Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib

01 mart 2019 | 16:00

Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən qəbulda müraciətlər əsasən sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlər, imkansız ailələrin təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və digər məsələlərlə əlaqədar olub.

Komitə sədri Hicran Hüseynova hər bir müraciəti diqqətlə dinləyib, bir sıra müraciətlərin həlli ilə bağlı konkret tapşırıqlar verib. Bəzi müraciətlər araşdırılmaq üçün qeydiyyata alınıb.

Sonda Komitə sədri Hicran Hüseynova rayonun bir qrup fəal qadını ilə görüşüb.

Keçidlər