Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda “5 mart Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

04 mart 2019 | 16:00

“5 mart - Bədən tərbiyəsi  və idman  günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyəti başçısının müavini, Gənclər və idman idarəsinin kollektivi rayonun tanınmış məşqçi-müəllimləri, müxtəlif beynəlxalq turnirlərin, dünya çempionatlarının və respublika birinciliklərinin qalibləri olan idmançılar, rayonun idman xadimləri əvvəlcə ulu öndər  Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Tədbir rayon İcra Hakimiyyətinin inzibati binasında davam etdirilib.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə bildirdi ki,  Prezident İlham Əliyevin  Sərəncamına əsasən  5 mart  Azərbaycanda “Bədən tərbiyəsi  və idman  günü” kimi  qeyd  olunur.  Məhz 1995-ci il  martın 5-də  Ulu Öndər  Heydər Əliyev  Bakı  idman sarayında  dünya və Avropa  çempionatlarının qalibləri və mükafatçıları  ilə görüşüb  və  həmin  gün “İdman Fondu”  təsis edilib.  Bununlada  bədən tərbiyəsi  və idmanın  inkişafında  yeni  strategiyanın  təməli qoyuldu.
Ölkəmizdə  idmanın inkişafı  ildən ilə  geniş vüsət alır və  “Bədən tərbiyəsi  və  idman günü” ilə əlaqədar  müxtəlif yarış  və tədbirlərə  start verilir.
Rayonumuzun idmançıları da  müxtəlif  beynəlxalq  və Respublika  yarışlarında  iştirak  edərək  yüksək  nailiyyətlər  əldə edirlər,  rayonumuzda  idmanın  inkişafı üçün olimpiya idman kompleksi inşa edilmiş, şəhər stadionu  əsaslı şəkildə təmir olunaraq  idman sevərlərin  istifadəsinə verilmişdir.
Daha sonra Rayon  Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov, İdman veteranı Feyruz Şükürov, Gənc əməkdar məşqçi Kamran Baxışov çıxış dərək ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıya görə,onlara yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Sonda idmanda naliyyətləri olan şəxslər rayon İcra Hakimiyyəti başçısı tərəfindən mükafatlandırılmışlar.

Keçidlər