Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

22 sentyabr 2017 | 16:00

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 22 sentyabr 2017-ci il tarixdə Göyçay Olimpiya İdman Kompleksində keçirilmişdir.
Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, millət vəkili Sabir Hacıyev və layihənin kordinatoru Kərim Ağayev iştirak etmişlər.
Tədbirdə çıxış edən Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə qeyd edib ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirir. Ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi məqsədilə bir sıra proqramlar həyata keçirilmişdir. Respublikamız hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib. Bakıda keçirilmiş Birinci Avropa və IV İslam Həmrəyliyi Oyunlarında, həmçinin “Rio-2016” Yay Olimpiya Oyunlarında əldə olunan yüksək nəticələr buna bariz nümunədir. Məhz bu amilləri nəzərə alaraq dövlətimizin başçısı İlham Əliyev “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam dövlətin gənclərimizə olan inamını ifadə etməklə, onların məsuliyyətini də artırır.
Tədbirdə çıxış edən millət vəkilləri Rauf Əliyev və Sabir Hacıyev qeyd ediblər ki, həqiqətən ilk növbədə UEFA-nın Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı qəbul etdiyi qərarın əhəmiyyətini qeyd etdilər. Qeyd olundu ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.
Sonra müxtəlif idman ləvazimatları paylandıqdan sonra uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.

Keçidlər