Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

22 fevral 2019-cu il tarixdə Göyçay rayonunda Xocalı sakinləri ilə görüş keçirilmişdir

22 fevral 2019 | 16:00

Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasında  rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilmişdir.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, Xocalıdan olan məcburi köçkünlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə erməni vandallarının Xocalı sakinlərinə qarşı törətdikləri amansız vəhşilikdən söz açaraq faciəyə yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hüquqi və siyasi qiymət verildiyini bildirdi. XX əsrin ən dəhşətli soyqırımlarından birinin dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlardan və vasitələrdən istifadə olunmasının vacibliyini nəzərə çatdırıldı.
Daha sonra xocalı sakinləri çıxış edərək  fevralın 25-dən 26-na keçən gecə ermənilərin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının əsgərlərinin və texnikasının köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edərək dinc sakinlərə qarşı dünyanın gözü qarşısında insanlığa sığmayan vəhşilik törədildiyini bildirdilər.
Məcburi köçkünlər Prezident İlham Əliyevin apardığı daxili xairici siyasəti dəstəklədiklərini və Ali Baş komandanın ətrafında sıx birləşməyə, hər an döyüşməyə hazır olduqlarını bildirdilər.
Görüşdə Xocalıdan olan məcuri köçkünlərin sosial problemlərlə bağlı şikayətləri dinlənilmiş, onların həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər