanımadığını vurğulayıb.
Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Avropa Şurası qitədə yüz illərdir formalaşam bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı.
Təsadüfi deyil ki, AŞPA-Azərbaycan münasibətlərini şərh edən İlham Əliyev cənabları Avropa Şurasının Parlament Assambleyasının son vaxtlar Azərbaycana qarşı nifrət aşıladığını deyib, Şuranın nüfuzdan düşməsini faktlarla göstərib".
Son vaxtlar ABŞ-da kütləvi etirazların yaşanması faktına da toxunan cənab Prezidentin problemə münasibəti də, ümumdünya proseslərini, bu proseslər içində Azərbaycana yanaşmaları dair çıxarmalı olduğumuz nəticələr baxımından çox aktual və diqqətçəkicidir: ABŞ-ın Minneapolis şəhərində “Nəfəs ala bilmirəm” deyə inildəyən silahsız qaradərili Corc Floydun ölümü ilə əlaqədar kütləvi iğtişaşlar səngimək bilmir. Həmin səhnələrə baxdıqda məşhur Hollivud filmləri olan “Qara cəngavərin yüksəlişi” və “Coker” filmləri insanın gözü qarşısında keçir. Heç kimə sirr deyildir ki, ABŞ-da qaradərililərə qarşı sistematik hal almış ayrı-seçkilik mövcuddur. Mayın 26-dan başlamış iğtişaşlar zamanı 11 mindən çox insan həbs olunmuş, 16-dan çox insan həyatını itirmişdir. Hadisələr zamanı internetdə jurnalistlərin xəsarət alması ilə bağlı da kifayət qədər materiallar mövcuddur. Aksiyalar zamanı biz habelə lüzumsuz yerə hədsiz dərəcədə güc tətbiqinin də şahidi olduq. Lakin ölkəmizi tənqid etməyə vərdiş eləmiş qüvvələr nədənsə həmin hadisələri görməzdən gəlir”.
AŞPA-Azərbaycan münasibətlərini təhlil edən Prezident, qurumun təməlini təşkil edən bəşəri, demokratik dəyərlərin məhz qurumun özü tərəfindən heç də bəşəri planda qəbul edilmədiyini göstərmiş oldu. Könül istərdi, bu sadə həqiqəti bütün vətəndaşalrımız bilsin ki, Azərbaycanda insan hüquq və azadlıqları əgər bir konyuktur hadisəsi deyilsə, o zaman Dilqəm Əsgərov, Şahbaz Quliyev məsələsi bizi qınayan qurum, quruluşların 2 saylı çağrışına dönüşməliydi; əgər dönüşmürsə, “ittihamçılar”ın iç üzü gizlədilməyəcək qədər aydın görünür.
Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə pandemiya dövründə Türk Şurasının və Qoşulmama Hərəkatının fövqəladə Zirvə Görüşləri keçirildi, bu görüşlərin nəticələri bütün dünyaya bəllidir. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunan Zirvə görüşünü dünyanın dörd bir yanından 40-dan çox ölkənin dövlət və hökumət başçıları və xarici işlər nazirləri iştirk ediblər. Bu da bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir. Eyni zamanda, Azərbaycan pandemiya dövründə 30-dan çox beynəlxalq təşkilata və dövlətə maliyyə və humanitar yardım edib.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarlarına çıxarılması, Avropanın enerji tələbatının qarşılanmasında önəmli yerə sahib olması, həyata keçirilən beynəlxalq layihələr də olduqca önəm daşıyır. Aparılan uğurlu xarici siyasət, davamlı inkişaf təhlükəsizlik və sabitliyin nəticəsidir ki, artıq dünyada Azərbaycan “orta miqyaslı” ölkə kimi tanınır.
Görülən uğurlu regional enerji və infrastruktur layihələri Avropanın enerji təhlükəsizliyinə, qitənin davamlı inkişafına olduqca böyük töhfələr verir.

Keçidlər