Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

05 sentyabr 2017 | 16:00

Əvvəlcə konfrans iştirakçıları müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirdə dövlət himni səsləndirilib.
Konfransda rayon Təhsil şöbəsinin müdiri Elnur İsmayılovun hesabat məruzəsi dinlənilib.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə ilk öncə konfrans iştirakçılarını yeni tədris  ilinin başlanması, eyni zamanda bilik günü münasibəti təhsil işçilərini, gənc müəlimləri təbrik edib və onlara qaşıdakı dövrdə fəaliyyətlərində yeni nailiyyətlər diləməklə konfransın işinə uğurlar azulayıb və son dövrlər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
İcra hakimiyyətinin başçısı cənab M.Səlimzadə milli təhsilin formalaşmasında və müəllimlərin cəmiyyət qarşısındakı məsuliyyətindən söz açaraq, Azərbaycan dövlətinin güclü dövlət sıralarında olmasında onların üzərlərinə düşən vəzifələrdən bəhs edib, pedaqoji kollektivlərin, müəllimlərin və direktorların yeni dərs ilində təhsilin keyfiyyətinin günün tələbləri səviyyəsinə qaldırılması istiqamətində onlara öz tövsiyyə və tapşırıqlarını verib.
Mehdi Səlimzadə həmçinin qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, umummilli liler Heydər Əliyev tərəfindən bütün dövrlərdə təhsilin inkişafına diqqət göstərilmiş və ilk dəfə olaraq ulu öndərin təşəbbüsü «Təhsil haqqında qanun»nun işlənib hazırlanmasına başlanılmış və daha sonra qəbul olunmuşdur. Bu diqqət və qayğı bu gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları və Azərbaycan Respublikasının birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən də göstərilməkdədir.   
Daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Əliyyət Adıgözəlov təhsil sahəsindəki uğurlar və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışmaqla aparılan islahatlar haqqında məlumat verib.
Konfransda çıxış edən əməkdar müəllimə Tahirə Qurbanova, Ulaşlı-şıxlı tam orta məktəbin müəllimi Aynur Mahmudova, Qaraməryəm kənd tam orta məktəbin müəllimi Ülviyə Əhmədova təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərə görə ölkə prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildirdilər.
Yekunda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

 

Keçidlər