Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Yeni Azərbaycan Partiyasının 26-cı ildönümü qeyd olundu

21 noyabr 2018 | 16:00

Göyçay rayonunda 21 noyabr 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatında yığıncaq keçirilib.
İlk öncə yığıncaq iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Yığıncaqda çıxış edən Göyçay rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə qeyd etdi ki, 26 il əvvəl ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası həmişə öz məqsəd və amalına sadiq qalan, qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirən güclü bir siyasi təşkilatdır.
Müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttin Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunub, bütün sahələr üzrə köklü islahatlar aparılıb, davamlı sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb.
Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının sədri Sahib Şükürov partiyanın yaranmasının 26-cı ildönümü ilə bağlı çıxış edərək bildirib ki,  Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. Partiyanın sıraları durmadan genişlənir. Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir və onların 40 faizdən çoxu gənclərdir. İyirmi altı illik şərəfli tarixə malik Yeni Azərbaycan Partiyası bu gün də ulu öndər Heydər Əliyevin ideyaları ilə yaşayır və inkişaf edir.
Daha sonra Heydər Əlyev mərkəzinin direktoru Zenfira Əliyeva, Goyçay Dövlət Idarəetmə və Texnologiya Kollecinin direktoru, əmədar müəllim Xəlil Orucov, İcra Hakimiyyəti aparatının ictimai-siyasi və Humanitar məsələllər şöbəsinin baş məsləhətçisi Eldəniz Məmmədov, rayon Mərkəzi Xəstəxananın baş həkimin müavini Ləman Hacıyeva çıxış ediblər.
Sonda YAP Göyçay rayon təşkilatının veteranlarına hədiyələr verilərək, partiya sıralarına daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Keçidlər