Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun Çaxırlı kəndinə təbii qaz verilib.

27 yanvar 2018 | 16:00

Yanvar ayının 27-də bu münasibətlə keçirilən tədbirdə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, ictimaiyyət nümayəndələri, kənd sakinləri, ağsaqqallar, dindarlar iştirak ediblər.
Çaxırlı kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə kənd sakinlərini bu münasibətlə təbrik edib, dünyanı iqtisadi böhran bürüdüyü bir vaxtda ölkədə sosial-iqtisadi inkişafın real mənzərəsini diqqətə çatdıraraq bunu ölkə Prezidenti tərəfindən aparılan uğurlu daxili və xarici siyasətin nəticəsi olduğunu vurğulayıb. Qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft-qaz strategiyası bu gün Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə reallaşan sosial və infrastruktur layihələrdən bəhs edən icra başçısı hər bir kənddə qazlaşdırmanın xüsusi diqqət mərkəzində saxlanıldığını bildirib. Azərbaycanda yaşayış məntəqələrinin sürətlə qazlaşdırılmasının sosial xarakter daşıdığını xüsusi vurğulayıb
Tədbirdə çıxış edən SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb və bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Açılış mərasimində çıxış edən kənd ağsaqqalları, ziyalılar təbii qazın verilməsinin kənddə əsl bayrama çevrildiyini və ölkə başçısı İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildiriblər.

Sonra kəndə təbii qazın verilişi münasibətilə rəmzi məşəl alovlandırılıb.

Keçidlər