Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasında YAP fəalları ilə görüş keçirilmişdir

22 oktyabr 2019 | 16:00

22 oktyabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasında keçirilən görüşdə rayon rəhbərliyi,  rayon ictimaiyyətinin nümayədələri, gənclər Yeni Azərbaycan Partiyasının rayon fəalları iştirak edirdilər.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək Ölkə Prezident cənab İlham Əliyevin 15 oktyabr 2019-cu il tarixdə keçirdiyi iqtisadi müşavirədən söz açaraq, ölkədə həyata keçirilən iqtisadi islahatların real nəticələrini qeyd etdi,  Cənab Prezidentin apardığı siyasətin əsasında insanların sosial rifah halının dayandığını vurğuladı. Əməkhaqları, müavinətlər, təqaüdlərin artırıldğını, işsizliyin azaldığını, ildən-ilə insanların həyat şəraitinin daha da yaxşılaşdırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Sosial müdafiə sahəsində ölkə Prezidenti göstərdi ki, dünya miqyasında biz nümunəvi olan bir ölkəyə çevrilmişik.
Azərbaycanın iqtisadi uğurlarının beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirildiyini və biznes mühitinə görə dünya miqyasında 25-ci yerdə olduğumuzu qeyd edən rayon İcra Hakimiyyətinin başçısı bu uğurlarımızı həzm edə bilməyən, ölkədə daxili sabitliyi pozmağa yönəlik müxalifət olduğunu təəssüflə qeyd etdi.
Rayon rəhbəri paytaxt Bakı şəhərinin mərkəzində xarici dairələr tərəfindən idarə olunaraq  qanunsuz aksiya keçirməyə cəhd edən bir qrup özünü “Milli Şura” adlandıranları amalı olmayan təşkilat kimi dəyərləndirdi.
Ölkədə sabitliyi pozmaq istəyən destruktiv qrupların hələ hakimiyyətdə olarkən ölkədəki xaos və anarxiyanı Azərbaycan xalqının heç vaxt yaddaşından silinməyəcəyini qeyd etdi və Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəallarının rayon ictimaiyyəti arasında təbliğatın gücləndirilməsini, həmçinin qanunsuz aksiyalara sərt və ədalətli mövqe bildirilmələrini vurğuladı.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının rayon təşkilatının fəalları Rəşad Kərimov, Leyla Əhmədova, Səbinə Qurbanova, Aydın Əliyev, Səməd Həsənov ölkədə bütün azadlıqların təmin olduğunu, sərbəst toplaşmaq azadlığının təmin olunması üçün yerlərin ayrılmasına baxmayaraq radikal müxalifətin qarşıdurma yaratmaqla ölkədəki sabitliyi və ictimai asayişi pozmaq cəhdlərini qətiyyətlə pislədirlər.
Natiqlər qeyd etdilər ki, sosial şəbəkələrdən istifadə edərək xaricdə oturub ölkəyə şər və böhtan yağdıranlara, həmçinin AXCP və “Milli Şura” deyilən amalsız təşkilatlara tutarlı şərhlər yazarkən profilləri bloka salınır, lakin buna baxmayaraq onlar heçdə ruhdan düşmür, çünki müxalifət öz çirkin niyyətini həyata keçirmək üçün hər üsula əl atır.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan xalqının müdrik xalq olduğunu qeyd etdi və 1990-cı illərin əvvəllərində yaşadığı müsibətləri yenidən yaşamasına imkan verməyəcəyini bildirərək  Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməyə və Yeni Azərbaycan Partiyası rayon təşkilatının üzvlərini bu istiqamətdə təbliğat işlərini daha geniş şəkildə aparmalarını tövsiyyə etdi.

Keçidlər