Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

«Azərbaycan Könüllülük Həftəsi» çərçivəsində rayonda silsilə tədbirlər keçirildi.

06 dekabr 2019 | 16:00

Rayon gənclərinin potensialından səmərəli istifadə etmək, rayonda  könüllülük hərəkatını daha da inkişaf etdirmək məqsədi ilə rayon icra hakimiyyəti tərəfindən könüllülük fəaliyyəti ilə bağlı mütəmadi olaraq tədbirlər həyata keçirilir. Cari ilin ötən dövrü ərzində rayon icra hakimiyyətində 21 nəfər gənc könüllülük fəaliyyətinə cəlb olunmuş, onların innovativ və yaradıcılıq potensialını üzə çıxarılması üçün müvafiq şərait yaradılmışdır. Həmin gənclər 09-10 noyabr 2019-cu il tarixdə rayonda keçirilmiş 14-cü «Nar festivalı»na cəlb olunmuş könüllülərə fəal məsul şəxs (koordinator) kimi işə təhkim edilmiş və beləliklə festivalda gənclərin iştirakı daha da zənginləşərək onların böyük marağına səbəb olmuşdur.
«Azərbaycan Könüllülük Həftəsi» çərçivəsində, həmçinin 05-dekabr Beynəlxalq Könüllülər günü münasibəti ilə Göyçay Gənclər Mərkəzində, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində silsilə tədbirlər həyata keçirilmiş, rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova fəal könüllülərdən Ceyhun Şəfiyevə, Hüseyn Məmmədova, Dilşad Dəmirovaya, Gülşən Məmmədovaya və didərlərinə rayon icra hakimiyyəti adından sertifikatlar və hədiyyələr təqdim etmişdir.

 

Keçidlər