Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda vətəndaşların növbəti onlayn qəbulu keçirilib

28 aprel 2020 | 16:00

Ölkə Prezidenti İlham Əliyev cənablarının tapşırıqlarına əsasən Göyçay rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunmuş qəbul cədvəlinə uyğun olaraq vətəndaşların qəbulu daima diqqət mərkəzində saxlanılır, onların təklif və müraciətləri dinlənilir. Bu günlərdə dünyanın əksər ölkələrində qeydə alınmış koronavirus epidemiyasının Azərbaycanda da yayılma təhlükəsi və insanların sağlamlığının qorunması məqsədilə digər kütləvi tədbirlərlə yanaşı, açıq qəbullar da təxirə salınıb. Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi rejimdə iş üzrə təlimatına uyğun olaraq Göyçay rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların qəbulu videokonfrans vasitəsilə həyata keçirilir.
28 aprel 2020-ci il tarixdə vətəndaşların növbəti onlayn qəbul  zamanı  kənd sakinlərindən bir qrupu maddi yardım verilməsi, təsərrüfatlarının suvarma suyu ilə təminatın yaxşılaşdırılması və sair məsələlər barədə müraciətlər etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı sakinlərinin müraciətini dinlənilmiş və onları narahat edən problemlərin, təkliflərin aidiyyatı üzrə qeydiyyata alınması və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Rayon İcra Hakimiyyətinin başçısı M.Səlimzadə videokonfrans vasitəsi ilə şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinə bütün yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini daha da gücləndirilməsinin, mütəmadi dezinfeksiya işlərinin davam etdirilməsinin, vətəndaşlar arasında zərurət olmadıqda çölə çıxmamalarını və şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri barədə izahat işləri aparmağı tapşırmışdır.

Keçidlər