Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon icra hakimiyyətinin başçısı rayonda tikilməkdə olan yeni körpələr evi- uşaq bağçalarında görülən işlərlə tanış olub

05 mart 2020 | 16:00

Respublikamızın bütün bölgələrində olduğu kimi Göyçay rayonunda da yeni uşaq bağçalarının tikintisi davam etdirilir, mövcud uşaq tərbiyə müəssisələri əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilir.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Göyçay şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə şəhər  4 nömrəli 2 qruplu və Çayarxı kəndində 1 qruplu uşaq bağçası-körpələr evinin tikintisində aparılan təmir-tikinti işləri ilə yaxından tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir. Görülən işlər bir-bir nəzərdən keçirildikdən sonra İcra Başçısı işlərin tez bir zamanda başa çatdırılması üçün lazımi tapşırıqlarını vermişdir.
Bildirmişdir ki, bağçalar uşağların təlim-tərbiyəsi üçün zəruri avadanlıqla təmin olunacaq, onların dünyagörüşünün artırılması, sağlamlığının qorunması üçün nümunəvi şərait yaradılacaqdır.
Uşaq bağçalarının bu ilin sonuna kimi tikilib istifadəyə verilməsi nəzərdə tutulur.
Son bir ildə Heydər Əliyev Fondu hesabına rayonun Müskürlü və Qarabaqqal kəndlərində 40 yerlik uşaq bağçaları tikilərək istifadəyə verilmişdir. Gələcəkdə təmirə ehtiyacı olan digər bağçalarda da əsaslı təmir işlərinin aparılması və ya yenidən tikilməsi nəzərdə tutulur.

Keçidlər