Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda 80 məcburi köçkün ailəsi üçün yeni yaşayış binası istifadəyə verilib

29 dekabr 2019 | 16:00

Dekabrın 29-da Göyçay rayonunda da 80 məcburi köçkün ailəsi üçün içməli su, elektrik enerjisi, təbii qaz və istilik sistemi ilə tam təchiz olunan yeni yaşayış binası istifadəyə verilib.
Açılış mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə iştirak ediblər.
Mərasimdə çıxış edən məcburi köçkünlər həyatının çətinliklərindən sonra onlara rahatlıq gətirəcək yeni mənzillər üçün sevindiklərini söyləyib, bunun üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Daha sonra püşkatma yolu ilə mənzillərin bölgüsünə başlanıb.

Keçidlər