Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Əhalinin sayının 10 milyona nəfərə çatması münasibətilə tədbir təşkil olunmuşdur.

07 aprel 2019 | 16:00

Göyçaylılar yeni doğulmuş körpənin 10 milyonuncu Azərbaycan vətəndaşı olması ilə əlaqədar təşkil olunmuş tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər.
Tədbir konsertindən əvvəl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  şəhərin M.Ə.Rəsulzadə küçəsində ağacəkmə kampaniyası keçirilib.
Göyçay şəhərinin mərkəzində əhalinin sayının 10 milyona nəfərə çatması münasibətilə keçirilmiş konsertdə Qafqaz Müsəlmanları idarəsinin regional bölməsinin sədri Rəsul ağa Kazımov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının həyatında çox əlamətdar hadisə baş verib,  əhalinin sayı  10 milyon nəfərə çatıb.
2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində Rauf Həsənovun və Nigar Ocaqovanın (Ağdərə rayonu sakinləri,  hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkünlər) ailəsində ölkənin 10 milyonuncu sakini dünyaya gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə xalqımızı, yeni doğulmuş körpənin valideynlərini təbrik ediblər.
Sevindirici haldır ki, son illərdə Azərbaycan əhalisinin sayı sürətlə artır. Bu, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir.
Daha sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Nərmin Abışova qeyd etdi ki, son vaxtlar, xüsusən bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial sahədə inqilabi dəyişikliklər kimi qiymətləndirilən və hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatları əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verir. Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına əminlik yaradır.
Sonda rayon Mədəniyyət evinin təşkil etdiyi bayram konsert proqramı ilə tədbir davam etmişdir.

Keçidlər