Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda Qarabağ Qaziləri ilə görüş keçirildi

05 aprel 2019 | 16:00

Aprelin döyüşləri zamanı Qarabağ müharibəsində iştirak etmiş qazilərlə görüş keçirilmişdir.
Görüşdən əvvəl Qarabağ qaziləri və Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə ulu öndər Heydər Əliyevin Göyçay şəhərinin mərkəzində ucaldılmış abidəsini və Şəhidlər Xiyabanını ziyarət edərək önünə gül dəstələri qoymuşlar.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə bildirdi ki,  aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır.
Prezident İlham Əliyevin apardığı uğurlu sosial siyasətin əsas istiqamətlərindən biri kimi bu sahədə dövlət başçısı tərəfindən keçən il və bu ilin ötən dövründə imzalanan Fərman və Sərəncamların əhəmiyyətli addımların atılmasına şərait yaratdığını bildirib. O, müharibə əlilləri və şəhid ailələrinin, müharibə veteranlarının xalqımız qarşısında böyük xidmətləri olduğunu və həmin kateqoriyalardan olanlara cəmiyyətimizdə daim yüksək hörmət və ehtiram göstərildiyini, eyni zamanda, onların dövlətin etibarlı sosial müdafiə sistemi ilə əhatə edildiyini vurğulayıb.
Daha sonra Çaxırlı kəndindən aprel döyüşlərində həlak olmuş Teymur Mikayıl oğlu Qasımovun ailəsinə baş çəkmiş, onun valideynləri ilə görüşmüşlər.
Qarabağ qaziləri ilə Gənclər Mərkəzində də olmuş və sonda ağacəkmə aksiyasında iştirak etmişdilər.

Keçidlər