Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda «Energetiklər Günü» qeyd edilib

20 oktyabr 2017 | 16:00

Oktyabr ayının 20-də «Energetiklər Günü» münasibətilə Göyçay rayonunda tədbir təşkil olunub.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, ağsaqqalar iştirak ediblər.
Əvvəlcə rayonda çalışan energetiklər ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.
Göyçay rayon İcra Hakimiyyətində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə energetikləri peşə bayramı günü münasibətilə təbrik edib. Respublikamızın müstəqil enerji sisteminin yaradılmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu xüsusi qeyd edib. Bu gün də bu siyasətin ölkə prezidenti tərəfindən uğurla davam etdirildiyini bildirib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli sərəncamı ilə hər il oktyabrın 20-si ölkəmizdə energetiklərin peşə bayramı kimi qeyd edilməklə yanışı iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik enerjisi üzrə proqramlar hazırlanaraq uğurla icra edildiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən digər natiqdər energetikləri peşə bayramı günü münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamaqla yanaşı ölkədə etibarlı enerji sisteminin yaradılmasına görə ölkə prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildiriblər.
Yekunda energetika sahələrdə çalışan bir qrup fəal şəxs rayon icra hakimiyyəti başçısının Fəxri Fərman və Təşəkkürnamələri ilə təltif edilib

Keçidlər