Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Dünya çempionu ilə görüş keçirildi

21 avqust 2019 | 16:00

29 iyul-04 avqust tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində yeniyetmə güləşçilər arasında keçirilən dünya birinciliyində çempion olmuş şəhər 1 nömrəli tam orta məktəbin məzunu Laçın Pənah oğlu Vəliyev ilə 21 avqust 2019-cu il tarixdə rayon İcra Hakimiyyətinin inzibati binasında görüş keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, rayon ictimaiyyətinin, rayon gənclərinin, idmançıların və ağsaqqalların nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı yeniyetmə güləşçi L.Vəliyevin və onun məşqçisi Kamran Baxışovu qazanılan böyük uğur münasibətilə təbrik edərək onlara yeni-yeni qələbə sevincləri arzulayıb.
Sonra son illər ölkə başçısı İlham Əliyev cənabları tərəfindən Azərbaycanda, o cümlədən Göyçayda idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurları bu qayğının məntiqi nəticəsi kimi dəyərləndirib.
Rayon Gənclər və idman idarəsinin rəisi Elşən Şirinov dünya çempionu adını qazanması münasibətilə L.Vəliyevi təbrik edib, dünya birincisinin idmana gəlişindən, əldə etdiyi nailiyyətlərdən, o cümlədən Bolqarıstanda keçirdiyi görüşlərdən danışıb.
Yığıncaqda çıxış edən gənc idmançılar, məşqçi müəllimlər, veteran idmançılar ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildirmişlər.
Yekunda dünya birincisi L.Vəliyevə rayon icra hakimiyyəti tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

Keçidlər