Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Azərbaycan Respublikası Energetika nazirinin müavini Samir Vəliyev Göyçay şəhərində vətəndaşları qəbul edib.

20 dekabr 2019 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq Energetika nazirinin müavini Samir Vəliyev Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edib. 
Qəbul zamanı vətəndaşlar enerji təchizatı şəbəkəsinə qoşulma, texniki şərtin alınması, elektrik enerjisinin keyfiyyəti, elektrik enerjisinə görə yaranmış borc və cərimələr, sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchizatı, sayğaclaşdırma, enerji təchizatında yaranan fasilələr, təbii qaz təchizatı, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.  
Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşların müraciətləri dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Keçidlər