Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədəki çıxışından irəli gələn vəzifələr barədə iclas keçirilmişdir.

06 avqust 2019 | 16:00

06 avqust 2019-cu il tarixdə Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədəki çıxışından irəli gələn vəzifələrə və yanvar-iyul aylarında Göyçay rayonunda da sosial-iqtisadi inkişafına dair tapşırıqların yerinə yetirilməsinə həsr olunmuş iclas keçirilmişdir. İclasda rayonun idarə, müəssisə və təşkilatlarının, yerli icra və bələdiyyə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti və ziyalılarının nümayəndələri iştirak edirdilər
İclası giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədəki çıxışında qarşıya qoyulmuş vəzifələrin icrası hər birimizdən yüksək məsuliyyət tələb edir. Heç şübhə yoxdur ki, rayonun müəssisə və təşkilat rəhbərləri, yerli icra və bələdiyyə orqanları sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin icrası üçün bütün qüvvə və bacarıqlarını sərf edəcəklər.
Sonra qeyd etmişdir ki, bu ilin 6 ayı ərzində Göyçay rayonunda da sosial-iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, cari ilin məhsulu üçün 22903,6 hektar sahədə kənd təsərrüfatı bitkilərinin əkini aparılmışdır ki, bu da ötən ilə nisbətən 3,8% çoxdur. Rayonda əsas kənd təsərrüfatı sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilmiş, cari mövsümdə rayon kümdarları tərəfindən 16557 kq barama istehsal edilmişdir ki, bu da 2016-cı ilə nisbətən 15418 kq və ya 14,5 dəfə çoxdur. Baramaçılığın yem bazasının yaxşılaşdırılması istiqamətində son 3 ildə əkilmiş 384,6, o cümlədən Çin Xalq Respublikasından gətirilmiş 278 min ədəd tut tinginin becərilməsi, mövcud tut ağaclarının budanması işləri davam etdirilmişdir. Yanvar-iyul aylarında rayonda 75,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 12,4% çoxdur.
Ötən müddət ərzində rayon ərazisində tikinti, abadlıq və quruculuq sahəsində xeyli işlər görülmüşdür. Əli Kərim adına parkda və Şəhidlər Xiyabanında əsaslı yenidən qurma işləri tam başa çatdırılmış, Şəhidlər Xiyabanında Xocalı faciəsi və 1918-ci ildə soyqırım zamanı həlak olanların xatirə abidələri ucaldılmışdır. Heydər Əliyev parkının ərazisində inşa edilən bayraq muzeyinin tikintisi başa çatdırılmışdır. Şəhərin küçə, dalan və çoxmənzilli yaşayış binalarının həyətlərinə 12 min kv.m. yeni asfalt örtüyü salınmışdır.
Rayon əhalisinə kənd təsərrüfatı məhsullarının satışında lazımi qayda yaradılması üçün tədbirlər davam etdirilmiş, şəhərin Mehdi Hüseynzadə küçəsində kənd təsərrüfatı məhsullarının pərakəndə satış bazarının bütün ərazisinə asfalt örtüyü vurulmuş, burada həm alıcılar, həm də kənd təsərrüfatı məhsulları satanlar üçün normal şərait yaradılmışdır. Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramında növbəti beş il ərzində Göyçay rayonunda qeyri-neft sektorunun, yol təsərrüfatı və nəqliyyatın inkişafı kommunal və rabitə xidmətlərinin yaxşılaşdırılması, meliorasiya və irriqasiya tədbirləri, əhalinin təhlükəsizliyinin qorunması, mənzil təsərrüfat və abadlıq-quruculuq işləri, sosial müdafiənin gücləndirilməsi və sosial infrastrukturun yaxşılaşdırılması ilə bağlı 16 tədbir müəyyənləşdirilmiş və onların icrasına başlanılmışdır. Rayon ərazisində yol infrastrukturun təkmilləşdirilməsi, kəndlərarası avtomobil yollarının tikintisi, yenidən qurulması və əsaslı təmiri istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin “Göyçay rayonunun Kürd-Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamına uyğun olaraq ümumi uzunluğu 7,5 km olan yolda əsaslı təmir işləri başa çatdırılmaq üzrədir. Məktəb və məktəbəqədər təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri istiqamətində müəyyən tədbirlər həyata keçirilir. Dövlət Proqramına müvafiq olaraq Ləkçılpaq kənd 1 nömrəli və Çaxırlı kənd tam orta məktəblərinin əsaslı təmiri işlərinə başlanılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Göyçay şəhərində və Qarabaqqal kəndində 40 yerlik uşaq bağçaları, rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Müskürlü kəndində 40 yerlik uşaq bağçası, tibb məntəqəsi, kitabxana, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və kənd bələdiyyəsi üçün otaqları əhatə edən inzibati binalar kompleksi inşa edilir. Ölkə Prezidentinin tapşırığına əsasən Göyçay çayında sel və daşqın təhlükəsinin və qəza vəziyyətinin aradan qaldırılması məqsədi ilə ötən ilin avqust ayından başlamış tikinti işləri də davam etdirilir.
Rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə cari ildə tikintisinə başlanılmış 80 mənzilli yaşayış binasında son tamamlama işləri aparılır.
Rayon əhalisinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində tədbirlər davam etdirilir. Rayonun Mollahacılı kəndinin təbii qazla təminatının bərpası işləri başa çatdırılmaq üzrədir.
Sonda müzakirəyə çıxarılmış məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilmişdir.

Keçidlər