Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon icra hakimiyyətinin başçısı Şəhadət, Ərəbcəbirli, Potu, Çərəkə kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin ərazisində barama saxlanılması vəziyyəti ilə tanış olub.

27 may 2020 | 16:00

Ölkə başçısı İlham Əliyev cənablarının regionlarda aqrar sahənin inkişafı ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Göyçay rayonunda baramaçılığın inkişafına xüsusi diqqət göstərilir.
Rayonda barama qurdlarının becərilməsi vəziyyəti ilə tanış olmaq məqsədi ilə rayon icra hakimiyyəti başçısının rəhbərlik etdiyi işçi qrup Şəhadət, Ərəbcəbirli, Potu, Çərəkə kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin ərazisində barama saxlanılması vəziyyəti ilə tanış olub və kumdarlarla görüş keçirib.
Yerlərdə keçirilən görüşlər zamanı rayon icra hakimiyyətinin başçısı cənab M.Səlimzadə ölkəmizdə baramaçılığın inkişafı istiqamətində görülən işlərdən söz açıb.
Daha sonra barama saxlanılması üçün yaradılan şəraitlə tanış olub və onların yem bazası ilə təminatının vəziyyəti ilə maraqlanıb.
Yekunda rayon rəhbəri tərəfindən barama qurdlarının itkisiz yetişdirilməsi ilə bağlı lazımi tövsiyyə və tapşırıq verildi.

Keçidlər