Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

2019-cu ilin yanvar-sentyabr aylarında rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.

29 oktyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədəki çıxışından irəli gələn vəzifələr və 2019-cu ilin yanvar-sentyabr aylarında rayonun sosial-iqtisadi inkişafına dair proqnozların icra vəziyyəti barədə keçirilən yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri  və eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə qeyd etdi ki, 2019-cu ilin oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilmişdir. Bugün ki yığıncağımızda möhtərəm cənab Prezidentin müşavirədəki çıxışından irəli gələn vəzifələr, həmçinin Göyçay rayonunun 2019-cu ilin yanvar-sentyabr aylarında sosial-iqtisadi inkişafına dair proqnozların yerinə yetirilməsi vəziyyəti haqqında məsələ müzakirə edilir.
2019-cu ilin ötən dövrü ərzində Göyçay rayonunda da sosial-iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.İqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi keçən ilin müvafiq dövrünə nisbətən 17,4 % artaraq 252,3 milyon manat olmuşdur.
Rayonun sənaye müəssisələri tərəfindən 26,7 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. 2018-ci ilin doqquz ayına nisbətən sənaye məhsulu istehsalı 55,4 % artmışdır.
Aqrar sahədə müəyyən uğurlar əldə edilmiş, 15591 hektar sahədə taxıl biçini aparılmış və həmin sahələrdə 47625 ton və ya ötən ilə nisbətən 12,4 % çox məhsul əldə edilmişdir. Hər hektardan məhsuldarlıq 1,5 sentner artaraq 30,5 sentner təşkil etmişdir. Meyvə tədarükü sahəsində də müəyyən uğurlar əldə edilmiş, doqquz ayda 24478 ton meyvə istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 411,7 ton çoxdur. Kənd əməkçiləri tərəfindən 2020-ci ilin məhsulu üçün 10238 hektar sahədə şum qaldırılmış, 545 hektar sahədə dən üçün payızlıq bitkilərin əkini aparılmışdır. Cari ilin yanvar-sentyabr aylarında 92,8 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1,6 % çoxdur.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 28 suvarma arxında 337,0 km məsafədə 772 min kub metr həcmində lildən təmizləmə işlərin aparılaraq arxların ötürücülük qabiliyyəti artırılmış, 2 hidrotexniki qurğu əsaslı, 68 hidrotexniki qurğu cari təmir edilmiş, Göyçay çayında 345 min kub həcmində məcra təmizləmə işləri aparılmışdır. Rayonun Bəydövül, İnçə və Çərəkə kəndlərinin ərazilərindəki kollektor-drenaj şəbəkələrinin 18,8 km-lik hissəsində 105,7 min kub metr həcmində lildən təmizləmə işləri aparılmışdır.
2019-cu ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 49,9 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 3,9 dəfə çox investisiya yönəldilmişdir. İnvestisiyaların 79 %-i tikinti quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş və tikinti sahəsində istifadə edilmiş investisiyaların həcmi 3,1 dəfə artmışdır.
Hesabat dövründə əhalinin həyat səviyyəsi xeyli yaxşılaşmış, pərakəndə əmtəə dövriyyəsinin həcmi 1,5 %, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,9 % artmışdır.
Özünəməşğulluq proqramı çərçivəsində sosial müdafiəyə daha çox ehtiyacı olan 82 vətəndaş təlimlərə cəlb olunmuş, onlardan 65 nəfəri aktivlərlə təmin edilmişdir.
Ötən müddət ərzində tikinti, abadlıq və quruculuq sahəsində xeyli işlər görülmüşdür. Əli Kərim adına parkda, Şəhidlər Xiyabanında, şəhər stadionunda  əsaslı yenidən qurma işləri, Heydər Əliyev parkının ərazisində inşa edilən bayraq muzeyinin tikintisi tam başa çatdırılmışdır. Göyçay Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə başlanılmış, rayonun Yeniarx kəndində tibb məntəqəsi inşa edilmişdir.
Şəhərin küçə, dalan və çoxmənzilli yaşayış binalarının həyətlərinə 16 min kv.m. yeni asfalt örtüyü salınmış, Nizami və Mehdi Hüseynzadə küçələrində yol dairələri müasir memarlıq üslubunda yenidən qurulmuşdur.
Hesabat dövründə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində əməli tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin “Göyçay rayonunun Kürd-Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamına uyğun olaraq ümumi uzunluğu 7,5 km olan yolda əsaslı təmir işləri başa çatdırılmışdır. Məktəb və məktəbəqədər təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri istiqamətində müəyyən tədbirlər həyata keçirilir. Dövlət Proqramına müvafiq olaraq Ləkçılpaq kənd 1 nömrəli və Çaxırlı kənd tam orta məktəblərinin əsaslı təmiri işləri davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qarabaqqal kəndində 40 yerlik uşaq bağçasının, rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Müskürlü kəndində 40 yerlik uşaq bağçası, tibb məntəqəsi, kitabxana, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və kənd bələdiyyəsi üçün otaqları əhatə edən inzibati binalar kompleksinin tikintisində son tamamlama işləri aparılır.
Ölkə Prezidentinin “Göyçay rayonu ərazisində Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən  ayrılmış vəsait hesabına Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası və selə qarşı mühafizə tədbirləri davam etdirilir.
Rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa edilmiş  80 mənzilli yaşayış binasının tikintisi başa çatdırılmışdır və yaxın günlərdə istifadəyə veriləcəkdir.
Rayon əhalisinin elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində tədbirlər davam etdirilir. İstismar müddətini başa çatmış elektrik naqillərinin dəyişdirilməsi işlərinə başlanılmış və rayon rəhbərliyinin müraciətinə əsasən bu məqsədlər üçün rayona “Azərenerji” ASC tərəfindən 1500 km uzunluğunda yükünü özüdaşıyan naqil ayrılmışdır.
Hesabat dövründə rayonun Mollahacılı kəndinin təbii qazla təminatının bərpası işləri başa çatdırılmış və kəndə təbii qaz verilmişdir.
Cari ilin ötən dövrü ərzində rayon iqtisadiyyatına özəl investisiya qoyuluşunun artırılması istiqamətində də xeyli işlər görülmüş, ümumi dəyəri 26,5 milyon manat olan layihələrin həyata keçirilməsi nəzərdə tutulmuş, doqquz ay ərzində rayon iqtisadiyyatına 18,5 milyon manat özəl investisiya qoyulmuşdur.
Müzakirəyə çıxarılmış məsələ ilə əlaqədar qərar qəbul olunmuş və bununla da yığıncaq öz işini başa çatdırmışdır.

Keçidlər